Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Suriyanı bölməyə çağıran ələvi şeyxi Qəzal Qəzal kimdir?

    3 Yanvar 2026 19:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriyanı bölməyə çağıran ələvi şeyxi Qəzal Qəzal kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Şeyx Qəzal Qəzal açıq şəkildə məzhəbçiliyi tənqid etsə də, eyni zamanda onun üzərində mövqe tutur. O, mərkəzsiz (desentral) dövlət modelini müdafiə edir, ən optimal həll yolunun dünyəvilik (sekulyarizm) olduğunu bildirir və Suriyanın yeni hökumətini “tam inteqrasiya olunmuş terror sistemi” kimi xarakterizə edir. Bununla yanaşı, çıxışlarında “ələvi qanı” kimi ifadələrdən istifadə edir, bildirir ki, Əli ibn Əbu Talib olmasaydı, İslam mövcud olmazdı və Suriyanın sahil bölgəsində yaşayan insanları hökumətə qarşı meydanlarda etiraz aksiyalarına çağırır.

    Onun bu çağırışları 2024-cü ilin noyabrında və 2025-ci ilin dekabrında müəyyən dairələrdə ciddi rezonans doğurdu və nəticədə xaos yaranaraq ölən və yaralananların olduğu hadisələr baş verdi. Son dövrlərdə isə iş adamı Rami Məxluf video müraciətlə Qəzal Qəzalə hücum edərək onu ələviləri təhrik etməkdən çəkinməyə çağırdı və atasına, qardaşına verdiyi “dəstəyi” xatırlatdı.

    Qəzal Qəzal 1962-ci ildə Laziqiyə vilayətinin Həffə qəsəbəsində anadan olub. O, tanınmış ələvi din xadimi Vəhb Qəzalın oğludur. Orta təhsilini Laziqiyədə başa vurduqdan sonra Dəməşq Universitetinin Şəriət fakültəsində təhsil alıb. 1988-ci ildə Londonda yerləşən Beynəlxalq İslam Elmləri Universitetində oxuyub, daha sonra Laziqiyədə qayıdaraq Məhəmməd əl-Baqir məscidində imam, xətib və müəllim kimi fəaliyyət göstərib, sonradan şəhərin müftisi olub. O, “Qurani-Kərim və Sünnədə insan qəlbi” və “Qurani-Kərim və Sünnədə bilik vasitələri” adlı kitabların müəllifidir.

    Qəzal Qəzal Hafiz Əsəd və sonradan Bəşər Əsəd dönəmində bir neçə dəfə hakimiyyət dairələrinə yaxınlaşmağa çalışsa da, uğur qazana bilmədi. Əsəd ailəsi dini-strateji baxımdan əsas diqqəti sünni din xadimlərinin önə çıxarılmasına yönəltmiş, ələvi icmasının isə onsuz da rejimin təbii dayağı olduğunu düşünmüşdülər. 2000-ci ildə Hafiz Əsədin dəfni zamanı Qəzal Qəzalın sünni alim Məhəmməd Səid Ramazan əl-Butinin cənazə namazı qıldırmasına etiraz etməsi onun Bəşər Əsədin etimadını qazanmasına ciddi zərbə vurdu.

    2005-ci ildə Əhməd Həsunun Suriyanın müftisi təyin olunmasından sonra Qəzal ona yaxınlaşmağa cəhd etdi, lakin Həsun onun irəliləməsinə imkan vermədi. Beləliklə, Qəzalın təsiri uzun illər əsasən öz məzhəbi və dar çevrəsi ilə məhdud qaldı.

    2024-cü ilin 8 dekabrında Bəşər Əsədin ölkəni tərk etməsi və əvvəlki rejimin süqutundan sonra Qəzal Qəzalın səsi daha aydın eşidilməyə başladı. O, bir tərəfdən Əhməd Şaranın hökumətini tənqid edir, digər tərəfdən qismən qəbul edirmiş kimi çıxışlar edirdi. 2025-ci ilin fevralında “Suriyada və mühacirətdə Ali Ələvi İslam Şurası” yaradıldı və Qəzal onun sədri təyin edildi. Bu andan etibarən o, xüsusilə 2025-ci ilin martında sahil bölgəsində baş verən və yüzlərlə insanın həlak olduğu qanlı hadisələrdən sonra ən təsirli fiqurlardan birinə çevrildi.

    Şura iki əsas strukturdan ibarətdir:
    – Dini Şura – Qəzal Qəzalın rəhbərliyi altında 130 şeyxdən ibarətdir (Laziqiyə, Hum, Tartus, Həma, Dəməşq və Dəməşq ərtafı).
    – İcraedici Şura – siyasi, iqtisadi, hüquqi, media, humanitar və koordinasiya ofislərini əhatə edir.

