ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nicolas Maduro və onun həyat yoldaşı Cilia Floresnin ABŞ qüvvələri tərəfindən saxlanıldığını iddia etməsi beynəlxalq aləmdə ciddi suallar doğurub. Rəsmi Karakas bu məlumatı təsdiqləməyib və Vaşinqtondan sübut tələb edir. Venesuelanın vitse-prezidenti Delcy Rodriguez dövlət televiziyasında yayımlanan müraciətində hökumətin Maduro və Floresin harada olduğu barədə məlumatının olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi onların sağ qalmasına dair rəsmi dəlillər təqdim etməlidir.
VOA analitika: Geosiyasi təhlillər
2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqın gələcəyi ilə bağlı formalaşan ümidlər aradan keçən iyirmi ildən artıq müddətdə özünü doğrultmayıb. Diktatura rejimindən xilas olma arzusu daha ədalətli və funksional dövlət quruculuğu gözləntiləri ilə müşayiət olunsa da, bu gün ölkə dərin siyasi, institusional və sosial böhranla üz-üzədir. Səddam Hüseyn dövründə hökm sürən totalitar sistem cəmiyyəti siyasi proseslərdən kənarlaşdıran, insanları gələcəyə dair düşünmək imkanından məhrum edən bir idarəçilik modeli kimi yadda qalıb. Həmin dövrdə islahat ümidlərinin demək olar ki, tükənməsi rejimin süqutunu qaçılmaz edən əsas amillərdən biri olub.
Yaxın Şərq hazırda yeni regional böhranın astanasında kritik mərhələdən keçir. Mövcud vəziyyət İsrail–İran qarşıdurması, Tehranın regiondakı silahlı müttəfiqləri – “Hizbullah”, Qəzza zolağında “HƏMAS”, Yəməndə isə husilərin fəaliyyəti fonunda getdikcə daha mürəkkəb və təhlükəli xarakter alır. Analitiklər bildirirlər ki, regionun müxtəlif nöqtələrində inkişaf edən böhranlar artıq ayrı-ayrı proseslər deyil. İstənilən bir cəbhədə baş verən eskalasiya digər bölgələrdə zəncirvari reaksiyalara səbəb ola bilər ki, bu da çoxcəhətli və genişmiqyaslı münaqişə riskini artırır.
2025-ci ilin başa çatması fonunda dünyada baş verən siyasi, hərbi və iqtisadi proseslər qlobal nizamın ciddi şəkildə sarsıldığını göstərir. İlin sonuna yaxın sürətlənən diplomatik təşəbbüslər, münaqişə zonalarında yeni hərbi planlamalar və böyük güclərin açıq rəqabəti beynəlxalq münasibətlər sistemində dərin dəyişikliklərin başlanğıcına işarə edir.
“Əqsa tufanı” əməliyyatından sonra Qəzzada baş verən müharibə və onun regional nəticələri Türkiyə ilə İsraili qarşı-qarşıya gətirdi. Bu, xüsusilə Suriyada daha çox hiss olunan, birbaşa yox, dolayısı ilə gedən rəqabət və gərginlik mühitidir. Son dövrlərdə tərəflərin addımları isə göstərir ki, onlar tədricən rəqib – hətta müəyyən səviyyədə üz-üzə dura biləcək – bloklar və ittifaqlar formalaşdırmağa başlayırlar.
ABŞ-ın tarixində insan haqları pozuntuları, müharibə cinayətləri və imperialist müdaxilələr silsiləsi, onun qlobal siyasətdəki əsl mahiyyətini ortaya qoyur.
ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddəti ilk gündən etibarən ABŞ Ədliyyə Nazirliyinin (Department of Justice – DOJ) fəaliyyət prinsiplərində kəskin dəyişikliklərlə yadda qalıb. Tramp ikinci müddətinə başladığı ilk günlərdə Ədliyyə Nazirliyinə “ədalət mühakiməsinin siyasiləşdirilməsinə son qoymaq” göstərişi verdiyini bəyan etsə də, hüquq ictimaiyyəti bu addımların əks nəticə verdiyini bildirir. Ənənəvi olaraq ABŞ Ədliyyə Nazirliyi “prokurorluğun müstəqilliyi” anlayışını əsas fəaliyyət norması kimi qoruyub. Nazirlik icra hakimiyyətinin bir hissəsi olsa da, istintaq və ittiham qərarlarının prezidentin siyasi maraqlarından kənar qalması onilliklər ərzində formalaşmış fundamental prinsip sayılıb.
Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Justice Mission 2025” adlı genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər son üç ildə Tayvan ətrafında keçirilən altıncı böyük hərbi manevr olmaqla yanaşı, miqyası və taktiki məqsədlərinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənib.Çin Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin məlumatına əsasən, təlimlər Tayvanın şimalı, cənub-qərbi, cənub-şərqi və şərqində yerləşən hava və dəniz məkanlarını əhatə edib. Manvrlər zamanı döyüş gəmiləri, qırıcılar, bombardmançı təyyarələr, pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlərdən istifadə olunub.
2025-ci ildə Çin Xalq Respublikasının xarici siyasət gündəmi əsasən ABŞ ilə artan ticarət gərginliyi, tarifə qarşıdurmaları və qlobal iqtisadi sistemdə mövqelərin yenidən müəyyənləşdirilməsi ilə xarakterizə olunub. ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövründə gömrük rüsumlarını əsas siyasi-iqtisadi alətə çevirməsi, Pekin–Vaşinqton münasibətlərini siyasi-diplomatik müstəvidən daha çox iqtisadi qarşıdurma mərhələsinə daşıyıb.
“Hizbullah”ın baş katibi şeyx Nəim Qasim Livandakı hakimiyyət strukturlarına sərt tənqid yönəldərək onları “İsrail naminə işləməkdə” ittiham edib və ölkənin “tarixi dönüş nöqtəsi” qarşısında olduğunu bildirib. Qasim “silahın yalnız dövlətin əlində olması” planını “İsrail–ABŞ layihəsi” kimi xarakterizə edib.
ABŞ prezidenti Donald Trump tərəfindən imzalanmış son icraedici sərəncam Yaxın Şərqdə İxvanül-müslimin (Müsəlman Qardaşlar) hərəkatının təsir imkanlarının azaldılması baxımından düzgün və daha effektiv yanaşma kimi qiymətləndirilir. Bununla belə, analitiklər hesab edirlər ki, bu strategiyanın real nəticə verməsi üçün hərəkatla əlaqəli daha geniş maliyyə və təşkilati dəstək şəbəkələri də hədəfə alınmalıdır.
İsrailin Somalidən birtərəfli qaydada ayrıldığını elan etmiş Somaliland bölgəsini tanıması regional və beynəlxalq səviyyədə geniş reaksiyalara yol açıb. Qərar xüsusilə Fələstin məsələsi ilə bağlı narahatlıqlar fonunda diqqət çəkib və bir sıra aktorlar tərəfindən mümkün geosiyasi nəticələr baxımından dəyərləndirilib.