Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Əsədin devrilməsi: İrəvana və Bakıya təsirləri

    17 Dekabr 2024 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əsədin devrilməsi: İrəvana və Bakıya təsirləri
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice\ArabAZ

    Əsəd rejimin devrilməsindən sonra Yaxın Şərqdə yaranan yeni reallıqlar birbaşa və dolayısı ilə qonşu bölgələrə, xüsusən də Cənubi Qafqaza, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyəcək. Suriyada və Yaxın Şərqdəki əsas aktorların Cənubi Qafqazdakı marağını da nəzərə alsaq, o zaman mənzərə tam aydın olar.

    Yaxın Şərqin əsas oyunçuları hesab edilən ABŞ, Türkiyə, İsrail, Rusiya, İran, Avropa İtttifaqı və digərlərinin Cənubi Qafqazda çox böyük maraqları var və bu maraqlarını təmin etmək uğrunda ciddi mübarizə aparırlar.

    Suriyadakı son hadisələrdən sonra Yaxın Şərqdə Türkiyənin rolu əhəmiyyətli dərəcə artdığından növbəti mərhələdə bu rolun digər yaxın bölgələrə də öz təsirini göstərəcəyi istisnasızdır. Ankaranın Suriyada mövqeyinin möhkəmlənməsi birmənalı şəkildə Cənubi Qafqazda, Mərkəzi Asiya, Afrikada, xüsusən də Şimali Afrika, Sahel bölgəsində, Avropada geosiyasi təsir imkanlarının daha da artmasına geniş imkanlar yaradacaq.

    İkinci Qarabağ savaşından sonra Ankaranın nəinki Cənubi Qafqazda, Mərkəzi Asiyada da təsir imkanları genişlənməkdədir. Ankaranın Avrasiya və Afrikada ciddi oyunçu və açar ölkə rolunda çıxış etməsi isə strateji müttəfiqi olan Azərbaycanın da tamamilə maraqlarına cavab verir. Bu eyni zamanda Bakının bölgədə və digər bölgələrdə nüfuzunun artmasına, qarşısında duran hədəflərə nail olunmasına yeni imkanlar yaradır. İkinci Qarabağ savaşından sonra Azərbaycanın bölgədə yaratdığı geosiyasi reallıqlardan irəli gələn hədəflərin və çağırışların icrasına öz töhfəsini verəcək.

    Birincisi, Əsəd rejiminin çöküşü Ermənistan böyük zərbə olduğundan Ermənistan daha da küncə sıxılmış vəziyyətə düşəcək.

    Suriyadakı erməni diasporu nəticəsində Əsəd rejimi ilə Ermənistan arasında çox sıx əlaqələr mövcud idi və bu hamıya bəlli idi. Məhz bunun nəticəsi olaraq Bəşər Əsəd 2020-ci ildə uydurma erməni soyqırımını tanımış oldu. Əsəd rejimi ermənilərin təsiri ilə beynəlxalq platformalarda davamlı Bakı və Ankaraya qarşı çıxaraq problemlər yaradırdı.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də mediaya açıqlamasında aydın şəkildə bəyan edib. “Suriyadakı keçmiş rejim bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı problemlər yaradırdı”, – Hikmət Hacıyev bildirib.

    Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında qurulsa da, 2014-cü ildən ölkəmizin Dəməşqdə səfirliyi yoxdur. Diplomatik əlaqələr minimum həddə enib. Tərəflər ancaq BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir.

    İkitərəfli münasibətlər o səviyyəyə enib ki, Azərbaycan-Suriya parlamentlərarası işçi qrup belə yoxdur.

    Amma Əsəd rejimin devrilməsi və Ankaranın yeni Suriyanın qurulmasında əsas açar ölkə rolu oynamasından sonra Bakı-Dəməşq əlaqələri yenidən bərpa olunacaq və inkişaf edəcək.

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Bakının Suriyada humanitar problemlərin həllində iştirakında hazır olduğu mesajını verib.

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də mətbuata açıqlamasında bəyan edib ki, Suriya ilə Azərbaycan arasında dostluq münasibətləri qurulacaq və ikitərəfli əlaqələr inkişaf edəcək.

    Əsəd rejiminin çöküşü ilə erməni diasporunun Suriyadakı rolu tamamilə itib. Ermənilər yeni Suriyanın qurulmasında yerlərinin olmaması, onları çaşqın vəziyyətə salıb. Bu da Ermənistana böyük bir zərbədir. Çünki “böyük Ermənistan” ideologiyasında Suriya erməniləri çox aktiv rol oynayırdı. Lakin rejim dəyişikliyi ilə onlar bu imkanlarından da məhrum olacaqlar.