    Mart hadisələrindən sonra Qəzal açıq şəkildə ələvilər üçün beynəlxalq müdaxilə çağırışları etməyə başladı, hadisələrin araşdırılması üzrə yaradılan rəsmi komissiyanı rədd etdi və silahların hökumətə təhvil verilməsini “səhv” adlandırdı. Bu, bir çoxları tərəfindən yenidən silahlanmaya dolayısı çağırış kimi qiymətləndirildi.

    2025-ci ilin iyulunda yayımlanan video çıxışında o, Suriya hökumətini “qan tökməyi müqəddəsləşdirən terror sistemi” adlandırdı. Avqust ayında isə SDQ-nin təşkil etdiyi “komponentlərin birliyi” konfransında iştirak edərək dünyəvi, plüralist və federativ dövlət modelini müdafiə etdi.

    Qəzal Qəzal noyabr və dekabr aylarında sahil bölgəsində kütləvi etirazlara çağırış etdi. 28 dekabr çağırışı isə qanlı toqquşmalarla nəticələndi – Laziqiyə və Cəblədə təhlükəsizlik qüvvələrinə hücumlar oldu, ölən və yaralananlar qeydə alındı. Hərçənd təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alsa da, sosial gərginlik dərinləşdi.

    Hazırda Qəzal Qəzalın harada olduğu məlum deyil. Müxtəlif mənbələr onun Qamışlıda və ya artıq Suriyanı tərk etdiyini bildirir. Eyni zamanda, keçmiş rejim tərəfdarlarının və İran–Hizbullah media şəbəkəsinin onun ritorikasından istifadə edərək mövcud hökuməti gözdən salmağa çalışdığı qeyd olunur.

    Bugünkü Suriya bir neçə paralel narrativin toqquşduğu ölkədir: sahil bölgəsində dini ritorika, SDQ-nin öncüllük etdiyi etnik–siyasi xətt və hökumətin dövlətçi narrativi. Bu fonda, silahlanma, sosial parçalanma və zəif təhlükəsizlik institutları potensial partlayış riskini artırır.

    #Şeyx Qəzal Qəzal kimdir və Suriyanın sahil bölgəsində hansı gündəmi formalaşdırır? #Ələvi dini liderin ritorikası #desentralizasiya çağırışları və sahil bölgəsində artan sosial gərginlik #Şeyx Qəzal Qəzal Suriyanın sahilində hansı rolu oynayır? #Sahil bölgəsində gərginlik: Qəzal Qəzalın çağırışları nə vəd edir? #Ələvi lider Qəzal Qəzal və Suriyada desentralizasiya mübahisəsi #Suriya sahilində yeni dini-siyasi fiqur: Qəzal Qəzal faktoru #Sahil hadisələri və Qəzal Qəzalın ritorikasının təsiri #Qəzal Qəzal fenomeni: dini liderlikdən siyasi mobilizasiyaya #Suriyanın sahil bölgəsində sosial partlayış riski niyə artır? #Ələvi icması #federasiya çağırışları və Dəməşqlə qarşıdurma #Sahil bölgəsində dini ritorika və təhlükəsizlik balansı #Şeyx Qəzal Qəzal #Suriyanın sahil bölgəsi #Ələvi icması Suriyada #Suriya desentralizasiya müzakirəsi #Federativ Suriya modeli #Suriyada dini liderlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fazil Küçük kimdir?

    30 Avqust 2026 13:25

    İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

    27 Avqust 2026 17:56

    Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

    25 Avqust 2026 10:10

    Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?

    23 Avqust 2026 19:12

    Trampdan əl çəkməyən qadın - Natali Harp kimdir?

    19 Avqust 2026 11:15

    Səudiyyə musiqisinin yeni siması – DJ Mubarak kimdir?

    18 Avqust 2026 10:48

    Yazıçı, rəssam,filosof və dahi - Cübran Xəlil Cübran kimdir?

    16 Avqust 2026 15:00

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    9 Avqust 2026 08:54

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    9 Avqust 2026 07:15

    Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

    2 Avqust 2026 04:00

    Bu gün onun ölüm günüdür - Döyüş sənətini dəyişən əfsanə - Brus Li kimdir?

    20 İyul 2026 10:09

    Əsədullahil-qalib – Allahın qalib şiri: Həzrəti Əlinin elmi, səxavəti, qəhrəmanlıqları və şəhadəti

    19 İyul 2026 16:00
    XƏBƏR LENTİ

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.