Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Aİ İranın əsas güc strukturunu terror siyahısına salmağa hazırlaşır - Rufiz Hafizoğlu

    27 Yanvar 2026 22:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aİ İranın əsas güc strukturunu terror siyahısına salmağa hazırlaşır - Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Yanvarın 29-da Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi məsələsini müzakirə edəcəklər. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani bildirib ki, Aİ bu addımı İranda son zamanlar baş verən etirazlar zamanı mülki şəxslərə qarşı zorakılığa görə məsuliyyət daşıyan şəxslərə fərdi sanksiyaların tətbiqi ilə paralel həyata keçirəcək.

    AzerVoice xəbər verir ki, Aİ-nin SEPAH-a qarşı davam edən təzyiqləri barədə politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a danışıb.

    O, bildirib ki, dekabrdan etibarən İran ətrafında gərginlik daha da artıb: “Təbii ki, bunun müxtəlif səbəbləri var. Ümumiyyətlə, İranda hakimiyyətin gizlətməyə çalışdığı və ya gizlətməyə nail olduğu bu hadisələr yeni deyil. Zaman-zaman İran küçələri bu cür müxtəlif xalq kütlələrinin etirazına məruz qalıb. Düşünürəm ki, hakimiyyət dəyişməsə, bundan sonra da İran xalqı oxşar hallarla üzləşəcək. Amma digər tərəfdən, belə bir mif yaranıb ki, İranda hakimiyyət dəyişsə, hər şey gül-çiçək olacaq. Əslində isə bütün hakimiyyətlərin dəyişməsi, regional sərhədlərin dəyişməsi öz-özlüyündə ciddi sıxıntılar gətirir. İqtisadi, siyasi, terrorizm, radikalizm və digər problemlər. Dolayısıyla bütün bunlara diqqət yetirmək lazımdır".

    R.Hafizoğlu əlavə edib ki, baş verən hadisələrin fonunda ABŞ-nin da açıqlamaları təsirsiz deyil: “ABŞ-nin, daha doğrusu, Prezident Donald Trampın da İranda küçələrdə hakimiyyətin devrilməsini istəyən qüvvələrə verdiyi mesaj, "möhkəm olun, davam edin, dəstək yoldadır" mesajları İrana qarşı təzyiqlərin artacağını göstərir. İrana qarşı təzyiqlər artıq artmaqdadır və daha da sərttləşəcək. SEPAH-la bağlı qərar da bu siyasi sanksiyalar paketinin bir hissəsidir".

    Politoloq SEPAH-ın digər İran strukturlarından fərqləndiyini vurğulayıb: “Azərbaycanda bir çoxu elə düşünür ki, İran ordusu, SEPAH, Bəsic bir-birinə bağlıdır. Əslində isə bu strukturlar bir-birindən çox fərqlənir. İran ordusu ayrı məsələdir – bütün dünyada xalqlar öz ordusunu sevir, İranda da orduya qarşı rəğbət var. Amma SEPAH istisnadır. SEPAH və Bəsic birbaşa İranın ali dini hakimiyyətini və bugünkü rejimi qorumaq üçün qurulub. Doğrudur, İranda prezident var. Lakin ali dini lider Seyid Əli Xameneyinin olduğu yerdə prezidentin mövqeyi fomaldır. Orduda fərqli vəziyyət var, amma SEPAH birbaşa ali dini rəhbərin hakimiyyətini qorumaq üçün fəaliyyət göstərir. Bu qurumun səlahiyyətləri ordunun fövqünə keçərək genişlənib. Avropa İttifaqı və digər qüvvələr İran ordusunu terrorçu elan edə bilməz. İran zaman-zaman terror ixrac edən ölkə kimi təqdim olunur".

