#Azər Hüseynov

Bəzən insan hansı ölkədə yaşadığını unudur. Azərbaycan məgər tarixi olaraq islam dünyasının tərkib hissəsi deyildirmi? Azərbaycanda hələ də uşaqlara Əhməd, Əli, Ömər kimi adlar qoyulmurmu? Bu məsələnin bir tərəfi. Daha sonra hansı metrik araşdırmalar hicabın və ya digər dini atributların təhsilə mane olduğunu göstəribdir. İnanclı ailələrin uşaqları arasında tərbiyə və təhsil səviyyəsinin aşağı olmasını göstərən metrik araşdırmalar varmı? Ümumiyyətlə, məsələnin bu cür qoyulması Türkiyədə olan acı təcrübəni niyə göz önünə gətirmir?

Müasir müsəlman ölkələrinin ən ciddi problemlərindən biri təşəbbüskarlığın zəifləməsidir. İnsanlar təşəbbüs göstərməyə meyilli deyillər. Halbuki təşəbbüs olmayan yerdə inkişaf da olmaz. Nə elmi inkişaf edər, nə sənət, nə iqtisadiyyat, nə də sağlam ictimai münasibətlər formalaşar.

Bu yazı qəribə gələ bilər. İndi izah edim. İnsanlıq islama ehtiyac duyur. Nə üçün ? Çünki İslam ilk öncə tövhidi əmr edir. İnsanlıq əxlaqi dəyərlər və fikir əsasları baxımından islama ehtiyac duyur. Çünki insanlıq bu gün brendlər və trendlər ilə qul vəziyyətinə gətirilibdir. Siqarasını sümürən, otağında oturan bir maqnat dünyaya dəb verə bilir. Dərhal medialar onu tiraj edir. Overton pəncərələri açılır.

Zənn edirəm biz Quranı oxusaq ictimai və insani xoşbəxt olmanın fikir azadlığında olduğunu anlayarıq. Bu ümmət Quranın fikir azadlığı prinsipinə qayıdana qədər səadət görməyəcək və mənzərəni oxuya bilməyəcəkdir. Suriyada bu gün cərəyan edənlər qlobal sistemin özünü yeniləmə və İsrail üçün daha güvənli ortam qurma əməliyyatıdır. Şaranın hakimiyyətinin genişlənməsini Quranın gözü ilə deyil praqmatik baxımından qiymətləndirir və düşüncə məhsulumuzun nəticələrinə Qurandan heç bir dəlil bilmirik. Necə oldu? Niyə buna dobro verildi? Bu əməliyyat hansı şərtlər daxilində başladı ? Hansı geosiyasi hadisənin fonunda Amerika buna niyə icazə verdi ? 60 minlik amerika silahları ilə silahlanmış və bir zaman Amerikanın bölgədə ən böyük silahı proxy gücü olan YPG nə üçün indi ortadan qaldırılır ? Amerikalılar daha yaxşı müttəfiq olmadan milyardlarla pul xərclədikləri müttəfiqlərini niyə ortadan qaldırsın ki ? Buna İsrailin nə üçün aktiv tepkisi yoxdur? Druz məsələsində gəlib Suriyanın içinə girən İsrail niyə sakit durub ? Eşq bizim evimizi yıxıb.

Bu gün müsəlmanların dini fəaliyyət göstərən insanlarının bir qismi təəssüf ki, ya həyata enməyən söhbətlər edir, yaxud da qarşılıqlı ittihamlar səsləndirir. Həyata enən məsələlər nədir bəs? Xidmətlərin və malların istehsalı və satışı məsələsidir. Qəribə gəldi eləmi? Nə üçün qəribə gəlsin ki, evi təmirə ehtiyacı olan ustaya ehtiyac duymurmu? Yaxud da ki, bir yerə getmək istəyən taksi istifadə etmirmi? Acan hər hansı isə bir yeməkxana və ya kafedə yemək yemək istəmirmi? Paltara ehtiyacı olan paltar istəmirmi? Həyata enən budur. Məhz bu səbəbdən Uca Rəbbim deyir ki,

Gecə kiminlə danışır insan ? Həmsöhbətləri dəyişir. Birinci öz arzuları ilə. Evi yoxdursa beynində ev tikir. Otaqları təmir edir. Gücü yoxdursa xəyallarında güclü personaj olur. Sevgidən və ya sevgisiz haldan əziyyət çəkirsə ya uzaq keçmişdə bəlkə də bir sevdiyi olub onunla fikrində danışır, ya da sevgi içində isə onun meyvələrini, yəni övladlarını xoşbəxt görmək istəyir. Ana atası yoxdursa uşaqlığına gedir və onlarla danışır.

