VOA analitika: Geosiyasi təhlillər

Amerika Birləşmiş Ştatlarında miqrasiya qanunvericiliyi XVIII əsrin sonlarından etibarən ardıcıl şəkildə formalaşıb və ölkənin siyasi, iqtisadi, demoqrafik və təhlükəsizlik prioritetlərinə uyğun olaraq davamlı dəyişikliklərə məruz qalıb. Bu proses ilkin mərhələdə vətəndaşlığın tənzimlənməsi və giriş qaydalarının müəyyən edilməsi ilə başlayıb, sonrakı dövrlərdə isə irqi məhdudiyyətlər, kvota sistemləri, qaçqın siyasəti, qeyri-qanuni miqrasiyaya qarşı tədbirlər və təhlükəsizlik yönümlü sərtləşmə mərhələlərini əhatə edib.

ABŞ mətbuatında dərc olunan analitik yazıda Türkiyənin F-35 proqramına mümkün şəkildə yenidən daxil edilməsi ilə bağlı narahatlıqlar ifadə olunub. ABŞ-nin “The Wall Street” nəşrində Amit Segal imzası ilə yayımlanan təhlildə Türkiyəyə F-35 döyüş təyyarələrinin verilməsinin regional təhlükəsizlik baxımından risklər yarada biləcəyi iddia edilib.

Tez-tez təkrarlamağı sevdiyim bir ifadə var və görünür, indi biz sərt soyuqlar və leysan yağışlarla müşayiət olunan qış günlərində kifayət qədər isti hadisələrə şahid olacağıq. Təxminən bir aydır ki, Türkiyədə baş verən qeyri-adi hadisə və prosesləri diqqətlə izləyirəm. Türkiyənin Müdafiə Nazirliyi ölkə hava məkanına daxil olan və mənşəyi müəyyən edilməyən beşdən artıq pilotsuz uçuş aparatının (PUA) vurulduğunu və ya tapıldığını açıqlayıb. Bu məsələ ilə bağlı ekspertlər iki düşərgəyə bölünür: bir qrup bu PUA-ların Rusiya istehsalı olduğunu, digər qrup isə onların Ukrayna hava məkanından gəldiyini iddia edir. Hər iki versiyanı birləşdirən məqam ondan ibarətdir ki, bu pilotsuz aparatların Suriya–Ukrayna müharibəsi kontekstində istifadə edildiyi, sonradan isə hədəfini itirərək Türkiyə ərazisinə düşdüyü ehtimal olunur.

Səudiyyə Ərəbistanının 2025-ci ildə həyata keçirdiyi xarici siyasət ölkənin regional və beynəlxalq proseslərdə iştirakını, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmlərini əhatə edib. Riyadın bu dövrdə əsas diqqət yetirdiyi məsələlər arasında Qəzza zolağındakı müharibə ilə bağlı diplomatik təşəbbüslər, məcburi köçürmələrə qarşı mövqe, iki dövlətli həll konsepsiyası, Fələstin dövlətinin yaradılmasına dair çağırışlar, Suriya üzrə humanitar və siyasi addımlar, həmçinin regional təhlükəsizlik, o cümlədən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) çərçivəsində təhlükəsizlik məsələləri yer alıb. Eyni zamanda ABŞ və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da davam etdirilib.

İsrailin baş naziri Beniyamin Netanyahu ayın sonuna qədər ABŞ-a növbəti səfərə hazırlaşarkən, 2025-ci il ərzində həyata keçirdiyi xarici uçuşların xərcləri açıqlanıb. Məlumata görə, Netanyahu il ərzində dörd dəfə xaricə səfər edib. Bu səfərlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunması ilə bağlı barəsində həbs orderinin verildiyi bir dövrə təsadüf edib.

