Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı icra başçısı Musa Şəkiliyevin barəsindəki həbs qətimkan tədbiri uzadılıb. Xatırladaq ki, DTX iyunda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.
Gündəm
Audinin yeni 2026 A6 sedanı üçün "Sport Plus" paketini təklif etmək qərarı yüksək performanslı S6 versiyasının sonunun çatdığını ehtimal etməyə əsas verirdi və bu, həqiqətən də belədir. AzerVoice xəbər verir ki, şirkət sözçüsü "Car and Driver" nəşrinə S6 modelinin 2026-cı il model ili üçün Audi-nin ABŞ-dakı satış sırasına qayıtmayacağını təsdiqləyib və biz onun yaxın gələcəkdə geri qayıtmayacağını proqnozlaşdırırıq. Lakin gələcəkdə A6 seriyasının daha güclü törəmələri üçün bütün ümidlər itirilməyib.
“Damla” İctimai Birliyi ehtiyac sahibi olan ailələrə dəstək məqsədilə “Hər Cümə 1 Manat” adlı xeyriyyə aksiyasına start verib. AzerVoice xəbər verir ki, aksiyanın əsas qayəsi gündəlik həyatda kiçik görünən məbləğlərin birləşərək böyük sosial problemlərin həllinə vəsilə olmasıdır.
ABŞ Prezidenti Donald Tramp cümə günü bəyan edib ki, Birləşmiş Ştatlar İranla "mütləq saziş bağlamalıdır" və bu razılığın növbəti bir ay ərzində əldə olunmasının mümkün olduğunu hesab edir. AzerVoice xəbər verir ki, Tramp, Tehranın razılığa gələ bilməyəcəyi təqdirdə "çox ağrılı" nəticələrin olacağı ilə bağlı xəbərdarlıq edib. Bu açıqlama onun İsrailin Baş naziri Benyamin Netanyahu ilə İran mövzusunda qapalı qapılar arxasında apardığı danışıqlardan bir gün sonraya təsadüf edir.
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib. DTX-nin məlumatında Ramiz Mehdiyevin evində çəkilən görüntülər də yayılıb. Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Ramiz Ənvər oğlu əməlləri ilə dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib. DTX-nin məlumatında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zayıdov Qənimət Səlim oğlunun AXCP-nin sədri Kərimli Əli Əmirhüseyn oğlunun adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə apardığı danışıqların səs yazısı yayılıb.
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib. DTX-nin yaydığı məlumatda Ramiz Mehdiyevin də səs yazıları yayılıb.
"Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi ilə bağlı fəaliyyət göstərib.
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə hələlik yekun sazişin əldə olunmadığını, lakin İranla danışıqların davam etdirilməsində israrlı olduğunu bildirib. Ağ Evdə 3 saatdan çox davam edən görüşü Tramp "çox məhsuldar" adlandırıb və ABŞ-İsrail münasibətlərinin mükəmməl səviyyədə qaldığını vurğulayıb.
Toyota şirkəti avtomobil dünyasında strateji bir addım ataraq, ən çox satılan SUV modellərindən biri olan Highlander-in beşinci nəslini tamamilə elektrikli (EV) avtomobil kimi yenidən təqdim edib.
Mersedes-AMG-nin öz mötəbər "Black Series" (Qara Seriya) seriyasından sonuncu avtomobili buraxmasından təxminən altı il keçib. Bəzi həvəskarlar haqlı olaraq narahat idilər ki, bəlkə də biz bu arzuolunan, az sayda istehsal edilən və yüksək performanslı modellərin sonuncusunu görmüşük. Lakin qorxmağa ehtiyac yoxdur, çünki vəzifəsindən ayrılmağa hazırlaşan AMG rəhbəri Mixael Şibe gələcək "Black Series" avtomobillərinin istehsal ediləcəyini təsdiqləyib.
Öldükdən sonra insanın təkrara dünyaya başqa bir bədənlə geri dönməs qərb dillərində latın mənşəli söz olan reinkarnasıya kəlməsi ilə ifadə olunmaqdadır. Bu dilimizə “yenidən bədənə girmək” mənasına gəlməkdədir. İslam düşüncə tarixində isə bu məsələ “tənasüx” olaraq adlanmışdır. Tənasüx dilimizdə mövcud olan nüsxə kəlməsi ilə eyni kökdən olub, “bir şeyi olduğu kimi başqa yerə nəql etmək, köçürmək” mənalarına gəlməkdədir. Toplumumuzda bəzən bu barədə suallar şıxıdığı üçün bu məslənin İslam dini nöqteyi nəzərindən qısa şəkildə aydınldılmasına ehtiyac duyduq.