Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Mediamız və Kripto-İslamofobiyanın Təhlükəsi

    21 İyun 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mediamız və Kripto-İslamofobiyanın Təhlükəsi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Son illərdə yerli media orqanlarımızda diqqətdən yayınmayan bir tendensiya meydana çıxır: İslam dininə və müsəlmanlara yönəlmiş dolayı, gizli və bəzən açıq şəkildə təhqiredici yanaşmaların artması. Bu, adətən müəyyən siyasi və ya ideoloji mövqeləri əsaslandırmaq üçün istifadə olunan, lakin nəticədə cəmiyyətin dini-mənəvi dəyərlərinə toxunan bir ritorikadır. Biz buna kripto-islamofobiya deyə bilərik – yəni zahirdə neytral və ya guya tənqidi obyektivlik adı altında təqdim olunan, əslində isə İslamın özünə və onu mənimsəyən insanlara qarşı yönəlmiş gizli mənfi münasibət.

    Bu cür yazı və çıxışlarda xüsusilə narahatedici məqam odur ki, İslam dini ilə bağlı həssas mövzularda istifadə olunan ifadələrdə diqqətsizlik, məsuliyyətsizlik və peşəkarlıqdan uzaq yanaşmalar görünür. Bəzən bu, sadəcə müəllifin savadsızlığı və ya dəyərlərə qarşı biganəliyindən qaynaqlanır. Amma bəzi hallarda bu yanaşmaların qəsdli şəkildə, dini kimliyi və dini düşüncə tərzini gözdən salmaq məqsədilə edildiyi sezilir.

    Bu isə artıq jurnalistikanın sərhədlərindən çıxaraq, ictimai təhlükəsizlik və sosial harmoniyanın pozulması məsələsinə çevrilir. Unutmamalıyıq ki, Azərbaycan cəmiyyəti İslam dini ilə minillərlə bağlı olmuş, mədəniyyətini, adətini və ictimai quruluşunu bu dini dəyərlər üzərində formalaşdırmışdır. Belə bir toplumda İslama qarşı yönəlmiş ifadələr təkcə bir fərdin inancına deyil, bütöv bir xalqın kimliyinə toxunur.

    Mediamız nə etməlidir?

    Mediamızın üzərinə düşən əsas vəzifə informasiya verməkdən əlavə, cəmiyyətin müxtəlif təbəqələri arasında körpü rolu oynamaq, dəyərlər arasında dialoq yaratmaq və qarşılıqlı hörməti təşviq etməkdir. Bu, həm də jurnalist etikasının və milli məsuliyyətin ayrılmaz tərkib hissəsidir.

    Hər bir media qurumu və jurnalist bilməlidir ki, dini dəyərlərə toxunarkən nəinki peşəkarcasına, eyni zamanda vicdanla davranmalıdır. Hər bir cümlə, hər bir başlıq, hətta ironik bir ifadə belə, cəmiyyətin bir hissəsində qıcıq, inamsızlıq və gərginlik doğura bilər. Xüsusilə də din kimi dərin mənəvi dayaqlara söykənən mövzularda bu məsuliyyət ikiqat artır.

    Qanuni və ictimai nəzarət zərurəti

    Bu səbəbdən, media sahəsində monitorinq aparan dövlət və ictimai qurumlar, dini nifrəti təşviq edən və ya dini dəyərləri gözdən salan materiallara qarşı daha ciddi nəzarət həyata keçirməlidir. Bu, ifadə azadlığını boğmaq deyil, onu məsuliyyət çərçivəsinə salmaqdır.

    Cəmiyyətin birliyi, ölkənin sabitliyi, vətəndaşlar arasında qarşılıqlı hörmətin qorunması üçün media əsas açarlardan biridir. Mediamız bu açarı düzgün istifadə etməlidir – qapıları bölücülüyə deyil, anlayışa və birliyə açmalıdır.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.