Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Avropa Parlamenti silkələnir Bakının mövqeyi dəyişməyib

    5 Avqust 2024 10:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa Parlamenti silkələnir Bakının mövqeyi dəyişməyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Avropa Parlamentinə seçkilər başa çatandan dərhal sonra Almaniyadakı radikal sağçı "Almaniya üçün alternativ" (Alternative für Deutschland, AfD) Partiyası sözügedən qurumda az yer qazanmış digər Avropa ifrat sağçı və radikal millətçi partiyalarla yeni qrup yaradacığını bəyan etdi.

    "Suveren Millətlərin Avropası" (Europe of Sovereign Nations, ESN) adlı qrupa Fransadan "Rekonkista" (Reconquête), Polşadan "Konfederasiya", Bolqarıstandan "İntibah" (Vzrajdane), İspaniyadan "Bayramın sonu" (Se Acabó La Fiesta), Çexiyadan "Azadlıq və Birbaşa Demokratiya" (Svoboda a přímá demokracie, SPD), Slovakiyadan "Respublika Hərəkatı" (Hnutie Republika, HP), Macarıstandan "Bizim Vətənimiz" (Mi Hazánk Mozgalom, MHM) və Litvadan "Xalq və Ədalət İttifaqı" (Tautos ir teisingumo sąjunga, TTS) partiyalarının qatılacaqları deyilirdi.

    Avropa İttifaqı ölkələrində ən məşhur ultrasağçı partiyalardan biri kimi tanınan AfD etnomillətçilik, islamofobiya və türkofobiya, tarixi revizionizm, iqlimin antropogen səbəblərdən dəyişməsinin inkar edilməsi mövqelərindən çıxış edir.

    Avropa Parlamentinin yeni heyətinin iyulun 16-da keçirilmiş ilk iclasında qrup artıq vardı, amma heyəti bir qədər fərqli idi.

    Hazırda "Suveren Millətlər Avropası" (ESN) qrupu 25 nəfər üzvlə Avropa Parlamentində ən kiçik qrup sayılır. Qrupda AfD-nin 14, Polşanın "Yeni Ümid" (Nowa Nadzieja, NN) Partiyasının və Bolqarıstanın "İntibah"ının hər birinin 3, Çexiyanın "Azadlıq və Birbaşa Demokratiya"sının, Fransanın "Rekonkista"sının, Macarıstanın "Bizim Vətənimiz"in, Litvanın "Xalq və Ədalət İttifaqı"nın, Slovakiyanın "Respublika Hərəkatı"nın hər birinin 1 deputatı var.

    Avropa Parlamentinin reqlamentinə və qaydalarına görə, qrup artıq rəsmi fraksiya sayılır. Beləliklə, qrup "qoşulmamışlar" sırasına daxil edilməkdən qurtulub. Avropa Parlamentinin reqlamentinə görə, "qoşulmamışlar" sırasında olan deputatların nüfuzu və hətta çıxışlarına ayrılan müddət daha az olur.

    ESN qrupu rəsmi bəyanat yayaraq Avropa İttifaqı ölkələrinə miqrasiyanın məhdudlaşdırılmasını, "Yaşıl sövdələşmə"yə yenidən baxılmasını, sosial müavinətlərin artırılmasına, Ukraynaya hərbi yardımların göstərilməsinə və s. qarşı çıxdığını bildirib.

    Əsas məqamsa budur ki, ESN Avropa inteqrasiyası layihəsini idefiks, zərərli məsələ sayır. Xatırladaq ki, Avropa inteqrasiyası strategiyası çərçivəsində Aİ ölkələri "qoca qitə"də real siyasi və iqtisadi ittifaqın yaradılması üçün hüquqları ilə səlahiyyətlərinin bir qismini Avropa İttifaqı strukturlarına həvalə edirlər.

    AfD-nin banilərindən biri Rene Aust və Polşanın "Konfederasiya" Partiyasının tanınmış funksionerlərindən olan Stanislav Tışkanın həmsədr olduqları ESN əlahiddə fəaliyyət göstərmək niyyətində deyil.

    Qrup Avropa Parlamentində yeni yaradılmış "Vətənpərvərlər Avropa Uğrunda" (84 deputat) və "Avropalı Mühafizəkarlar" (78 deputat) fraksiyaları ilə strateji müttəfiqliyə başlamaq fikrindədir.

    Beləliklə, yeni formalaşan koalisiya Avropa Parlamentində liberallar və demokratlarla ciddi rəqabət apara bilər.

