Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    İran gücünü hardan alır…?

    12 Yanvar 2025 18:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran gücünü hardan alır…?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice / Arab.AZ

    Bir çoxları hələ də İranın ərəb ölkələrində necə güclü olmasının səbəbini bilmirlər. Təbii ki, bu haqda uzun-uzadı danışmaq olar, lakin ərəb ölkələrində və ümumiyyətlə Tehranın maraq dairəsində olan ölkələrin hamısında faəliyyət mexanizmi əsasən eynidir.

    İran qərbin xüsusi orqanlarından fərqli olaraq, əhalinin üst təbəqəsi ilə deyil, əhalinin daha az təminatlı və əsasən də elmi baxımdan savadsız kütləsi ilə daha çox iş görür. Lakin bu iş heç də alt təbəqə ilə kifayətlənmir.
    İranın fəaliyyət mexanizminə gəlincə isə bu ayrı bir “ fəlsəfədir”. Tehranda xüms və zəkat pulu ilə, müsəlman dövlətləri viran qoymağa çalışan, eləcə də ermənilərlə dodaq-dodağa öpüşən əyalət və vilayət mollalarının hədəfi alt təbəqənin bütün sferalarına nüfuz etməkdir. Bunun üçün olduqca müxtəlif üsullar uzun zamandır ustalıqla tətbiq edilir… Mərsiyələr, mədhiyələr də bu qəbildən olan və İran tərəfindən zəngin “mədəniyyət” kimi təqdim edilən vasitələrdən biridir.
    Ağlı başında olan hər bir kəs bilir ki, İranın ən böyük silahı yalnız və yalnız CƏHALƏTDİR….bəli müxtəlif dini şüarlar altnda insanların hislərini təsir altına salmaq və onlardan maksimum faydalanmaq əyalət və vilayət mollalarının peşəkarlıq dərəcəsinin göstəricisidir. Digər tərəfdən İranın “İSLAM MÜQAVİMƏTİNİN” ayrımaq hissəsi kimi təqdim etdiyi Suriayda insan alverinə nəzarət etdiyi də sirr deyil…

    Bu hər yerdə belədir….Azərbaycanda da, Livanda da, Yəməndə də, İraqda da…. Suriyada da qismən belə idə… Ən böyük və qanlı cinayətlər nədənsə hər zaman Allah adı ilə edilirdi… Allah bütün bunlardan münəzzəhdir.

    Qayıdaq başı bəlalı İraqa….
    Molla rejimi və onun sadiq təbliğatçıları nə olur olsun, fars imperializminə xidmət edən siyasəti olduqca incə və ipək xalı ilməsi kimi təqdim edirlər. Bu haqda istər ağ əmmaməli istərsə də qara əmmaməlilər ağızdolusu danışır.
    Səddam Hüsey Küveytə girməsi ilə əslində ön böyük səhvini etmişdi və bu səhvdən sonra, İran bölgədə nüfuz “ilmələrini” toxumağa başladı. İran Səddam rejiminin süqutundan sonra İraqda öz nəzarətini effektiv şəkildə tətbiq etməkdən ən çox faydalanan və İraq səhnəsində ən çox iştirak edən ölkə idi.

    İranın ərəb regionu ölkələrinə qarşı strategiyası “müqavimət oxu”nun formalaşdırılması prinsipi ilə “inqilab ixracı” idi.
    İranın təsiri İraqdan Suriyaya, Livana qədər uzanan “şiə oxu” adlanır və öz təsirini Fələstindəki İslami müqavimət qruplarına, cənubdan Yəmənə doğru istiqamətləndirir. Oxun rolu Tehranın düşmən kimi təsnif etdiyi şəxslərlə birbaşa qarşıdurmalara girməməsini təmin etməkdir.

    Otuz il ərzində İran öz təsirini bu ölkələrə tətbiq etməyə müvəffəq oldu və dörd ərəb paytaxtı üzərində öz nəzarətini açıq şəkildə bəyan etməyə başladı. İran rəsmilər çıxışlarında “İran əslində dörd paytaxta nəzarət edir”-deyirdilər və bu paytaxtların mübarək və fədakar dindarlar tərəfindən artacağını gizləmidilər.

