Türkiyə Afrikada iqtisadi, hərbi, humanitar və dini layihələr vasitəsilə rəqiblərini geridə qoyub. Bayraktar TB2 pilotsuz uçuş aparatları, məscid və məktəb layihələri, diplomatik genişlənmə və media təşəbbüsləri Ankara üçün qitədə strateji üstünlük təmin edir.