Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar / Ərəb yazıçılar və filosoflar
    Ərəb yazıçılar və filosoflar

    Yazıçı, rəssam,filosof və dahi - Cübran Xəlil Cübran kimdir?

    16 Avqust 2026 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yazıçı, rəssam,filosof və dahi - Cübran Xəlil Cübran kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Görkəmli yazıçı və tanınmış rəssam Cübran Xəlil Cübran 1883-cü ildə Osmanlı imperiyasının muxtar vilayəti olan Livanın Bşarri şəhərində katolik ailəsində doğulub. Onun anası Kamila Cübranı üçüncü həyat yoldaşından dünyaya gətirib. Ailənin yoxsulluğu səbəbindən Cübran normal təhsil ala bilməsə də, evlərinə vaxtaşırı gələn keşişlər ona İncil və ərəb dili üzrə dərslər keçiblər.

    Z nəsli üçün Cübran: Şeytan əsərinin analizi Z nəsli üçün Cübran: Şeytan əsərinin analizi

    Cübranın şöhrəti yalnız Şərq aləmi ilə məhdudlaşmayıb; Avropa və Amerikada da o, istedadlı yazıçı və rəssam kimi tanınıb. Onun haqqında ən dolğun məlumatı yaxın dostu və silahdaşı, “Qələmlər Cəmiyyəti”nin məsləhətçisi Mixail Nüaymə verib. Nüaymənin 1934-cü ildə nəşr olunan “Cübran Xəlil Cübran: həyatı, vəfatı, ədəbiyyatı və sənəti” kitabı sovet şərqşünası Kraçkovski tərəfindən yeni ərəb ədəbiyyatının, ümumiyyətlə isə ərəb ədəbiyyatının böyük hadisəsi adlandırılıb.

    İki qadın danışanda heç bir şey danışmazlar; bir qadın danışanda bütün bir həyatı açıqlayar.( Xəlil Cübran)

    Bu iki ədib 1916-cı ildə tanış olmuş və 1931-ci ildə Cübranın vəfatına qədər səmimi münasibətlərini qorumuşdular. Onların qürbət həyatı dostluğu daha da gücləndirmişdi. Məhz bu yaxınlıq sayəsində Nüaymə Cübranın həyatının incəliklərini öyrənmiş və olduqca hərtərəfli əsər ortaya qoymuşdur. Əsərdə Cübranın həyatı, hissləri, düşüncələri və cəmiyyətə münasibəti geniş şəkildə əksini tapır.

    Uşaqlıq xatirələri
    Cübranı anası Kamila tez-tez öz hissləri ilə bölüşürdü. O, belə deyirdi: “Mən heç vaxt bu dünyaya gəlmək istəməzdim. Sənin doğulana qədər qadın monastırına getmək istəyirdim. Sənin dünyaya gəlişin göylərdən enən mələyin zühuru kimi oldu mənim üçün, amma qanadları sınmış mələk kimi.” Bu xatirə sonradan onun məşhur “Sınıq qanadlar” (Broken Wings, 1912) əsərinin yaranmasına səbəb oldu.

    Cübran Xəlil Cübran və Peyğəmbər: Ruhun azadlıq manifesti Cübran Xəlil Cübran və Peyğəmbər: Ruhun azadlıq manifesti

    Mühacirət və yaradıcılıq yolu
    Cübran ailəsi ilə birlikdə 1895-ci ildə ABŞ-a köçdü və ömrünün sonunadək əsasən Nyu-York və Bostonda yaşadı. 1904-cü ildə ərəb dilində məqalələrini “Emiqrant” qəzetində dərc etdirməyə başladı. 1908-ci ildə rəssamlıq təhsili üçün Parisə getdi, 1910-cu ildə isə ABŞ-a geri döndü. Ömrünün son 20 ilini Amerikada keçirərək əsərlərini ingilis dilində yazmağa başladı.


    Dostum, Günəşə bax, torpağa bax, suya bax, buluda bax; fəqət, arxana baxma. Kimin gəldiyi əhəmiyyətli deyil, kimin gəlmədiyi də. ( Xəlil Cübran)

    Onun məşhur kitabları arasında “Xəbərçi”, “Dünya tanrıları”, “İnsanoğlu İsa”, “Asi ruhlar”, “Dəli”, “Sözlər” və baş əsəri sayılan “Peyğəmbər” (1923) var. “Peyğəmbər” əsəri 100-dən çox dilə tərcümə olunub və dünya ədəbiyyatında mühüm yer tutur. Əsərləri ümumilikdə 20-dən çox dilə tərcümə edilib.

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Cübran 1904-cü ildə Meri Elizabet Haskell ilə tanış oldu. Bu qadın onun şəxsiyyətinə və yaradıcılığına böyük təsir göstərdi. Onların münasibəti rəsmi nigahla rəsmiləşməsə də, Haskell onun həyatında mühüm rol oynadı.