    İran prezidentinin müşaviri Əli Yunesinin İraqı “yeni İran imperiyasının paytaxtı” hesab etdiyi bəyanatları da var.
    2022-ci ildə İran lideri Əli Xamneyi “Livan, İraq və Suriyadakı fəal siyasətimizin Amerikanın planını pozmağa müvəffəq olduğunu” söyləyib.

    Keçən il oktyabrda başlayan “Əqsa Tufanı” İran üçün hər nə qədər olduqca əhəmiyyətli hadisə adlandırılsa da , mahiyyət etibarilə bu əməliyyat İsrailin İranın bölgədəki nüfuzuna qarşı müharibə elan etməsinin başlanğıcı oldu. İsrail Hizbullah lideri Həsən Nəsrullah başda olmaqla təşkilatın, birinci və ikinci sıra liderlərini hədəf aldı. Artıq Hizbullah o Hizbullah deyil…

    İsrail və Hizbullah arasında atəşkəs elan edildikdən sonra Suriya silahlı müxalifət qruplarının Suriya ordusunun nəzarətində olan şəhərlərə hücumu ilə bağlı xəbərlər yayılmağa başlayana qədər İran rahat nəfəs almayıb. İran 2011-ci ildə olduğu kimi bu hücumları dəf etmək üçün hərbi səfərbərliyə nail ola bilmədi və xarici işlər naziri Abbas Əraqçinin əli ilə diplomatik səylər göstərə bilmədi. Nəticədə İranın “Müqavimət oxunun ŞİRİ” adlandırdığı Əsəd dovşan kimi qaçdı.

    Deməli, otuz ildir ki, İran liderləri regional nüfuzlarını artıtıdılar. Lakin bu nüfuz tam bir ildə qismən də olsa darmadağın oldu. İran xalqının mollalara qurban verməkdə gözünü belə qırpmayan Hizbullahın baş katibi Həsən Nəsrullahı, onun müavini Haşim Safi əd-Din və mühüm hərbi liderləri itirdi.
    “Müqavimət oxu” ölkələrinin onurğa sütunu olan Suriya məğlub oldu. Bu oxda birbaşa əlaqə xəttində yalnız İraq qaldı.

    Addım-addım növbəti qarşıdurmaya doğru gedirik…
    Suriyanın itirilməsi o deməkdir ki, İranın təsir oxundakı dominolar bir-birinin ardınca enməyə başlayıb. İraq son daş ola bilər. Bütün bunların fonunda isə İranda mollaların “ilahi” bir sifarişlə Azərbaycan və Türkiyə əleyhinə, əslində vərdiş olduğumuz ittihamları səsləndirməyə başladılar.
    İran hər zaman düşünürdü ki, Azərbaycan onun “arxa bağçasıdır” və onlar Tehrana sadiq təsir agentləti vasitəsilə hər şey edə bilər. Lakin Azərbaycan nə Livan, nə Yəmən, nə İraq nə də Suriya idi…

    İsrailin baş naziri Netanyahunun BMT-nin son iclasında qaldırdığı xəritə İrana və onun oxuna açıq mesaj vermişdi.
    O, İsraili təhdid edən ölkələri müəyyənləşdirib və onları “lənətlənmiş ölkələr” adlandırıb və bunların “İran, Suriya, İraq, Yəmən və Livan” olduğunu deyib. İran yaxşı bilir ki, İsrail böldə İransız “Yaxın Şərq” yaratmaq istəyir.

    İranın İraqda təsirinin iki tərəfi var, birincisi, respublika prezidentindən tutmuş xarici işlər nazirinə qədər rəsmi qurumlarla təmsil olunan rəsmi tərəfdir.(Bunların hamısı istisnasız olaraq, İran və onun dəstəklədiyi qruplar tərəfindən hakimiyyətə gəlib)
    Tehran rəsmiləri həmişə İraq və İran arasında strateji əlaqələrin dərinliyini vurğulamağa çalışırlar. Suriyada hadisələrin inkişafı zamanı İranın xarici işlər naziri Abbas Əraqçinin Bağdada səfəri İraq və İran arasında Suriya ilə bağlı mövqeləri birləşdirməyə yönəlmişdi.

    İkinci tərəfə gəlincə, bu, “Qüds Gücü”, “İnqilab Keşikçiləri”, “Əl-Kəşfiyyat” (kəşfiyyat) və “Əl-Rəhbar Ofisi” (komandir/rəhbər) və bunlarla təmsil olunan qeyri-rəsmi tərəfdir.

