Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Yaxın Şərqi tanıyırıqmı?

    30 Oktyabr 2024 16:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaxın Şərqi tanıyırıqmı?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice /ArabAz

    Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Eyni Sosial Araşdırmalar Mərkəzinin eksperti

    Artıq bir ildən çoxdur ki, Qəzzada bir insanlıq dramı yaşanmaqdadır. Bu insanlıq dramının yaşanması yalnız HƏMAS-ın 7 oktyabr 2023-cü ildə başladığı Əqsa Tufanı iləmi bağlıdır? Yoxsa bu tarixi bir prosesin nəticəsidirmi?
    Əslində, məsələnin kökləri Balfur doktrinasına, Osmanlının süqutuna, Avropada sionist təşkilatlarının qurultaylarına, ərəblərin bir qsiminin ingilis və fransızlara aldanmasına qədər gedib çıxır. Bu yazıda məqsəd tarixi arxa planı təhlil etmək deyildir. Hazırda bölgədə aparıcı oyunçuları, onların gücünü, imkanlarını analiz etməkdir.
    Məlumdur ki, bğlgədə ərəb dövlətləri mövcuddur. Onların bir çoxu Osmanlının dağılmasından sonra yaranmışdır. Məhz buna görə də ingilis, fransız və Amerikalıların, eləcə də daha sonra rusların və çinlilərin qurduğu qlobal sistemin iştirakçılarıdır.
    BMT-nin yaranmasınan sonra formalaşmış beynəlxalq hüquqi sistmi qəbul etmiş oyunçulardır. Bir çoxu monarxiyadır və monarx ailələri beynəlxalq maliyyə və iqtisadi nəhənglərlə tərəfdaşdırlar. Ərəb dövlətləri içərisində ən potnsiallı olan üç dövlət bu ün daxili problemlər səbəbi ilə çətin dönəmlər yaşayır, deyə bilərik.
    Bunlar Suriya, İraq və Misirdir. Təbii ki, Misirin durumu daha yaxşıdır. Ərəblərin dövlətləti 1948-1973-cü illərdə İsraillə olan mühribələrin əksəriyətində məğlub olmuşlar. Ərəbləri bir də assimetrik oyunçular, hərbiləşmiş təşkilatlar təmsil edir.
    Bunlar bəzi dövlətlər üçün terrorçudurlar. Bunlar kimdir? HƏMAS, Hizbullah, Husilər və sair. İlk ikisi ərəb dövlətlərindən fərqli olaarq beynəlxalq hüquqi sistem daxilində xüsusi öhdəliyə malik deyillər.
    Ərəb dövlətlərindən fərqli olaraq 1983, 1987-1993, 2006, 2009-2014 və 2023-dən bu yana İsraillə müharibədə qeyri ənənəvi döyüş takstikası ilə İsrailə ciddi problemlər yaranmasına səbəb olublar. Onlar həm də İranla sıx əməkdaşlığa malikdirlər. İran da bölgədə həm onlarla əlaqəsi vardır, həm də yüzə yaxın proksi qüvvələrlə təmsil olunur.
    Ərəblərin qeyri-dövlət aktorlarından HƏMAS-ın hərbi qanadı daha çox İrana meyillidir, siyasi qanadı isə Türkiyəyə. Türkiyə də bölgənin tarixi oyunçusudur. Onun Suriya, Liviya və İraqda hərbi iştirakı vardır. Amma Türkiyənin xarici siyasəti çox dəyişkəndir. Ona görə də, regionda İrandan fərqli olaraq uzun müddət sabit qala bilmir. Regionda bir də amerikalılar vardır. 1948-ci ildən sonra Yaxın Şərqin əksər hissəsindən ingilis və fransızları sıxışdırıb çıxarmış, İsrailin başlıca müttəfiqi. Güclü iqtisadiyyatları və orduları ilə.
    Bölgədə qismən ruslar da vardır. Suriyada və digər yerlərdə hərbi iştirakla. Təbii ki, bğölgədə bir də İsrail vardır. Güclü bir hərbi potensialı olan, beynəlxalq maliyyə sistemində dayaqları olan, ərəb dövlətlərinin bir çoxundan hədəf və strategiyası daha konkret olan İsrail. Əslində, İsrail dövlət beyninin cidiyə aldığı rəqib və düşmən bildiyi Türkiyə və İran vardır.
    Rusiya ilə münasibətlər oynaq və dəyişkəndir. Bir də İsrail assimetrik oyunçuları ciddiyə alır. Çünki assimetrik oyunçuların beynəlxalq hüquq qarşısında öhədəlikləri yoxdur. Onların yalnız siyasi və ideoloji hədəfləri var. Və siyasi rəğbətli kütlələr qarşısında öhdəlikləri. İndi sual budur ki, bunu bu şəkildə bir çoxumuz biliikmi? Yaxın Şərqdə yeni düzənin formalaşmasında assimetrik oyunçularının rolundan xəbərdarıqmı? Ərəb dedikdə bir çox analitiklər XX əsr ərəb düşüncə oyanışından xəbərdar belə deyillər. Bir də Yaxın Şərqi bilmək və anlamaq mütləq dini biliklər tələb edir. İstər xrsityanlıq, istər yəhudilik, istərsə də İslamla bağlı olaraq. Çünki Qüds, Yaxın Şərq həm də dünyanın ezioterik mərkəzidir.
    Bu haqda daha sonra…

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    Türk döyüş taktikası - İldırım Bəyazidin hərbi dühası: Avropa cəngavərlərinin Dunay sahilindəki süqutu

    Blatini niyə İnfantinonu məhkəməyə verdi? FIFA rəhbərliyi ətrafında yeni qalmaqal

    “Domino nəzəriyyəsi” yanlış idimi? MKİ-nin məxfi hesabatı Vyetnam müharibəsi ilə bağlı nəyi ortaya qoydu?

    Mülayim gücün fortifikasiyası: 2025 Range Rover SE Plug-In Hybrid icmalı

    Tarixdə bu gün - 9 İyun

    Livan UNESCO-ya müraciət edib

    Qalibaf niyə həm döyüşdən, həm də danışıqlardan danışır?

    Qalibaf: ABŞ nə atəşkəs, nə də dialoq axtarır

    İsrailin Zefta qəsəbəsinə hücumu nəticəsində azı 7 nəfər həlak olub

    İran hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.