    Koalisiyadakı mühafizəkarlar, radikallar, millətçilər və ultrasağçılar aşkar antiqloboalizm, evroskeptisizm mövqelərindədir. Lakin onlar sıralarına ifrata varan sağçıları qəbul etməyəcəklər. Məsələn, Rumıniyanın "SOS Romania" Partiyasından olan deputatlar koalisiyaya qatılmaq istəsələr də, partiyanın şovinist mövqe tutması səbəbindən onlara rədd cavabı verilib. Polyak deputat Qjeqoj Braun ölkə parlamentində xanukal menoranı söndürəndən və iudaizmi "satanist təriqət" adlandırdığı, slovak deputat Milan Mazurek Xolokost barədə aşağılayıcı ifadələr söylədiyinə görə koalisiyaya qəbul edilməyiblər.

    720 deputatdan ibarət Avropa Parlametində böyüklyünə görə 3-cü fraksiya olan "Vətənpərvərlər Avropa Uğrunda"nın ideya müəllifi və təşəbbüskarı Macarıstanın baş naziri Viktor Orbandır.

    Avropa Parlamentində sağçılarla mühafizəkarların koalisiyası təbii ki, qurumda qüvvələr nisbətini öz xeyrinə dəyişə bilməyəcək. Sağçılar və millətçilər postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda Avropanın siyasətinə dəyişikliklərə və əlavələrə nail ola bilərlər.

    İtaliyanın baş naziri Corci Meloninin və Polşanın sabiq baş naziri, "Hüquq və Ədalət" Partiyasının sədri Yaroslav Kaçinskinin bölgəmizdəki proseslərə münasibətlərini, xüsusilə də Azərbaycanla əlaqələri və strateji tərəfdaşlığı inkişaf etdirməyə çağırışlarını nəzərə alsaq, dəyişiliklərin ehtimalı artır.

    Rəsmi Bakı daha intensiv əlaqələrə tərəfdar olan, Avropa Parlamentinin hazırda Azərbaycana qarşı tutduğu qərəzli mövqeyi destruktiv və məntiqsiz sayan siyasətçilər arasında Çexiyanın sabiq baş naziri Andrey Babiş (ANO Partiyasının sədri) və Avstriyadakı Azadlıq Partiyasının sədri Herbert Kikl də var.

    Viktor Orbanın sədr olduğu "Fides" partiyasının lider mövqe tutduğu "Vətənpərvərlər Avropa Uğrunda" qrupuna Marin Le Penin "Milli Vəhdət" (Fransa), Matteo Salvininin "Liqa" (İtaliya), habelə Belçikanın "Flamand marağı" (Vlaams Belan), Hollandiyanın "Azadlıq" (Partij voor de Vrijheid, PVV), İspaniyanın "Səs" (Vox), Portuqaliyanın "Yetər!" (Chega!) və Danimarkanın Xalq Partiyası (Dansk Folkeparti, DF) da qoşulublar.

    Həmin partiyalar arasında "Fides", PVV və "Liqa" hazırda ölkələrindəki hakimiyyət koalisiyalarına rəhbərlik edirlər.

    "Suveren Millətlər Avropası” və "Vətənpərvərlər Avropa Uğrunda" qruplarının koalisiyası yeni strategiyanın tətbiqinə can atacağını bildirib.

    Struktur ilk əvvəl Avropa İttifaqının qurumlarının bir sıra səlahiyyətlərini əllərindən alaraq Aİ ölkələrinə qaytarmaq fikrindədir: koalisiyanın fikrincə, Avropa İttifaqının təşkilatlarında ifrat bürokratiya və qeyri-demokratik mühit hökm sürür.

    Koalisiya həmçinin, ölkələrinin adət-ənənələrini, yunan-Roma və yəhudi-xristian identikliyini mühafizə etdiyini bildirib.

    Sağçılar "Yaşıl Sövdələşmə"ni də qəbul etmir və bildirirlər ki, bu qərar Avropada iqtisadi inkişaf ləngidir, aqrar bazarla kiçik fermerləri boğur, böyük beynəlxalq kənd təsərrüfatı şirkətlərinin maraqlarını qoruyur.

    2020-ci ildə qəbul edilmiş "Yaşıl Sövdələşmə" 2050-c ildə Avropada "iqlim baxımından neytral status"un bərqərar olmasını, 1990-cı illə müqayisədə 2030-cu ildə atmosferə zəhərli tullantıların miqdarının 55 faiz azaldılmasını nəzərdə tutur.

    Amma bütün bunlara rəğmən Avropa Parlamentində və ümumiyyətlə, Avropa İttifaqında xarici siyasət müstəvisində şüarçılıqdan, “Kollektiv Qərbin maraqları” tezisindən usanma prosesi, alternativ və ən əsası, konstruktiv siyasət axtarışları sürətlənib.