    Cübranın dini baxışları özünəməxsus idi. Xristian ənənələri ilə böyüsə də, islamın, sufi fəlsəfəsinin və digər dinlərin təsirini də qəbul etmişdi. Onun universal məhəbbət fəlsəfəsi belə ifadə olunur:
    “Sən mənim qardaşımsan və mən səni sevirəm. Məsciddə səcdə edərkən də, kilsədə diz çökərkən də, sinaqoqda dua edərkən də səni sevirəm. Biz hamımız inamın – Allahın övladlarıyıq.”

    Rəssamlıq fəaliyyəti
    Cübran rəsm əsərlərində tez-tez çılpaqlıq elementindən istifadə edib. Onun çəkdiyi qadın simalarının çoxunda anasının üzü əks olunub. Bu, onun “insan dünyaya çılpaq gəlir və çılpaq gedir” fəlsəfəsinin ifadəsi idi. O, əsərlərinə imza atmırdı və deyirdi ki, “Mənim rəsmlərim harada olursa-olsun öz üslubuna görə mənim olduğumu söyləyəcək.”

    Cübranın rəsmləri ilə “Peyğəmbər” əsəri arasında dərin əlaqə var. Rəssamlıqda yaratdığı simvolika və metaforalar onun fəlsəfi baxışlarını gücləndirmişdir.

    Son illər və vəfatı
    Cübran 1931-ci il aprelin 10-da Nyu-Yorkda qaraciyər sirrozu və vərəmdən vəfat edib. Bacısı Mariana və Meri Haskell onun cəsədini Livana apararaq Bşarri şəhərindəki Mar Sarkis monastırında dəfn ediblər. Sonradan monastır Cübran muzeyinə çevrilib və burada onun 440 rəsm əsəri saxlanılır.

    Onun məzar daşında bu sözlər yazılıb:
    “Mən də sizin kimi sağam. Qarşınızdayam. Gözlərinizi yumun və ətrafınıza baxın, məni qarşınızda görəcəksiniz.”

    Əsərləri

    Ərəbcə:

    • نبذة في فن الموسيقى Nubḏaḧ fī Fann al-Mūsīqá (1905)
    • عرائس المروج ‘Arā’is al-Murūj (“Çəmənlər gəlinləri”, 1906)
    • الأرواح المتمردة Al-Arwāḥ al-Mutamarridaḧ (“Üsyankar ruhlar”, 1908)
    • الأجنحة المتكسرة Al-Ajniḥaḧ al-Mutakassiraḧ (“Qırılmış qanadlar”, 1912)
    • دمعة وابتسامة Dam‘aḧ wa-Btisāmaḧ (“Göz yaşı və təbəssüm”, 1914)
    • المواكب Al-Mawākib (“Yürüşlər”, 1919)
    • العواصف Al-‘Awāṣif (“Tufanlar”, 1920)
    • البدائع والطرائف Al-Badā’i‘ wa-ṭ-Ṭarā’if (“Qəriblər və ecazkarlar”, 1923)

    İngiliscə:

    • The Madman (“Divanə”, 1918)
    • The Forerunner (“Sələf”, 1920)
    • The Prophet (“Peyğəmbər”, 1923)
    • Sand and Foam (“Qum və köpük”, 1926)
    • Jesus the Son of Man (“İnsanoğlu İsa”, 1928)
    • The Earth Gods (“Yer tanrıları”, 1929)
    • The Wanderer (“Səyyah”, 1932)
    • The Garden of the Prophet (“Peyğəmbər bağı”, 1933)
    #Livan #Osmanlı İmperiyası #Peyğəmbər #Cübran Xəlil Cübran kimdir? #Cübran Xəlil Cübran #Qələmlər Cəmiyyəti #Broken Wings #Xəbərçi #Dünya tanrıları #Peyğəmbər əsəri #Qum və köpük #Mar Sarkis monastırı #نبذة في فن الموسيقى #Meri Elizabet Haskell
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    İsrail ordusu Livanın cənubunda güclü partlayışlar törədib

    21 Avqust 2026 18:22

    İsrail Livanın cənubuna gecə və səhər saatlarında hücumları davam etdirib

    21 Avqust 2026 18:11

    Livanın xarici işlər naziri İranı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

    20 Avqust 2026 21:05

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    20 Avqust 2026 20:13

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40

    Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

    20 Avqust 2026 18:44

    Cozef Aun Livanın cənubunun yenidən qurulması üçün əsas şərti açıqlayıb

    19 Avqust 2026 17:17

    Livanda 860 minə yaxın məcburi köçkün evinə qayıdıb, böhran isə davam edir - BMT

    18 Avqust 2026 19:46

    Livan ordusunun komandanı ABŞ nümayəndə heyəti ilə görüşüb

    18 Avqust 2026 19:30

    Beyrut sui-qəsdlərindən Suriya qətliamlarına qədər - Hizbullahın 40 illik cinayət xronikası

    18 Avqust 2026 15:03
    XƏBƏR LENTİ

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.