Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Səudiyyəyə hücüm - ABŞ-a hücum kimi qiymətləndirilicək

    24 Oktyabr 2025 11:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyəyə hücüm - ABŞ-a hücum kimi qiymətləndirilicək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ təzyiqləri Smotriçin Səudiyyə haqqında dediyi təhqiramiz fikirləri tez geri çəkməsinə səbəb olub. Cəmi bir neçə saat keçməmiş İsrailin maliyyə naziri Bəzalel Smotriçin Səudiyyə Ərəbistanı ilə bağlı söylədiyi təhqiramiz fikirlərindən sonra o, cümə axşamı günü açıqlamasını geri götürərək Krallıqdan üzr istədi və əvvəlki sözlərini “təəssüf doğuran” adlandırdı.

    Müşahidəçilər Smotriçin bu qədər qısa müddətdə fikrindən dönməsini və üzr istəməsini, ABŞ tərəfindən göstərilən güclü təzyiqlərlə izah edirlər. Bu təzyiqlərin məqsədi bölgədə əsas rol oynayan Səudiyyə ilə münasibətləri pozacaq gərginliyin qarşısını almaq idi.

    Müşahidəçilərin fikrincə, adətən sərt mövqeləri ilə tanınan və nadir hallarda geri addım atan Smotriçin bu dəfə tezliklə üzr istəməsi, ABŞ prezidenti Donald Tramp administrasiyasının birbaşa müdaxiləsini ehtimal etdirir. Tramp administrasiyası hazırda Səudiyyə Ərəbistanına regional siyasətdə əsas tərəfdaş kimi baxır və xüsusilə Yaxın Şərqdəki Amerika strategiyasında Riyadın roluna böyük önəm verir.

    Ekstremist baxışları ilə tanınan nazirin açıq şəkildə üzr istəməsi, həm də İsrail hökumətinə və baş nazir Benyamin Netanyahuya ünvanlanmış bir mesaj kimi dəyərləndirilir. ABŞ, İsrail rəsmilərinə region ölkələri ilə münasibətləri gərginləşdirən populist çıxışlardan çəkinmək barədə xəbərdarlıq edir. Vaşinqtonun əsas məqsədi, Trampın “İbrahim sazişləri” layihəsini genişləndirərək daha çox ərəb ölkəsini, xüsusilə Səudiyyə Ərəbistanını bu təşəbbüsə cəlb etməkdir.

    Səudiyyə və ABŞ arasında yeni müdafiə sazişi gündəmdə

    Hazırda Səudiyyə Ərəbistanı Tramp administrasiyası ilə geniş hərbi və kəşfiyyat əməkdaşlığını əhatə edən müdafiə sazişi üzərində danışıqlar aparır. Yeni saziş, iki ölkə arasında strateji ittifaqı möhkəmləndirməyi hədəfləyir və İsraillə normallaşma prosesindən asılı olmayaraq həyata keçirilir. Bu, əvvəlki dövrdə irəli sürülən “saziş–normallaşma paketi” modelindən fərqlənir.

    Razılaşmanın mətni üzərində hələ danışıqlar davam edir, lakin layihəyə görə “Krallığa edilən hər hansı hücum ABŞ-ın təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək.” Sazişin noyabr ayında vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqtona səfəri zamanı imzalanması gözlənilir.

    Bu saziş ABŞ ilə Qətər arasında yaxınlarda bağlanmış müdafiə razılaşmasına bənzəyəcək. Həmin sazişə əsasən, Qətərə qarşı edilən hərbi hücum ABŞ maraqlarına birbaşa təhdid sayılır və Vaşinqton bu halda birgə müdafiə öhdəlikləri çərçivəsində hərəkət edir.

    ABŞ administrasiyasından yüksək vəzifəli bir rəsminin sözlərinə görə, “vəliəhd şahzadənin səfəri zamanı razılaşmanın yekun forması üzərində danışıqlar başa çatacaq, lakin bəzi detallarla bağlı müzakirələr hələ davam edir.”

    Müşahidəçilər hesab edirlər ki, ABŞ-ın Riyadla strateji münasibətlərə verdiyi prioritet, İsraildən gələn gərginləşdirici bəyanatlara qarşı təzyiqlərin səbəbi kimi çıxış edir.