Dünya ABŞ Ədliyyə Nazirliyinin “seks ticarətçisi” Cefri Epşteynlə bağlı dosyedə açıqladığı sənədlərin detallarını izləyir. Bu isə geniş sualı gündəmə gətirir: bütün ölçülər üzrə qalmaqallı sayılan bu fiqurun arxasında kim dayanırdı ki, siyasət, mədəniyyət, incəsənət və biznes dünyasının bir sıra məşhur simalarını “toruna” sala bildi? Corc Oruellin “Böyük Qardaş” ifadəsi ilə desək, pərdə arxasında bu “tamaşanı” idarə edən kimsə var: müəyyən dosyelərin, sektorların, hətta dövlətlərin gedişatına nəzarət etmək üçün. ABŞ prezident institutu və Britaniya kral ailəsinin sarsılması üçün yetərli olan “zəlzələ” bunun ölçüsünü göstərir.

Siyasətdə emosiyalara yer yoxdur, daimi dostluqlar mövcud deyil, əbədi müttəfiqlər isə ümumiyyətlə yoxdur. Xarici bir gücə sabit dayaq kimi bel bağlayan şəxs, əslində, bir illüziyaya ümid edir. Yaxın və uzaq tarix bizə dəyişməz bir dərs verir: dövlətlər yalnız öz maraqlarına uyğun hərəkət edirlər. Maraqlar dəyişən kimi hər şey tərəddüdsüz və heç bir mənəvi öhdəlik tanımadan dəyişir.

ABŞ-ın, xüsusilə də “Sezar Qanunu” çərçivəsində tətbiq etdiyi sanksiyaların Suriyaya qarşı ləğv edildiyi anda ölkə sanki dağıntı və beynəlxalq təcridlə yüklənmiş keçmişlə, hələ konturları tam müəyyənləşməsə də artıq təsəvvür edilə bilən bir gələcək arasında tarixi bir yol ayrıcında dayandı. On ildən artıq davam edən müharibə, iqtisadi çöküş və sosial parçalanmadan sonra Suriyanın yenidən qurulması üçün dar, lakin real bir imkan pəncərəsi açılır. Bu proses təkcə mühəndislik və maliyyə layihəsi deyil, eyni zamanda siyasi, təhlükəsizlik və regional ölçüləri olan son dərəcə mürəkkəb bir transformasiyadır. Burada ümidverici fürsətlərlə yanaşı, yanlış idarəetmə halında bütün prosesi mənasızlaşdıra biləcək real təhdidlər də mövcuddur.

ABŞ və İsrail tərəfindən İranın raket və nüvə imkanlarını yenidən bərpa etməsi ilə bağlı xəbərdarlıqlar güclənir. Təhlükəsizlik qiymətləndirmələrinə görə, iyun müharibəsi zamanı İran obyektlərinə endirilən zərbələr təhlükəni tam aradan qaldırmayıb. Vaşinqton Tehran tərəfinin Fordo obyektinin bombalanmasından sonra “mesajı tam dərk etmədiyini” bildirərkən, Təl-Əviv zamanın daraldığını, hərbi variantların yenidən gündəmə gəldiyini və yanlış hesablamaların istənilmədən yeni toqquşmaya yol aça biləcəyini vurğulayır.

Pakistan ordusunun son onilliklərin ən güclü fiquru sayılan baş komandanı Asim Munir, Vaşinqtonun İslamabada Qəzza sektorunda yaradılması planlaşdırılan “sabitləşdirmə qüvvəsi”nə hərbi kontingent göndərməsi üçün təzyiqləri fonunda səlahiyyətlərinin ən çətin sınağı ilə üz-üzə qalıb. Analitiklərin fikrincə, bu addım ölkə daxilində ciddi narazılıqlara səbəb ola bilər. Məlumata görə, Asim Munirin yaxın həftələrdə ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona səfər edəcəyi gözlənilir. Bu, son altı ay ərzində onların üçüncü görüşü olacaq və əsas müzakirə mövzusunun Qəzza üçün nəzərdə tutulan beynəlxalq qüvvə olacağı bildirilir.