Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / ArabCars
    ArabCars

    Çinin "Çeri" şirkəti Cənubi Afrikada keçmiş "Nissan" zavodunu təhvil alıb

    3 İyul 2026 22:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çinin "Çeri" şirkəti Cənubi Afrikada keçmiş "Nissan" zavodunu təhvil alıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Çinin avtomobil istehsalçısı "Çeri" Cənubi Afrikanın Roslin şəhərində yerləşən keçmiş "Nissan" avtomobil zavodunu rəsmi şəkildə təhvil alıb. Şirkət 2027-ci ilin ortalarından etibarən burada avtomobil istehsalına başlamağı planlaşdırır.

    VOA xəbər verir ki, "Çeri" şirkəti zavodun modernləşdirilməsi və yeni avadanlıqlarla təchiz olunması üçün milyonlarla ABŞ dolları həcmində sərmayə yatıracağını açıqlayıb.

    Şirkətin məlumatına görə, məqsəd Cənubi Afrikanı istehsal, ixrac, elmi tədqiqat, məhsulun hazırlanması və regional fəaliyyət üzrə Afrika qitəsində əsas mərkəzə çevirməkdir.

    "Çeri" hazırda zavodda çalışan 692 əməkdaşın hamısını işdə saxlayacağını və layihənin istehsal, təchizat zənciri və əlaqəli xidmət sahələrində təxminən 3 min birbaşa və dolayı iş yeri yaradacağını bildirib.

    Şirkətin vitse-prezidenti Çarli Canqın sözlərinə görə, uzunmüddətli məqsəd Roslin zavodunu elmi tədqiqat, təchizat zənciri və kadr hazırlığını özündə birləşdirən tam avtomobil istehsalı mərkəzinə çevirməkdir. O bildirib ki, şirkət gələcəkdə Cənubi Afrikada illik 100 mindən çox avtomobil satmağı hədəfləyir.

    İlkin mərhələdə zavodda "Jetour T" seriyası, "Jaecoo J5" və "Chery Tiggo 4" yolsuzluq avtomobilləri istehsal olunacaq. "Jaecoo J5" həm daxili yanma mühərrikli, həm də elektrik mühərrikli versiyalarda buraxılacaq.

    Şirkət istehsalın genişləndirilməsi mərhələsində – 2027-ci ilin üçüncü və dördüncü rüblərində təxminən 15 min avtomobil istehsal etməyi planlaşdırır. Bununla yanaşı, yerli istehsal komponentlərinin payının ilkin mərhələdə 40 faizə çatdırılması və Çinli təchizatçıların da layihəyə cəlb edilməsi nəzərdə tutulur.

    #Çin #Cənubi Afrika #istehsal #elektrik avtomobili #investisiya #ixrac #Nissan #avtomobil sənayesi #Çeri #Roslin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

    21 Avqust 2026 19:03

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    Çin Trampın İrana qarşı iqtisadi təzyiq siyasətini tənqid edib

    20 Avqust 2026 18:20

    Çinin dövlət gəmiçilik şirkətləri neft tankerlərini Körfəzdən kənara yönəldib

    18 Avqust 2026 18:23

    Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu

    18 Avqust 2026 15:19

    Bu gün Henri Ford Edison şirkətindən ayrılaraq avtomobil biznesinə başladı

    15 Avqust 2026 03:00

    İranın Avropaya dəmir yolu ilə ixracında böyük artım qeydə alınıb

    14 Avqust 2026 18:13

    “DeepSeek” V4 Pro süni intellekt modelinin rəsmi buraxılışını təqdim edib

    13 Avqust 2026 19:31

    ABŞ davranışını dəyişməyənədək Hörmüz boğazı açılmayacaq

    11 Avqust 2026 20:28

    "Apple" Çində süni intellekt rəqabətini "Qwen" ilə gücləndirir

    8 Avqust 2026 20:27

    Çin şirkətləri humanoid robotlar üçün güclərini birləşdirir

    6 Avqust 2026 18:59
    XƏBƏR LENTİ

    Fələstin E1 layihəsinə niyə qarşı çıxır?

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.