#Nissan

Böyük ölçülü tam ötürücülü (4x4) krossover və SUV seqmentində kartlar yenidən paylanılır. "Toyota" şirkətinin ABŞ bazarından klassik "Land Cruiser 200" modelini çıxarmasından və yerinə daha kiçik ölçülü "Prado" (Land Cruiser 250) platformasını təqdim etməsindən sonra yaranan boşluğu "Nissan" doldurmağa iddialıdır. Üçüncü nəslinə qədəm qoyan yeni 2026-cı il Nissan Armada Pro-4X, tətbiq edilən off-road texnologiyaları və ramlı gövdə strukturu ilə ABŞ-da "həqiqi Land Cruiser" ruhunu yaşadan ən yaxın alternativ kimi qiymətləndirilir.

Çinin "Çeri" şirkəti Cənubi Afrikada keçmiş "Nissan" zavodunu təhvil alıb. Şirkət zavodun yenilənməsinə milyonlarla dollar sərmayə yatıracaq və istehsala 2027-ci ilin ortalarında başlayacaq. Layihə çərçivəsində mövcud 692 işçi iş yerini qoruyacaq. Eyni zamanda, təxminən 3 min yeni iş yerinin yaradılması planlaşdırılır. Zavodda ilkin olaraq bir neçə yolsuzluq avtomobili modeli istehsal ediləcək. "Çeri" Cənubi Afrikanı Afrika qitəsində əsas istehsal və ixrac mərkəzinə çevirməyi hədəfləyir. Şirkət gələcəkdə ölkədə illik 100 mindən çox avtomobil satmağı planlaşdırır.

Nissan Murano hər zaman komfortlu və etibarlı bir krossover kimi tanınıb. Lakin yeni 2026-cı il modelini sınaqdan keçirdikdən sonra bir məqam tam aydın olur: köhnə, etibarlı V6 mühərriki üçün darıxmalı olacağıq.Nissanın yeni Murano modelində istifadə etdiyi dəyişən sıxılma dərəcəli (VC-Turbo) 4 silindrli mühərriki texnoloji baxımdan maraqlı olsa da, sürüş təcrübəsi baxımından eyni şeyi demək çətindir. Üstəlik, bu mühərrikin artıq Nissan-ın digər modellərində də tətbiq edilməsi, brendin gələcək strategiyası ilə bağlı suallar doğurur.

"Toyota Supra MkV" ilə artıq vidalaşmaq qəribə bir hissdir. Bir həftəni 2026-cı il model "Final Edition" ilə keçirdikdən sonra ağlıma gələn yeganə ifadə bu oldu: "Səni demək olar ki, tanımadıq". Bunun bir səbəbi onu ilk dəfə idarə etməyimdirsə, digər səbəbi yollarda bu avtomobilə çox nadir rast gəlməyimizdir. Maraqlıdır, görəsən niyə?

Honda şirkəti qəbul etdiyi qərara əsasən Civic modelini Türkiyə üzrə rəsmi qiymət siyahısından çıxarıb. Uzun illərdir Türkiyə avtomobil bazarında satılan və geniş istifadəçi kütləsinə malik olan Honda Civic 2026-cı ildən etibarən Türkiyədə satışa təqdim olunmayacaq. Məsələ ilə bağlı açıqlama verən Honda bildirib ki, son illərdə sedan avtomobillərə marağın azalması və bazar şərtlərinin dəyişməsi bu qərarın qəbul edilməsində əsas rol oynayıb.