    Avropa Parlamentində qərarların qəbulunda, xüsusilə də strateji məsələlərlə bağlı mövqelərdə yaxın zamanlarda köklü dəyişikliklər gözləmək sadəlövhlükdən başqa heç nə deyil. Libertarianlıq, qlobalizm və inkişaf etməkdə olan dövlətlərə resurs mənbəyi kimi baxışların pərdələndiyi demokratlıqla liberallıq bəyanatları hələ uzun müddət davam edəcək.

    Strasburqdakı qurumun Cənubi Qafqazdakı geosiyasi reallıqları qəbul etməsi, regiondakı proseslərə sırf beynəlxalq hüquq və ədalət prizmasından yanaşması da sadəcə, xəyaldır.

    Avropa Parlamentində və Avropa İttifaqında sağçılarla solçular tərəfdaşlığa başlamağa çalışsalar da, indiki saxta liberalizmə obyektiv müxalifət formalaşdıra biləcək radikal mərkəzin təşəkkül tapmasından, həmçinin liberalizmlə yanaşı, marksizm və millətçilikdən, islamofobiya və qlobalizmdən kənar 4-cü siyasi nəzəriyyənin bərqərar olmağa başlamasından danışmaq hələ çox tezdir.

    Cənubi Qafqazdakı proseslərə yanaşma məhz bu baxımdan Avropa Parlamentində yaranan yeni qüvvələrin fəaliyyətinin dəyərləndirilməsinə lakmus kağızı rolunu oynayacaq.

    Əgər “yenilər” də “köhnələr” kimi yalnız danışmaqla məşğul olaraq söz oyununu əməldən üstün tutacaqlarsa, Cənubi Qafqazda dayanıqlı sülhün və stabilliyin bərqərar olmasında, təhlükəsiz mühitin formalaşmasında bazis rolunu oynayacaq, Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı prosesdə Ermənistanın destruktiv mövqeyini, rəsmi İrəvanın beynəlxalq hüququn obyekti statusunu asanlıqla subyekt yerinə qurban verərək əvəzində Qərbin himayəsini qazanmaq cəhdlərini görməyəcəksə, onda Strasburqla Brüsseldə baş verənlər və bundan sonra baş verəcəklər bizim üçün zərrə qədər əhəmiyyət kəsb etməyəcək.

    • Помните автобус, утонувший в Петербурге? Оказалось, в нем ехалРекламаi
    Avropa Parlamenti silkələnir Bakının mövqeyi dəyişməyib
    Avropa Parlamenti silkələnir Bakının mövqeyi dəyişməyib
    Avropa Parlamenti silkələnir Bakının mövqeyi dəyişməyib
    #Almaniya #Avropa Parlamenti #Aİ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avrozonada istiqraz gəlirləri həftəlik artıma hazırlaşır

    5 İyun 2026 18:55

    Almaniya XİN başçısı Putinə müraciət etdi

    5 İyun 2026 11:00

    Almaniya kansleri İsraili Livanda “təmkinli olmağa” çağırıb

    2 İyun 2026 20:14

    Münhen Hava Limanı dron təhlükəsi səbəbilə müvəqqəti bağlanıb

    30 May 2026 13:07

    Keyn “Qızıl Buts” mükafatını qazandı

    25 May 2026 14:46

    İrlandiya Almaniyanın Ukrayna planına etiraz edib

    23 May 2026 12:41

    Doqquz ölkə İsraillə bağlı birgə bəyanat yayıb

    22 May 2026 21:49

    Merts Ukrayna üçün Aİ-də “ortak üzvlük” təklif etdi

    21 May 2026 14:21

    Almaniyada Çinə casusluq edən şəxslər saxlanılıb

    20 May 2026 16:41

    Avropa hələ dünyanın ən güclü qitəsi deyil - Merkel

    19 May 2026 16:49

    Avropa Türkiyənin müdafiə sistemlərinə yönəlir - Alman mətbuatı

    19 May 2026 16:16

    Almaniya kanslerinin ittihamları əsassızdır - İran XİN

    19 May 2026 14:20
    XƏBƏR LENTİ

    ABŞ İranın hücumlarına cavab verib

    366 at güclü hibrid , 2026 Lexus RX500h modelinin müsbət və mənfi tərəfləri

    İran ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

    Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

    Pentaqon İsrail kəşfiyyatının ABŞ rəsmilərini izləməsindən narahatdır - Əks-kəşfiyyat təhdidi ən yüksək həddə

    Tankların qorunmasında yeni nəsil həllər: NERA və NxRA zireh sistemləri nədir?

    Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

    Beynəlxalq insan haqları təşkilatının rəhbəri İsraili Qəzza xəstəxanasının direktorunu azad etməyə çağırıb

    Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

    Dünyanın ən güclü tankları hansılardır? Bir əsrdən çox davam edən inkişafın tarixi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.