Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Azərbaycanın Türkiyəyə jesti

    19 May 2025 09:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanın Türkiyəyə jesti
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Bu yazım da çoxlarının xoşuna getməyəcək. Amma mənim tipim belədir ki, beynimə bir şey doldu mu, yazacam – Allahın izni ilə. Bu dəfə Azərbaycanın Türkiyəyə jestindən yazacam, əvvəl Allah.

    Əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin xarakteri stratejidir. Lazımi məqamlarda bir-birinin yanında olublar və olmağa davam edirlər. Azərbaycanda Türkiyəni demək olar ki, sevməyən yoxdur – bəzi azlığı çıxsan. Mən də Türkiyəni sevirəm. Amma Azərbaycanı, təbii ki, daha çox sevirəm. Dar gündə, bu ölkədə Türkə fobiya bəzi dairələrdə yayılanda, ən çox yazan, müsahibə verib Türkiyəni müdafiə edənlərdən biri olmuşam.

    Lakin bəzi məqamları da deməliyəm. Arada sırada Türkiyənin yaxşılıqlarını bir qrupun Azərbaycana minnət etməsi məni üzür. Onlara deyirəm: dayan! Azərbaycanın Türkiyəyə etdiyi jestlər var. Onlar bu gün Türkiyə iqtidarının hakimiyyətdə qalmasında strateji rol oynayıb. Azərbaycan, Türkiyənin ən böyük investisiya yatırıcısıdır. Bu yatırımlar dəfələrlə Türkiyəni maliyyə və iqtisadi böhranlardan çıxardıb – Allahın izni ilə.

    Azərbaycan ilə Türkiyə yaxınlaşması orada FETÖ-nün çevriliş cəhdinin uğursuzluğundan sonra baş verdi. FETÖ yerinə AKP iqtidarı MHP ilə yaxınlaşdı. Məhz millətçi dairələr bu yaxınlaşmaya ciddi təsir etdi. Ona qədər Ermənistan ilə az qala sərhəd açılışı məsələsi var idi. Digər tərəfdən, Azərbaycan Türkiyənin ən zəif yeri olan yanğınsöndürmə problemlərində, meşə yanğınlarında bütün gücü ilə onun yanında oldu. Əlbəttə, bu lazım idi. Edildi də. Türkiyə də Qarabağ müharibəsində Azərbaycanın yanında oldu. Necə ki, Azərbaycan da daim onun yanında olmuşdu. Amma Azərbaycanda heç kimdən eşitmədiniz ki, “bax, biz daim Türkiyənin maliyyə və yatırım ehtiyacı olanda yanında olduq, yanğın zamanı yanında olduq.” Amma, təəssüf ki, bunu bəzi dairələrdən, xüsusilə də oralardan – çox eşitdik. Çox təəssüf.

    Azərbaycan tam praqmatik siyasət yürüdür. Başqa yolu da yoxdur. Çünki dünya və regional oyunçuların ortasında öz dövlət maraqlarını qorumaq istəyir. Azərbaycanın Rusiya ilə, İsrail ilə, Avropa ilə, Amerika ilə balanslı münasibətləri var. Türkiyə ilə isə qardaş və strateji münasibəti.

    Bu yaxınlarda Suriyada hakimiyyət dəyişdi. İsrail özünə bunu təhlükə adlandırıb Suriyanın demək olar ki, bütün hərbi dəniz və hava qüvvələrini məhv etdi. Türkiyə ilə münasibətləri gərginləşdi. Hətta Türkiyənin Suriyada mütəxəssisləri bombardman zamanı həyatını itirdi. Türkiyə bəyanatlardan o tərəfə gedə bilmədi. Azərbaycan dövriyyəyə girdi. Bəyan etdi ki, iki müttəfiqi arasında bu problemin böyüməsi onu narahat edir. Suriyada İsrail bombardmanları ilə getdikcə zədələnən Türkiyə xarizması, məhz Bakı danışıqları ilə qorundu.

    Daha sonra Azərbaycan SOCAR ilə Suriyaya girmək təşəbbüsü etdi (Türkiyə də SOCAR-ın Suriyada olmasında maraqlıdır. Çünki bu, elə onun özünün Suriyada qarantıdır. Azərbaycan orada olarsa, öz maraqlarını qoruyacaq – Allahın izni ilə. İsrail də Azərbaycanın maraqlarını nəzərə alacaqdır. Bundan isə ən çox Türkiyə fayda əldə edəcəkdir). Vəzifəli şəxsləri göndərdi. Azərbaycan Dövlət başçısı Əhməd Şara ilə görüşdü. Onu Azərbaycana dəvət etdi. Azərbaycanın bu jesti Türkiyənin imicini zədələnməkdən qorudu. Bu, Azərbaycanın Türkiyəyə bir jesti idi.

    Ona görə bu sözümə diqqətlə baxın: Türkiyə qardaşdır, ürəkdir. Amma hər nə qədər bu gün güclü görünsə də, onun Azərbaycana ehtiyacı – xüsusilə indiki iqtidarın Azərbaycana ehtiyacı kifayət qədər çoxdur. Bir daha deyirəm: Azərbaycan Suriya və Yaxın Şərq məsələsində dövriyyəyə girməklə, əslində Türkiyənin xarizmasını qorudu. Çünki Suriya bombalandıqca, hamı şiddətli bəyanatlar üzrə və kınama üzrə ixtisaslaşmış olan Türkiyəyə baxırdı. Mütəxəssislər bombardman zamanı dünyasını dəyişəndə də…

    Ona görə Türkiyə də bunu nəzərə almalıdır. Sonda, əlbəttə, Türkiyə qardaşdır, candır. Bunu da inkar etmək olmaz. Qardaşının yanında, qardaşı onun yanında durduğu kimi o da durdu.

    Mən analiz yazanda hisslərimi, duyğularımı, ideoloji kimliyimi kənara qoyuram ki, elə öz camiama heç kimin deməyəcəklərini deyim.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.