Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Türkiyə məscidlər və “Bayraktar” ilə Afrikada rəqiblərini necə geridə qoydu?

    28 May 2026 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə məscidlər və “Bayraktar” ilə Afrikada rəqiblərini necə geridə qoydu?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    “Türkiyənin Afrika ilə münasibətləri heç vaxt təsəvvür edilməyən səviyyəyə yüksəlib”.

    Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Son illər Afrikada Türkiyənin artan nüfuzu həm regional, həm də qlobal güclərin diqqətini cəlb edir. Vaxtilə əsasən Fransa, Çin və Qərb dövlətlərinin təsir dairəsi hesab edilən qitədə Ankara artıq iqtisadi, siyasi, hərbi və mədəni baxımdan mühüm aktorlardan birinə çevrilib.

    2025-ci ildə Türkiyədə keçirilən beynəlxalq müdafiə sənayesi sərgisində Niger Müdafiə Nazirliyinin baş katibi general Sani Kaçi fransalı jurnalistin “Fransa haqqında nə düşünürsünüz?” sualına “Artıq Fransa bizim üçün əhəmiyyət daşımır” cavabını verib. Bu cavab Türkiyənin Afrikadakı nüfuzunun hansı həddə çatdığını açıq şəkildə göstərən nümunələrdən biri hesab olunur.

    Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın də bu ilin əvvəlində bildirib ki, Ankara Afrika istiqamətinə xüsusi əhəmiyyət verir. O qeyd edib ki, Türkiyə Liviyada sabitliyin qorunmasından Somalidə terrorla mübarizəyə qədər geniş fəaliyyət həyata keçirir. Onun sözlərinə görə, Türkiyə “kəşfiyyat diplomatiyası” Çad, Niger, Keniya və Tanzaniyada ciddi nəticələr əldə edib.

    Əslində Türkiyənin Afrikaya marağı yeni deyil. Ankara təxminən iyirmi il ərzində həm “yumşaq güc”, həm də “sərt güc” elementlərini birləşdirən çoxşaxəli siyasət həyata keçirib. Maraqlıdır ki, Türkiyə bunu rəqibləri ilə müqayisədə daha məhdud maliyyə imkanları ilə bacarıb.

    Afrika Türkiyə üçün həm siyasi nüfuz, həm də iqtisadi bazar baxımından strateji əhəmiyyət daşıyır. Qitə zəngin neft, qaz, qızıl, almaz, kobalt və digər təbii ehtiyatlara sahib olmaqla yanaşı, 1,4 milyardlıq əhalisi ilə böyük istehlak bazarı hesab olunur. Əhalinin artımı və orta təbəqənin genişlənməsi Afrika bazarını daha da cəlbedici edir.

    Türkiyə iqtisadiyyatının inkişaf etdiyi dövrdə Ankara yeni bazarlar axtarırdı və Afrika bu baxımdan böyük imkanlar təqdim etdi. Son iyirmi ildə Türkiyə ilə Afrika ölkələri arasındakı ticarət dövriyyəsi 5,4 milyard dollardan 37 milyard dollara qədər yüksəlib.

    Fransız şirkətləri artıq açıq şəkildə Türkiyə rəqabətindən narazılıq ifadə edir. Fransalı iş adamları bildirirlər ki, türk şirkətləri Afrikada sürətlə genişlənir və bəzi hallarda Çin məhsullarından daha keyfiyyətli məhsullar təklif edir.

    Türkiyə yalnız iqtisadi sahədə deyil, enerji sektorunda da fəallaşıb. Türkiyə Dövlət Neft Şirkəti Somali ilə neft və qaz yataqlarının kəşfiyyatı üzrə razılaşma imzalayıb. Çad da illər əvvəl türk şirkətlərinin neft hasilatında iştirak etməsini istədiyini açıqlamışdı.

    Ankaranın ən diqqətçəkən uğurlarından biri isə müdafiə sənayesi sahəsində olub. Türkiyənin müdafiə məhsullarının Afrikaya ixracı 2015-2021-ci illərdə 653 faiz artıb. 2024-cü ildə Türkiyə Qərbi Afrikada üçüncü ən böyük silah təchizatçısına çevrilib. Hazırda 18 Afrika ölkəsi Türkiyə istehsalı pilotsuz uçuş aparatlarından istifadə edir.