    Müsahibimiz SEPAH-ın regiondakı fəaliyyətinə də diqqət çəkib: “SEPAH-ın fəaliyyəti əsasən İran daxilindədir. Amma zaman-zaman Suriya, İraq, Yəmən, qismən Fələstin, Livanda da fəaliyyət göstərib. SEPAH-ın terror təşkilatı kimi təsnifatı regionda təhlükə yaratmayacaq, beynəlxalq münasibətlər baxımından ciddi dəyişiklik olmayacaq. Açıqlamalar və bəyanatlar olacaq, amma geniş mənada dəyişiklik baş verməyəcək. Lakin bunu sıradan hadisə kimi qəbul etmək olmaz. Bu, İrana qarşı atılan siyasi sanksiyalar paketindən biridir. Düşünürəm ki, bu addımlar artacaq. Böyük ehtimalla bəzi İran rəsmilərinin, hətta xarici işlər nazirinin Avropa ölkələrinə səfərlərinə qadağalar qoyula bilər".

    Mehriban Yariyeva

    Abbas Əraqçi Avropa qadağası, Aİ SEPAH terror siyahısı, İran sanksiyaları Avropa, İran etirazları zorakılıq, Avropa İttifaqı İran qərarı, SEPAH sanksiya paketi, İran xarici işlər naziri səfər qadağası, geosiyasi təzyiq Tehran, İran Avropa münasibətləri gərginlik, EU sanctions Iran, IRGC terrorist designation, Iran foreign minister travel ban, European Union Iran pressure, ЕС санкции Иран, КСИР террористическая организация, запрет въезда иранским чиновникам, عقوبات الاتحاد الأوروبي على إيران, الحرس الثوري الإيراني, イラン 制裁 EU, 革命防衛隊 テロ指定, 이란 EU 제재, 혁명수비대

    #AB #Abbas Əraqçinin Avropaya səfərinə qadağa gündəmdə #Aİ SEPAH-ı terror siyahısına salmağa hazırlaşır #İran rəsmilərinə qarşı Avropada yeni sanksiya dalğası #Politoloq: İrana təzyiqlər daha da sərtləşəcək #SEPAH qərarı Avropa–İran münasibətlərini gərginləşdirir #Aİ-dən İrana siyasi xəbərdarlıq #Abbas Arakçi’ye Avrupa yasağı gündemde #İran Devrim Muhafızları’nı terör listesine alabilir #İran’a yönelik Avrupa yaptırımları sertleşiyor #Uzman: Tahran üzerindeki baskı artacak #AB–İran ilişkilerinde yeni kriz #Devrim Muhafızları kararı Avrupa’yı böldü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Keçmişi və bu günü ilə Rusiya-İran münasibətləri

    31 May 2026 13:17

    Ərdoğan xilafətin süqutundan sonra Türkiyənin gücünü necə bərpa etdi?

    31 May 2026 12:00

    Husilərin yay mərkəzləri: Məktəbdən cəbhələrə məcburi keçid

    31 May 2026 11:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    Çin-ABŞ rəqabəti fonunda Fici limanları niyə gərginlik yaratdı?

    30 May 2026 09:00

    Qrenlandiya Trampın iddialarını rədd etdi

    12 Yanvar 2026 21:07

    Aİ ölkələri 25 illik danışıqlardan sonra Mercosur ticarət sazişinə razılıq verdi

    9 Yanvar 2026 19:26

    Avropa İttifaqı Qrenlandiyanın təhlükəsizliyi üçün bir neçə ssenarini müzakirə edir

    8 Yanvar 2026 21:03

    Aİ Delzi Rodrigezi Venesuelanın qanuni lideri kimi tanımır - Anitta Hipper

    6 Yanvar 2026 20:34

    Fələstinlilərin Hataya köçürülməsi ilə bağlı siyasətimiz yoxdur - Türkiyə XİN

    3 May 2025 10:43

    İkili standartlar tətbiq etməyin - Fidan

    4 Aprel 2025 09:39

    ABŞ İsrailə bəzi bombaların göndərilməsini dayandırıb

    8 May 2024 11:25
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.