Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Taliban hakimiyyətinin 3 ili – Xarici uğurlar və daxili gərginlik

    13 Avqust 2024 11:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Taliban hakimiyyətinin 3 ili – Xarici uğurlar və daxili gərginlik
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Heç bir ölkə tərəfindən tam olaraq tanınmadığı üç il ərzində Taliban hökuməti daxildə möhkəmlənməklə yanaşı bəzi diplomatik uğurlara da nail oldu.

    AzerVoice ArabAz-a istinadən xəbər verir ki, ən diqqətəlayiq hadisə Talibanın ilk dəfə ötən iyunun sonunda beynəlxalq ictimaiyyətlə iqtisadi dəstək və narkotiklərlə mübarizəni müzakirə etmək üçün Doha danışıqlarında iştirakı oldu.

    Qətərə gedən Əfqanıstan nümayəndə heyətinə rəhbərlik edən hökumət sözçüsü Zabihullah Mücahid “Kabilin təcrid vəziyyətindən çıxmasını” alqışlayıb. O, “Frans Press” agentliyinə müsahibəsində deyib ki, “Əfqanıstandakı vəziyyəti nəzərə almaq şərti ilə müsbət görüşlərin keçirilməsini dəstəkləyir”.

    Mürəkkəb danışıqlardan sonra Kabil Əfqanıstandakı “gender aparteidini” tənqid edərək, üçüncü Doha raunduna vətəndaş cəmiyyətinin heç bir nümayəndəsini, xüsusən də qadınları dəvət etməmək üçün Birləşmiş Millətlər Təşkilatının və 20 ölkənin razılığını ala bildi.

    Keçmiş komandir Gülbəddin Hikmətyarın nəvəsi Obaidullah Baher üçün Doha konfransı vacib idi.

    Dohada çıxışı zamanı Baher qadınların təhsildən və iş mühitinin bir hissəsindən kənarda qalmasına diqqət çəkərək, “Qadınların problemini beynəlxalq ictimaiyyət həll edə bilməz. Bu məsələdə yalnız Taliban əlverişli mühit yaratmağa qadirdir” deyib.

    Bu gün bütün problemlərə baxmayaraq, Əfqanıstanın qonşu ölkələr və İslam ölkələri ilə çox yaxşı münasibətləri var. Hal-hazırda Əfqanıstanda 40-a yaxın ölkənin səfirlikləri və ya konsulluqları fəaliyyət göstərir.

    3 il əvvəl Kabildə Qərb səfirliklərinin bağlanmasına baxmayaraq, Çin, Rusiya, İran, Pakistan, Azərbaycan və Orta Asiya respublikaları (Tacikistan istisna olmaqla) Kabillə faktiki olaraq diplomatik əlaqələr qurub.

    Həmçinin Moskva “Taliban”ı terror təşkilatları siyahısından çıxarmağa hazırlaşır və Pekin son 3 ildə Kabilə ilk səfirini təyin edib.

    Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatı Avropada “ən böyük xarici terror təhlükəsini” təmsil edən İŞİD-in regional qolunun fəaliyyətindən narahatlığını ifadə edib.

    İŞİD Suriya və İraqda məhv edildikdən sonra Əfqanıstan ərazisində İŞİD Xorasan peyda olsa da Taliban onlarla uğurlu mübarizə aparıb.

    Hökümət sözçüsü Mücahid bir çox hücumlara görə məsuliyyət daşıyan İŞİD-Xorasana istinad edərək deyib ki, “İŞİD faktorunu təxminən sıfıra endirə biliblər”. Lakin buna baxmayaraq Taliban bu faktı təsdiq edəcək heç bir sübut təqdim etməyib.

    Bu gün Birləşmiş Millətlər Təşkilatı hər hansı xalq etirazının qeyri-mümkün göründüyü İslam Əmirliyində “Fəziləti Təbliğ və Pisliklərin qarşısının alınması” ( Əmr bil Məruf və Nəhy ən Munkər) Nazirliyinin formalaşdırdığı “qorxu mühitini” pisləyib.

    Buna cavab olaraq hökümət sözçüsü Mücahid, “Biz totalitar olduğumuz fikrini qəbul etməyəcəyik”,-deyə etiraz edib.

