Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Hərb tarixi: Döyüş xronikası
    Hərb tarixi: Döyüş xronikası

    Həqiqətlərin təhrifi: Boğazın əsl adı Hörmüz deyil, Xalid bin Vəlid olmalı idi

    27 Mart 2026 02:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Həqiqətlərin təhrifi: Boğazın əsl adı Hörmüz deyil, Xalid bin Vəlid olmalı idi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Tarixi faktlar göstərir ki, bölgənin coğrafi adları müsəlmanların böyük qələbələri ilə bağlıdır. Boğazın adı əslində fars sərkərdəsi Hörmüzün deyil, onu döyüş meydanında məğlub edən "Allahın qılıncı" ləqəbi ilə tanınan Xalid bin Vəlidin adını daşımalı idi.

    Xalid bin Vəlid və Hörmüz: Tarixi duel

    İraqın müsəlmanlar tərəfindən fəthinin başlanğıcında, hicri 12-ci ildə (miladi 633) müsəlman ordusu ilə fars ordusu "Zatüs-Səlasil" adlı böyük döyüşdə üz-üzə gəldi. O dövrün müharibə adətlərinə uyğun olaraq, ordular toqquşmazdan əvvəl sərkərdələr təkbətek mübarizəyə çıxdılar.

    Müsəlman ordusunun baş komandanı Xalid bin Vəlid meydana çıxdı, onun qarşısına isə fars ordusunun komandanı Hörmüz atıldı. Sərkərdələr bir-birinə elə yaxınlaşdılar ki, artıq müsəlmanların deyil, farsların sıralarına daha yaxın idilər. Hörmüz atından düşərək Xalidə işarə etdi ki, əgər qəhrəmandırsa, döyüşü yerdə davam etdirsin. Xalid bin Vəlid bu çağırışı qəbul etdi, o da atından düşdü və hər iki sərkərdə atlarını öz ordularına geri göndərdi.

    Xəyanət və qəhrəmanlıq

    Hər iki ordu gərginlik içində bu səhnəni izləyirdi. İki ali baş komandanın yerdə, piyada döyüşməsi müharibələr tarixində nadir hadisə idi. Bu, geri çəkilməyin mümkün olmadığı və tərəflərdən birinin mütləq ölümü ilə nəticələnəcək bir duel idi.

    Lakin Hörmüz dueldən əvvəl hiylə hazırlamışdı; o, beş güclü süvarisini döyüş başlayan kimi Xalidə hücum etmək üçün hazır vəziyyətə gətirmişdi. Qılınclar toqquşan kimi Hörmüz işarə verdi və beş fars süvarisi Xalidi xaincəsinə öldürmək üçün ona doğru atıldı. Xalid bin Vəlid vəziyyətin təhlükəli olduğunu dərhal anladı; müsəlman əsgərləri ondan uzaqda idilər və süvarilər kömək gəlməzdən əvvəl ona çatacaqdılar.

    Lakin ilahi inayət daha yaxın idi. Müsəlman sərkərdələrindən Qəqqa bin Əmr ət-Təmimi süvarilərin hərəkətini hiss etdi və bunun xəyanət olduğunu anlayaraq ox kimi meydana atıldı. Qəqqa həlledici anda yetişərək birinci fars süvarisini, dərhal sonra isə ikincisini yerə sərdi. Bu vaxt digər müsəlman süvariləri də meydana çatdılar və sahə fərdi mübarizələr meydanına çevrildi.

    Xalid bin Vəlid bu sui-qəsddən xilas olduqdan sonra yenidən Hörmüzlə dueli davam etdirdi və döyüşdə böyük məharət nümayiş etdirdi. Bir neçə dəqiqə keçməmiş Xalidin qılıncından fars sərkərdəsi Hörmüzün qanı damlayırdı.

    "Zatüs-Səlasil" qələbəsi

    Komandanlarının öldürülməsi fars ordusunda böyük şok yaratdı. Onlar ərəbləri öz böyük dövlətlərindən və nizamlı ordularından aşağı səviyyədə görürdülər. Lakin Xalid onlara özünə gəlməyə imkan vermədi və ümumi hücum əmri verdi. Baş komandansız qalan və sıraları pozulan fars ordusu çox tab gətirə bilmədi və darmadağın edildi. Döyüş tarixin ən böyük hərbi dühalarından biri — "Allahın qılıncı" adı ilə tanınan Xalid bin Vəlidin rəhbərliyi ilə müsəlmanların mütləq qələbəsi ilə başa çatdı.

    Uzun müddət bu boğam tarixi qələbənin banisi Xalid bin Vəlid adını daşısa da daha sonradan unudularaq, fars komandan adı ilə adlandırıldı.

    Mənbələr:

    Ət-Təbəri, "Tarixul-üməm vəl-müluk"
    İbnül-Əsir, "Əl-Kamil fit-tarix"
    İbn Kəsir, "Əl-Bidayə vən-nihayə"

    #Xalid bin Bəndər #Xalid bin Salman bin Əbdüləziz #Hörmüz boğazı #Xalid b. Vəlid #Tarixin Məğlubedilməz Sərkərdəsi: Xalid ibn Vəlid və Unudulmaz Döyüş Taktikaları #Döyüş Meydanlarının Əfsanəsi: Xalid ibn Vəlid Kimdir? (Həyatı və Qələbələri) #Allahın Bükülməyən Qılıncı: Seyfullah Xalid ibn Vəlid haqqında hər şey #Xalid ibn Vəlid vəfatı #Allahın qılıncı #Zatüs-Səlasil #Hörmüz #Qəqqa bin Əmr ət-Təmimi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    21 Avqust 2026 19:55

    Oman və Yaponiya Hörmüz boğazının açılması üçün səylərin gücləndirilməsinə çağırıb

    20 Avqust 2026 21:57

    ABŞ İrana qarşı dəniz mühasirəsi ilə bağlı yeni rəqəmlər açıqlayıb

    20 Avqust 2026 21:14

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    ABŞ qüvvələri may ayından bəri Hörmüz boğazından 1300 gəminin keçidinə yardım edib

    20 Avqust 2026 19:42

    Heç bir ölkə dəniz yollarında sərbəst hərəkətə mane ola bilməz - Misir

    20 Avqust 2026 18:23

    Qətərin xarici işlər naziri Hörmüz boğazında “şantaja” son qoymağa çağırıb

    20 Avqust 2026 18:09

    Səudiyyə Ərəbistanı strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini istəyir

    19 Avqust 2026 21:11

    İran Hörmüz boğazına nəzarəti Silahlı Qüvvələrin Baş Qərargahına verməyi planlaşdırır

    19 Avqust 2026 17:46

    İraq Hörmüzdən neft ixracı üçün İrandan xüsusi güzəşt istəyib

    19 Avqust 2026 17:31
    XƏBƏR LENTİ

    Ərəb futbolunda qalmaqal: 'Əl-Nəsr'in yeni müqavilələrinə veto qoyuldu

    Ərəb dünyasının dəb ikonaları - Nur Arida və Xorxina Rodriges "Chopard"ın diqqət mərkəzində

    Fələstin E1 layihəsinə niyə qarşı çıxır?

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.