    İkinci tərəf, qeyri-rəsmi aspektdə İraq və İran arasındakı münasibətlər ən mürəkkəbdir və iyirmi ildən artıqdır ki, bu İran onlar vasitəsilə bütün siyasi, təhlükəsizlik və iqtisadi birləşmələrə nüfuz etməyi bacarıb. Konkret olaraq burada İran öz təsirinin bütün sahələrinə nəzarətini gücləndirməyə çalışıb. İraqdakı nüfuzuna və ya onunla əlaqəli qruplara qarşı təhdidlər artdıqca, o, təsir gücünü saxlamaq üçün manevr etməyə imkan verə biləcək alternativləri nəzərdən keçirib.

    İran İraq üzərində nüfuzunun və təsirinin itirilməsini asanlıqla qəbul edə bilməz. Buna görə də, iranlılar Suriya ssenarisinin təkrarlanmaması üçün daha radikal addımlar ata bilər və bu yeni müharibə də ola bilər. Dolayısıyla mollalar İraqda öz biznes və şəxsi maraqlarının itirməmək üçün son iraqlını belə rahat şəkildə qurban edə bilərlər.

    İraqdakı vəziyyət hələ də Yaxın Şərqin xəritəsini dəyişdirmək üçün müharibədə növbəti rolunu gözləməkdədir. Hökumət və bir çox siyasətçilər başa düşürlər ki, İraq İsrailin İran təsiri ilə mübarizə aparacağı növbəti dayanacaqdır. İsrailin Xarici İşlər Naziri Gideon Saar Təhlükəsizlik Şurasına göndərdiyi məktubda “İsrailin özünü müdafiə etmək hüququ” olduğunu bildirib.
    Məktubda birbaşa və ilk dəfə olaraq İranla əlaqəsi olan 6 silahlı qrup iki əsgərin ölümünə səbəb olan İsrailə ölümcül hücumlar təşkil etməkdə ittiham olunur.

    #İran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran artıq 99 faiz nüvə silahı düzəldə bilməyəcək - Donald Tramp

    17 İyun 2026 15:39

    İran mediası: ABŞ-la razılaşmanın mətni cümə gününə qədər gizli saxlanılacaq

    17 İyun 2026 14:46

    İran şərtləri yerinə yetirsə, böyük maliyyə yardımı alacaq - Mark Karni

    17 İyun 2026 11:54

    İran müharibəsi Netanyahu üçün ən böyük siyasi uğursuzluq ola bilər

    16 İyun 2026 21:36

    Neft qiymətlərində sürətli korreksiya qeydə alındı

    16 İyun 2026 21:08

    İran və Oman Hörmüz boğazında beynəlxalq hüquqa sadiqliklərini təsdiqləyib

    16 İyun 2026 21:05

    Qətər əmiri ABŞ–İran memorandumunu alqışlayıb

    16 İyun 2026 21:01

    Qalibaf: Müharibə bütün cəbhələrdə dayanmalıdır

    16 İyun 2026 20:17

    Çin: ABŞ–İran danışıqlarının növbəti mərhələsi daha çətin olacaq

    16 İyun 2026 20:12

    Tehran: ABŞ–İsrail hücumları nəticəsində ən azı 1 265 nəfər həlak olub

    16 İyun 2026 19:53

    İsveçrənin Burgenstok kurortunda ABŞ–İran sazişinin imzalanması planlaşdırılır

    16 İyun 2026 19:49

    Çin: İran və ABŞ ilə “özünəməxsus şəkildə” əlaqə qurmuşuq

    16 İyun 2026 19:28
    XƏBƏR LENTİ

    Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

    Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

    Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

    İran artıq 99 faiz nüvə silahı düzəldə bilməyəcək - Donald Tramp

    Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif edib

    Autizmli uşaqlar arasında stolüstü tennis turniri keçirilib

    İran mediası: ABŞ-la razılaşmanın mətni cümə gününə qədər gizli saxlanılacaq

    Tanınmış vəkilin qızının öldüyü qəzanın görüntüləri

    Azərbaycan-Koreya əməkdaşlığının inkişafı müzakirə olunub

    MİT İŞİD-in sözdə Türkiyə media məsulunu zərərsizləşdirdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.