    Lakin Əfqanıstandakı vətəndaş cəmiyyəti fəalının sözlərinə görə, “Taliban getdikcə sərtləşib və onlar daha sərt olacaqlar.”

    Belə bir şəraitdə Taliban hakimiyyətinin əvvəlində ilkin repressiv tədbirlərə qarşı nümayiş keçirən və döyülən və ya həbs olunan qadınlar indi evlərinin divarları arxasında simvolik olaraq etiraz edirlər.

    Mücahid təsdiq edir ki, “hökumətin xalqın səsinə qulaq asmasını müəyyən edən mexanizmlər” var ki, bunlardan ən önəmlisi ruhanilər və qəbilə şeyxlərinin yerli şuralarıdır.

    “Bizim sistem digər demokratik hökumətlərdə mövcud olan strukturdan fərqli ola bilər, lakin İslama uyğundur.” – deyə o bildirib.

    Dünya Bankı bildirir ki, iqtisadiyyatı xeyli geriləyən Kabil büdcəsinin böyük bir hissəsini ordu, polis və kəşfiyyat olmaqla təhlükəsizlik sisteminə ayırır.

    Mücahid isə, “Biz təhlükəsizlik vəziyyətinə nəzarət edirik. Bu, bizim prioritetimizdir”,- deyə cavab verib.

    Siyasi baxımdan seçkilər, siyasi partiyalar, azad mətbuat olmayan yerdə görünən və ya eşidilən müxalifət yoxdur. Lakin sakinlər 40 ildən çox davam edən müharibədən sonra təhlükəsizliyi qoruduğu üçün Taliban rejiminə minnətdardırlar.

    Bu patriarxal cəmiyyətdə heç də bütün əfqanlar qadınlara qarşı repressiv tədbirlərdən şoka düşmür.

    Digər tərəfdən, bəzi əfqanlar isə ölkəni tərk etməyə can atırlar, xaricdə viza və ya sığınacaq ərizəsi almağı gözləyirlər və ya hətta təhlükəli miqrasiya yollarını seçirlər.

    Taliban hakimiyyətinin 3 ili – Xarici uğurlar və daxili gərginlik
    Taliban hakimiyyətinin 3 ili – Xarici uğurlar və daxili gərginlik
    #Taliban
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Taliban höküməti ABŞ vətəndaşını sərbəst buraxıb

    24 Mart 2026 17:41

    Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

    25 Dekabr 2025 13:10

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    11 Dekabr 2025 12:39

    Pakistan - Əfqanıstan sərhədində yenidən gərginlik yaranıb

    6 Dekabr 2025 13:05

    Pakistan 48 saatlıq atəşkəs elan edib

    15 Oktyabr 2025 17:32

    Pakistan və Əfqanıstan arasında gərginlik - beynəlxalq ictimaiyyət təmkin və dialoqa çağırır

    12 Oktyabr 2025 12:38

    Bu gün Malala Yusufzay Nobel Sülh Mükafatına layiq görülüb

    10 Oktyabr 2025 02:00

    Bu gün ABŞ Əfqanıstanı işğal etməyə başladı

    7 Oktyabr 2025 09:10

    İran, Çin, Pakistan və Rusiya Əfqanıstanla bağlı birgə bəyanat verib

    26 Sentyabr 2025 11:52

    Tramp deyir ki, Əfqanıstan Baqram bazasını ABŞ-a qaytarmasa, pis şeylər olacaq

    21 Sentyabr 2025 09:10

    Trampın ələ keçirmək istədiyi Bağram - Çin nüvə silahlarının istehsal edildiyi yerdən bir saatlıq məsafədədir

    19 Sentyabr 2025 15:00

    Taliban deyir ki, Tramp yolagediləsi adamdır

    14 Sentyabr 2025 18:34
    XƏBƏR LENTİ

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    Dünyanın ən kök insanı neçə kiloqram idi?

    Freyd fenomeni: psixoanaliz elm, fəlsəfə, yoxsa müasir dövrün ən mübahisəli nəzəriyyələrindən biri?

    Türk vergisi nədir və kimlərdən alınırdı?

    Mustafa Kamal Atatürkün İslam və din üzərindəki fikirləri nədir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.