    Xüsusilə Bayraktar TB2 pilotsuz uçuş aparatı Afrikada böyük populyarlıq qazanıb. Afrika ölkələri bu aparatları həm münasib qiymətinə, həm də döyüş meydanındakı effektivliyinə görə seçirlər.

    Türkiyə Somali paytaxtı Moqadişoda yerləşən “Turksom” hərbi bazasını 2017-ci ildə istifadəyə verib. Bu baza Türkiyənin ölkə xaricindəki ən böyük hərbi obyekti hesab olunur və Somali ordusunun hazırlanması məqsədi daşıyır. Beləliklə, Ankara Afrikanın ən həssas bölgələrindən biri olan Afrika Buynuzunda mühüm hərbi gücə çevrilib.

    Türkiyənin Afrikadakı uğurunun əsas səbəblərindən biri də “yumşaq güc” siyasəti olub. Ankara din, mədəniyyət, humanitar yardım və təhsil vasitəsilə qitədə təsirini genişləndirib.

    Türkiyə Dini İşlər İdarəsi olan “Diyanət” Afrika ölkələrində məscidlər tikib, dini konfranslar təşkil edib, su quyuları qazdırıb, günəş panelləri quraşdırıb və humanitar yardımlar həyata keçirib. Qana, Cibuti, Mali, Burkina Faso və Çad kimi ölkələrdə böyük məscid layihələri həyata keçirilib.

    “Diyanət” həmçinin afrikalı tələbələri Türkiyədə dini təhsil almağa cəlb edib. Qurani-Kərim və dini kitabların yerli dillərə tərcümələri hazırlanaraq müxtəlif ölkələrdə paylanıb.

    Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi də Afrikada xəstəxana, məktəb və sosial layihələrin maliyyələşdirilməsində fəal iştirak edir. Agentlik son 15 ildə 22 Afrika ölkəsində fəaliyyətə başlayıb və minlərlə yardım layihəsi həyata keçirib.

    Türkiyənin təhsil sahəsindəki əsas alətlərindən biri isə “Maarif” Fondudur. Fond 20-dən çox Afrika ölkəsində məktəblər açıb və Türkiyə təhsil modelini yaymağa çalışır. Bu proqramlar vasitəsilə gələcək siyasi və ictimai elitalarla əlaqələrin qurulması hədəflənir.

    Diplomatik sahədə də Türkiyə ciddi genişlənmə həyata keçirib. 2002-ci ildə Afrikada cəmi 12 səfirliyi olan Türkiyənin 2023-cü ildə bu rəqəmi 44-ə çatıb. Bu göstərici artıq ABŞ və Fransanın diplomatik şəbəkəsinə yaxın hesab olunur.

    Türkiyə Hava Yollarının Afrika istiqamətində uçuşları son iyirmi ildə 1140 faiz artıb. Ankara hər il Afrika ölkələrinə yüksək səviyyəli səfərlər təşkil edir və afrikalı diplomatların Türkiyədə hazırlanmasına xüsusi diqqət ayırır.

    Türkiyə serialları və media layihələri də qitədə təsir vasitəsinə çevrilib. Türkiyə Radio və Televiziya Qurumu 2023-cü ildə “TRT Afrika” kanalını istifadəyə verib. Kanal ingilis, fransız, haus və suahili dillərində yayımlanır.

    Türkiyənin “sərt güc” siyasəti isə xüsusilə Liviya və Suriyada baş verən hadisələrdən sonra daha çox diqqət çəkməyə başlayıb.

    2019-cu ildə Liviyada general Xəlifə Haftar qüvvələri Tripoliyə yaxınlaşarkən Türkiyə hərbi dəstək göstərərək Milli Razılıq Hökumətinin dağılmasının qarşısını aldı.

    Suriyada isə Türkiyənin dəstəklədiyi qüvvələrin uzun illərdən sonra hakimiyyətə qarşı ciddi nəticələr əldə etməsi və Bəşşar Əsədin hakimiyyətdən getməsi Ankaranın regional təsirini daha da artırdı.

    Afrika ölkələri Türkiyəni artıq yalnız iqtisadi tərəfdaş deyil, həm də təhlükəsizlik sahəsində etibarlı müttəfiq kimi görməyə başlayıb. Mali, Burkina Faso, Niger, Sudan və Toqo kimi ölkələr Türkiyə silahları alır və hərbi əməkdaşlığı genişləndirirlər.