    Smotriçin sözləri və reaksiyalar

    Smotriç “X” platformasında paylaşdığı bəyanatda yazıb: “Səudiyyə haqqında söylədiyim fikirlər təəssüf doğurur. Verdiyim təhqirə görə üzr istəyirəm.”

    Ondan əvvəl nazir, Səudiyyə ilə münasibətlərin normallaşdırılmasına yalnız Fələstin dövlətinin yaradılması şərti ilə razı olacağı təqdirdə “xeyr” cavabı veriləcəyini bildirmişdi. O, çıxışı zamanı belə demişdi:

    “Əgər Səudiyyə bizə desə ki, normallaşma Fələstin dövləti qarşılığındadır - cavabımız budur: yox, təşəkkürlər. Qoy onlar səhrada dəvələrini minməyə davam etsinlər, biz isə iqtisadiyyat, cəmiyyət və dövlət sahəsində inkişaf etməyə davam edəcəyik.”

    Bu sözlər İsraildə, həm müxalifət, həm də hökumət daxilində ciddi tənqidlərə səbəb olub.

    Müxalifət lideri Yair Lapid sosial şəbəkədə belə yazıb: “Səudiyyə Ərəbistanındakı dostlarımıza və Yaxın Şərq xalqlarına səslənirəm: Smotriç İsrail dövlətini təmsil etmir.”

    Keçmiş müdafiə naziri Beni Qantz isə bildirib: “Smotriçin açıqlamaları onun nazir kimi məsuliyyətinin dərinliyini anlamadığını və cahilliyini göstərir.”

    Smotriç isə daha sonra bir daha bəyan edib ki, “İsrail adlı dövlət öz bütün sərhədləri ilə mövcuddur və heç vaxt Fələstin dövlətinin yaranmasına icazə verməyəcək.”

    Smotriçin təhqiramiz fikirlərindən dərhal sonra üzr istəməsi, İsrail daxilindəki daxili təzyiqlərdən çox, ABŞ-ın strateji maraqları ilə izah olunur. Vaşinqton, Səudiyyə ilə yeni təhlükəsizlik sazişinin və Tramp administrasiyasının Yaxın Şərq planlarının təhlükəyə düşməməsi üçün İsraildən təmkin və ehtiyatlılıq tələb edir.

    #Səudiyyə Ərəbistanı #Səudiyyə Ərəbistanı şirkətləri #Səudiyyə xəbərləri #Səudiyyə 2030 Vizyonu #Səudiyyə Ərəbistanı və Misirin Fələstin siyasəti #Səudiyyə Ərəbistanı və İtaliya əməkdaşlığı #Səudiyyə Ərəbistanı daxili işlər naziri #Betsalel Smotriç planları #İbrahim Sazişlərinin təsiri #Səudiyyə Ərəbistanı Yəmən münaqişəsi #ABŞ və Səudiyyə Ərəbistanı münasibətləri #Betsalel Smotriç #Türkiyə-Qabon sazişləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb

    20 İyul 2026 21:10

    Husilər bütün variantlara hazır olduqlarını açıqlayıblar

    20 İyul 2026 18:33

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    19 İyul 2026 21:55

    Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını sərt şəkildə pisləyib

    18 İyul 2026 21:03

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    17 İyul 2026 21:45

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    16 İyul 2026 20:09

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    16 İyul 2026 20:05

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    16 İyul 2026 19:41

    HƏMAS rəsmisi məskunlaşma planlarına qarşı səfərbərlik çağırışı edib

    16 İyul 2026 18:16

    Qətər Husilərin Səudiyyə Ərəbistanına hücumunu sərt şəkildə pisləyib

    14 İyul 2026 22:49

    Körfəz ölkələrinin hava qalxanı nə qədər effektivdir?

    14 İyul 2026 20:08

    Oman Hörmüz boğazında neytral mövqeyini açıqlayıb

    14 İyul 2026 18:59
    XƏBƏR LENTİ

    Türkiyədə idman materiallarının satın alınması üzrə yeni tender elan edilib

    Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb

    Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilir

    Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

    Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin geniş tərkibdə görüşü olub

    Azərbaycan və Almaniya arasında birgə bəyannamə imzalanacaq

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib

    Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.