    İkinci Qarabağ savaşından sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan sülh danışıqlarından yayınmaqla geosiyasi vəziyyəti öz xeyirlərinə dəyişəcəyi düşüncəsi xam xəyaldan başqa bir şey deyil. Azərbaycan Prezidenti İrəvana onu da xəbərdarlıq edib ki, geosiyasi vəziyyət əksinə, onların maraqlarına uyğun olmayan istiqamətdə inkişaf edəcək. Bu da Ermənistanı üzləşdiyi vəziyyətdə daha da böhrana və çıxılmaz dalana dirəyəcək.

    Bu baxımdan Suriyadakı hadisələr Azərbaycanın bölgədəki mövqeyinin möhkəmlənməsi ilə yanaşı daha üstün mövqeyə çıxmasına böyük imkan yaradır.

    Bunu şərtləndirən digər amil isə Gürcüstandakı son hadisələrdir.

    Yaranmış vəziyyət İrəvanı Bakının şərtləri daxilində sülh şərtlərini qəbul etməkdən yayınmaq istiqamətində manevr imkanlarını daha da daraldır və ona şərtləri qəbul etməkdən başqa alternativ buraxmır. Zaman Ermənistanın ziyanına işləyir. İrəvan tərəfi istər yaxın Şərqdə, istər Cənubi Qafqazda, istər Avropadakı dostlarının üzləşdiyi vəziyyəti düzgün dəyərləndirib Bakının şərtləri daxilində sülh sazişi imzalamasa, o zaman Ermənistanı proqnozlaşdırılması mümkün olmayan proseslər gözləyir.

    İkincisi, Bakı və Ankaranın Orta Dəhlizin Cənubi Qafqazı tam əhatə edən şaxələndirilmiş, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə effektiv bir dəhlizə çevrilməsinə geniş fürsətlər açmasına öz töhfəsini verəcək. Ankaranın mövqeyinin güclənməsi Zəngəzur dəhlizinə qarşı çıxan gücləri zərərsizləşdirməyə imkan yaradacaq.

    Üçüncüsü, Orta Dəhlizin imkanlarının artırılması baxımdan da mühüm əhəmiyyət kəsb edir.

    Dördüncüsü, Türk Dövlətləri Birliyinin siyasi və iqtisadi güc kimi formalaşaraq ortaya çıxmasına öz müsbət təsirlərini göstərəcək.

    Beşincisi, Azərbaycanın Yaxın Şərqdə, xüsusən də Suriyanın yenidən qurulma prosesinə cəlb olunması və Bakının da regional oyunçu qismində çıxışına fürsət yaradacaq.

    #Azərbaycan #Ermənistan #Suriya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

    3 Avqust 2026 20:27

    İraq Kürdüstan Regionunun Prezidenti Dəməşqdə Əhməd əş-Şəra ilə görüşüb

    3 Avqust 2026 18:54

    Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

    3 Avqust 2026 17:58

    XİN mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

    3 Avqust 2026 16:38

    Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib

    3 Avqust 2026 12:56

    Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

    3 Avqust 2026 11:19

    "44" bədii filminin treyleri yayımlandı

    2 Avqust 2026 20:41

    Ermənistan Prezidenti Nikol Paşinyanı Baş nazir təyin edib

    2 Avqust 2026 16:50

    1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür

    1 Avqust 2026 09:13

    Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur - Prezident Sadır Japarov

    31 İyul 2026 09:44

    Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb - Sadır Japarov

    31 İyul 2026 09:43

    Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təsirli nailiyyətlər nümayiş etdirir - Japarov

    31 İyul 2026 09:08
    XƏBƏR LENTİ

    Bu gün Corc Vaşinqton Ustad Mason titulunu qəbul etdi

    Tarixdə bu gün – 4 Avqust

    İranın Hörmüz boğazından keçidə görə ödəniş almasına icazə verməyəcəyik - Tramp

    İran üçün son şans yetişib - Tramp

    Ərəb Liqası İsraili Qəzzada atəşkəs prosesini pozmağa cəhddə ittiham edib

    Son 24 saatda Hörmüz boğazında daha doqquz kommersiya gəmisi marşrutunu dəyişib - CENTCOM

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    Oman İranla dünya adından danışıqlar aparır

    İsrail ordusu Qəzzadakı əməliyyatın nəticələrini açıqlayıb

    İstənilən təhdidə qəti cavab verməyə hazırıq - SEPAH komandiri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.