Gündəm

Ram 1500 RHO və ya "Hellcat" mühərrikli SRT TRX üçün əlavə xərc çəkmək istəməyənlər üçün "Rebel" modeli brendin yolsuzluq (off-road) yönümlü yük maşınlarına giriş nöqtəsidir. Bəs Rebel-inizin digər qardaşlarından bir az daha çox fərqlənməsini və daha dəbdəbəli xüsusiyyətlərə malik olmasını istəyirsinizsə necə? Məhz buna görə Ram 2026-cı il modeli üçün Rebel X paketini yenidən həyata qaytarıb.

İranın "ISNA" xəbər agentliyinin hərbi sözçüyə istinadən verdiyi məlumata görə, sabah — cümə axşamı günü İran və müttəfiqi Rusiya Oman dənizində birgə hərbi təlimlər keçirəcək. Bu qərar İran və ABŞ arasında aparılan danışıqlardan dərhal sonraya təsadüf edir. Hərbi sözçü Həsən Maqsudlu bildirib ki, "Birgə Dəniz Təlimləri" Oman dənizi və Hind okeanının şimal hissəsində baş tutacaq. Maqsudlunun sözlərinə görə, təlimlərin məqsədi regionda dəniz təhlükəsizliyini gücləndirmək və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əlaqələri inkişaf etdirməkdir. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub. Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan "seçildiyi" vurğulanıb. Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icra başçısına irad tutulub.

Ramazan ayının təqvimi məlum oldu. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərindədir. Ramazan bayramı isə martın 20-də olacaq.

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib.

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında çərşənbə akşamı Cenevrədə başlaması planlaşdırılan danışıqlarda "dolayı yolla" iştirak edəcək. AzerVoice xəbər verir ki, o Tehranın saziş əldə etmək istədiyinə inandığını əlavə edib. "Mən həmin danışıqlarda dolayı yolla iştirak edəcəyəm. Bu danışıqlar olduqca mühüm əhəmiyyət kəsb edəcək".-deyə, Tramp ABŞ-ın "Air Force One" prezident təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Amerika Birləşmiş Ştatlarını Donald Trampın idarə etdiyi bir dövrdə yaşadığımız üçün onun Yaxın Şərq ölkələrinə dair hər hansı mövqeyinə və ya bəyanatına təəccüblənməməliyik. Lakin onun "Truth Social" platforması vasitəsilə "Koordinasiya Çərçivəsi"nin (İtar ət-Tənsiqi) Nuri əl-Malikini növbəti hökumət başçısı namizədi kimi seçməsinə etiraz etməsi, Malikinin adını çəkərək onu "çox pis seçim" adlandırması nə siyasətçilərin, nə də müşahidəçilərin ağlına gəlməyən bir hadisə idi.

Livan əsilli amerikalı yazıçı, şair və filosof Cübran Xəlil Cübran Şərq və Qərb fəlsəfəsini öz yaradıcılığında birləşdirən nadir sənətkarlardan biridir. O, 1883-cü ildə Livanda doğulub, lakin gənc yaşlarından Amerikaya mühacirət edərək hər iki mədəniyyətin ruhunu mənimsəmişdir. Yazıçının ən böyük özəlliyi onun yalnız sözlərlə deyil, həm də rənglərlə danışmasıdır; o, həm də istedadlı bir rəssam idi.