Gündəm

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdə tutulur. Martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq. Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar martda uzunmüddətli istirahət günləri olacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisi ultra-ortodoks yəhudilərin (Haredim) icmasına görünməmiş bir xəbərdarlıq məktubu ünvanlayıb. Məktubda icma üzvlərinin İran kəşfiyyatı tərəfindən casusluq fəaliyyətlərinə cəlb edilməsi cəhdləri barədə ciddi xəbərdarlıq edilir. VOA xəbər verir ki, bu addım ultra-ortodoks gənclərin xarici kəşfiyyatla əməkdaşlıq şübhəsi ilə həbs edilməsi fonunda atılıb.

Açıqlamada vurğulanıb ki, Türkiyə dövləti qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hər zaman hörmət göstərir. Eyni zamanda qeyd edilib ki, sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə böhran vəziyyəti olub-olmamasından asılı olmayaraq 7 gün 24 saat prinsipi əsasında zəruri tədbirlər həyata keçirilir.

Hökumət sözçüsü Fatimə Mühacirani həftə sonundan bəri İran universitetlərində yenidən alovlanan etirazlara ilk rəsmi reaksiyasını verib. O, tələbələrin etiraz etmək hüququnun olduğunu qəbul etsə də, "qırmızı xətlərin" keçilməməsi barədə xəbərdarlıq edib: "Müqəddəs dəyərlər və dövlət bayrağı qorumalı olduğumuz qırmızı xətlərdir. Hətta qəzəbin ən yüksək nöqtəsində belə onlardan kənara çıxmaq olmaz".

24 fevral 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı qərar Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük quru müharibəsinin başlanğıcına çevrildi. Kreml sürətli qələbə və Kiyevdə hakimiyyət dəyişikliyi planlaşdırırdı, lakin dörd il sonra müharibə uzanan, tükəndirici və yüksək maliyyətli qarşıdurma mərhələsinə keçib. Müharibənin ilk saatlarında Rusiya Ukrayna ərazisinə raket zərbələri endirdi, hava limanları və hərbi obyektlər hədəfə alındı. Sərhədə toplanmış qoşun birləşmələri paytaxt Kiyev istiqamətində irəlilədi və hətta şəhərin 15 kilometrliyinə qədər yaxınlaşdı. Lakin planlaşdırılan sürətli çöküş baş vermədi. Ukrayna rəhbərliyi geri çəkilmədi, əksinə, müqavimət təşkil etdi.

Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulması bir neçə strateji amillə izah olunur. Analitik bildirib ki, ilk növbədə Azərbaycanla ABŞ arasında son dövrlərdə formalaşan strateji tərəfdaşlıq münasibətləri bu qərarın əsas səbəblərindəndir. Onun sözlərinə görə, ötən ilin avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh sazişinin paraflanması, bu ilin fevralında isə ABŞ vitse-prezidenti Cey di Vensin Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir

ABŞ-ın milli təhlükəsizlik sahəsindəki yüksək rütbəli rəsmiləri Prezident Donald Trampa ordunun gələn şənbə günündən etibarən İrana qarşı mümkün zərbələr endirməyə tam hazır olduğu barədə məlumat veriblər. "CBS News" telekanalına danışan məlumatlı mənbələrin bildirdiyinə görə, hər hansı bir hərbi hərəkətliliyin qrafiki həftə sonundan sonrakı dövrü də əhatə edə bilər.