    Türkiyənin üstünlüklərindən biri də onun müstəmləkə keçmişinin olmamasıdır. Ankara Afrikada özünü “qlobal cənubun bir hissəsi”, qarşılıqlı faydaya əsaslanan tərəfdaş kimi təqdim edir. Bu yanaşma xüsusilə Fransaya qarşı anti-müstəmləkəçi hisslərin gücləndiyi ölkələrdə Türkiyəyə əlavə üstünlük qazandırıb.

    Somali Türkiyənin Afrikadakı ən uğurlu layihələrindən biri hesab olunur. 2011-ci ildə ağır humanitar böhran yaşayan Somaliyə yardım edən ilk böyük dövlətlərdən biri Türkiyə oldu. Rəcəb Tayyib Ərdoğan uzun illərdən sonra Somaliyə səfər edən ilk qeyri-afrikalı lider idi.

    Türkiyə Somaliyə yüz milyonlarla dollar yardım göstərdi, xəstəxana, liman və hava limanı inşa etdi. Daha sonra Somali ordusunun hazırlanması və təhlükəsizlik sisteminin gücləndirilməsində mühüm rol oynadı.

    Hazırda isə Türkiyə ilə İsrail arasında Somali məsələsinə görə mümkün rəqabət diqqət çəkir. İsrailin separatçı “Somaliland” bölgəsini tanıması Ankara tərəfindən Somali ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilir.

    Müşahidəçilər hesab edirlər ki, İsrail Afrika Buynuzunda hərbi mövcudluq yaratmağa çalışır. Bu isə bölgədə böyük investisiyalar qoymuş Türkiyə ilə maraq toqquşmasına səbəb ola bilər.

    Bütün bunlar göstərir ki, Türkiyə artıq Afrikada sadəcə iqtisadi investor və ya mədəni təsir sahibi deyil. Ankara son iyirmi ildə diplomatiya, media, hərbi sənaye, humanitar yardım və dini diplomatiyanı birləşdirərək qitənin siyasi və təhlükəsizlik balansına təsir edən əsas güclərdən birinə çevrilib.

    #Bayraktar TB2 #Türkiyə diplomatiyası #Türkiyə Afrikada nüfuzlu #Diyanət idarəsi məscidləri #Maarif Fondu #humanitar yardım layihələri Türkiyə Afrika #Afrika Buynuzu #təhsil və mədəniyyət layihələri #Afrikada Türkiyənin iqtisadi investisiyaları #Afrikada Türkiyə İsrail rəqabəti #Afrikada Türkiyə Fransa rəqabəti #Afrikada Türkiyə Çin rəqabəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ABŞ-İran atəşkəsinin qorunmasını əsas prioritet sayır

    12 May 2026 22:00

    Hakan Fidan: ABŞ Və İran razılaşmaya nail ola bilər

    12 May 2026 21:55

    Azərbaycanda Bayraktar TB2 üzrə mütəxəssislərin ilk buraxılış mərasimi keçirilib

    6 Mart 2026 10:34

    Türkiyənin yeni pilotsuz sistem sınağı uğurla başa çatıb

    4 Dekabr 2025 16:32

    Türkiyə və Küveyt arasında 4 yeni əməkdaşlıq sazişi imzalanıb

    21 Oktyabr 2025 16:35

    Yunanıstan İsraildən yeni hava müdafiə sistemləri alır

    17 Oktyabr 2025 17:56

    Xorvatiya Bayraktar TB2 PUA-larının sınaq uçuşlarına başlayıb

    12 Avqust 2025 15:00

    Türkiyənin Afrikada yüksələn gücü: Təhlükəsizlik əməkdaşlığı yeni mərhələyə keçir

    25 İyul 2025 11:10

    Bayraktar TB2 PUA-ları Küveyt ordusunun inventarına daxil edilib

    18 İyul 2025 11:47

    Bayraktar TB2 sayəsində Marmarisdə yanğının qarşısı alınıb

    12 İyul 2025 16:01

    Baykar İtaliyanın Piaggio Aerospace şirkətini rəsmi olaraq satın alıb

    1 İyul 2025 10:17

    Türkiyə pilotsuz sistemlərdə qlobal liderdir - Görgün

    21 May 2025 15:16
    XƏBƏR LENTİ

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    İran mediası Hörmüz boğazındakı gəmi hərəkəti barədə yeni rəqəmlər açıqlayıb

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.