VOA analitika: Geosiyasi təhlillər

Tehran getdikcə daha çox “müqavimət iqtisadiyyatı” adlandırdığı modelə əsaslanır - yəni daxili istehsalı artırmaq, Çin, Rusiya və qonşu ölkələrlə ticarəti genişləndirmək strategiyasına. Moskva və Pekin İrana qarşı ABŞ və İsrailin hücumlarını pisləyib, ölkənin nüvə enerjisini sülh məqsədilə istifadə hüququnu dəstəkləyib.Lakin ekspertlər bildirirlər ki, bu dəstək İranı yeni iqtisadi zərbələrin təsirindən qorumağa kifayət etməyəcək. Enerji məsələləri üzrə analitik və Corc Meyson Universitetinin tədqiqatçısı Ümid Şükri qeyd edir ki, BMT sanksiyaları İranın uzunmüddətli struktur problemlərini daha da dərinləşdirəcək:

Sudanda artıq üçüncü ildir ki, qanlı vətəndaş müharibəsi davam edir. Döyüşlər nəticəsində 20 mindən çox insan həlak olub, təxminən 15 milyon nəfər isə məcburi köçkünə çevrilib. 900 gün davam edən müharibə təhsili, səhiyyəni və digər əsas xidmətləri demək olar ki, tamamilə dağıdıb - çoxlu sayda xəstəxana, məktəb və ictimai müəssisələr bombalanıb. Sudan ordusu ilə “Sürətli Dəstək Qüvvələri” (RSF) arasında 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmalar xüsusilə son həftələrdə Kordofan bölgəsində daha da şiddətlənib.

Ekstremist baxışları ilə tanınan nazirin açıq şəkildə üzr istəməsi, həm də İsrail hökumətinə və baş nazir Benyamin Netanyahuya ünvanlanmış bir mesaj kimi dəyərləndirilir. ABŞ, İsrail rəsmilərinə region ölkələri ilə münasibətləri gərginləşdirən populist çıxışlardan çəkinmək barədə xəbərdarlıq edir. Vaşinqtonun əsas məqsədi, Trampın “İbrahim sazişləri” layihəsini genişləndirərək daha çox ərəb ölkəsini, xüsusilə Səudiyyə Ərəbistanını bu təşəbbüsə cəlb etməkdir.

İraq parlamentinin Maliyyə və Kənd Təsərrüfatı, Su və Batalıqlar komitələri çərşənbə günü axşamı birgə bəyanat yayaraq ölkədəki səlahiyyətlər balansında gərginliyi artıran misilsiz xəbərdarlıq yayıblar. Komitələr milli vəziyyətin pisləşməsindən - xüsusilə su böhranı və maliyyə çətinliklərindən - istifadə edərək Baş nazir Məhəmməd Şiə əs-Sudaninin səlahiyyətlərini məhdudlaşdırmağa və onun hökumətini parlamentin birbaşa nəzarətinə tabe etdirməyə çalışır.

Şəmxani daha əvvəl İsrailin hücumlarında hədəf alınmışdı. O, evinə endirilən zərbədən sonra “möcüzəvi şəkildə xilas olduğu” bildirilmişdi. Son müsahibəsində isə 2020-ci ildə Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı keçmiş prezident Həsən Ruhaniyə “İslam İnqilabı Keşikçiləri Korpusu”nun məsuliyyətini dərhal çatdırdığını deyərək, Ruhani və Cavad Zərifin bəyanatlarını təkzib etmişdi. Buna cavab olaraq Ruhaniyə yaxın şəxslər Şəmxanini “daxili qarşıdurmanı dərinləşdirməkdə” günahlandırıblar. Ruhaniyə yaxın “Xəbər Online” mənbəsi videonun sızdırılmasında Ruhani komandasının iştirakını təkzib edib və “bu kampaniyalar milli birliyə qarşı yönəlib” deyib.

60 illik milli hərəkət olan “HƏMAS”—ın bütün təcrübə, fədakarlıq və qəhrəmanlıqlarına baxmayaraq-öz siyasi və mübarizə seçimlərini heç vaxt ciddi şəkildə nəzərdən keçirməyib.Ptoblem onda olub ki, onlar müqaviməti bütövlükdə tənqid etməkdən yayınaraq həqiqəti gizlədiblər: Müqavimət özü qanunsuz deyil - bu, işğala qarşı ədalətli reaksiya və insanlıq halıdır. Tənqid isə konkret bir strateji seçimə yönəlməlidir.

Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.

Ankara HƏMAS hərəkatını Trampın təşəbbülünü qəbul etməyə inandırmaq üçün əhəmiyyətli səylər göstərib. Lakin Türkiyənin əldə etdiyi əsas fayda, görünür, sazişin özündən deyil, ABŞ prezidentindən “yaşıl işıq” alaraq “Suriya Demokratik Qüvvələri”nə (SDQ) və bütövlükdə Suriyada hərəkət azadlığını təmin etməsindən ibarətdir.