İslam dünyasının ən böyük problemlərindən biri mədrəsə ənənəsi ilə islam fikri nümayəndələri arasında ziddiyyətlər olubdur. Bəzən islam fikrinə mədrəsədən də keçid olubdur. İslam fikir nədir? İslam mədrəsəsi nədir? İslam fikri insan, həyat, cəmiyyət, mədəniyyət, əxlaq haqqında təməl əsasların dilə gətirilməsidir. İslam fikri nə edək sualdır?

Bu gün sübh namazına qalxanda balaca oğlum Osmanın məsum yatışına baxdım. Daha sonra İranda müharibə olmasını səbirsizlik ilə gözləyən insanlar göz önümə gəldi. Müharibə harada olur olsun dəhşət və qırğın deyilmi? Qopmuş bədənlər, yetim qalmış uşaqlar, ana atasını itirmiş ortalıqda qalan körpələr deyilmi? Xaos deyilmi? Qəzza göz önündə olmadımı? Suriya on dörd il zülm zillət yaşamadımı? İraqda insanlar işgəncə görmədimi? Bunun siyasət tərəfini demirəm. Mən də bununla bağlı gündə bir neçə müsahibə verirəm, insan olma tərəfini deyirəm. Nə üçün evində yatan körpələrin üzərinə bombalar yağsın? Nə üçün iffətlər korlansın? Heç bir ölkə daxilində iqtisadi problemlər xarici müdaxilə ilə həll edilməyib?

İllər öncə belə bir kitab oxumuşdum. Allahın izni ilə. Şeyx Yusuf Qardavinin öncəliklər fiqhi kitabını. Məsələnin sadə izahı budur ki, addım atanda öncəliklə nə etmək lazımdır. İllərlə öz aramızda dindarlar olaraq bu söhbətləri etdik. Bəzən aşırı düşüncələrə də getdik. Bəzən isə qeyri-müəyyənliyə düşdük. İndi də hərdən bu haqda söhbət edirik.

Quran ilə tanışlıq hər bir azərbaycanlı kimi məndə də Fatihə surəsi ilə oldu. Sovet hökuməti dağılanda menim 11 yaşım var idi. Siyasi şüuru olan bir valideynlərin yanında böyüdüyüm üçün Allahın lütfü ilə başım bir az yaşımdan azca qabağa getmişdi. Qismət olsa inşaallah Aztv-nin verilişini kasetdən köçürüb bir dəfə burada qoyacağam 😊 On bir on iki yaşında siyasətdən falan söhbət edirdim. Əslində, ona görə bəlkə də pul 💰💸 para məsələsində qabağa gedə bilmədim. Balaca vaxtı kəndimizdə Şıxlıda da bir baba var idi, mənə a Reyqan deyirdi 😊 Səbəb də o idi ki, böyüklərin oxuduğu qəzetlərin müzakirəsi zamanı yanlarında oturur, Amerikan imperializminin fəsadları haqqında fikir bildirirdim😊 Onda sovet dövlətini öz uşaq ağlımla ədalətli hesab edirdim. Amma sonra məlum oldu ki, sən demə elə işğal edənin yekəsi bu imiş.

İnsan özü üçün oxuduqları və eşitdiklərini xülasə etməlidir. Bu çox önəm daşıyır. Xülasə edib özü üçün qeydiyyat aparsa bu da çox faydalı olar. Xüsusi ilə insanları Allaha dəvət edəndə. Hər bir şey bu həyatda bir ayənin sanki tətbiqidir. Sən onu görürsən. Əlhəmdülillah. Uzun illər öncə etdiyim qeydlərimin içərisində var gəl edərkən bir mütəfəkkirin sözlərinə rast gəldim:

Salam vermək peyğəmbərimizin təşviq etdiyi gözəl bir əməldir. Salam təbii ki, duadır. Qarşında olan insana salamat olasan deməkdir. Bu həm də islam mədəniyyətinin tərkib hissəsidir. Rəsulullahın yemək yezdirin, salamı yayın və gecə insanlar yatarkən siz oyaq olun, yəni, Uca Allaha ibadət edin, hədisi hamıya məlumdur. Salam həm də qəlbləri birləşdirir. Münasibətlərə duyğu qatır. Son zamanlar, dindar insanlarda da duyğu azalıb.