Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Suriyada PYD/YPG/SDQ-nin gələcəyi hansı ssenari ilə formalaşacaq?

    24 Yanvar 2026 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriyada PYD/YPG/SDQ-nin gələcəyi hansı ssenari ilə formalaşacaq?
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

    Suriyada baş verən son hadisələr fonunda terror təşkilatları PYD/YPG-nin (PKK terror təşkilatının Suriya qolu) nəzarətində formalaşdırılmış “Suriya Demokratik Qüvvələri”nin (SDQ) gələcəyi ilə bağlı ciddi fikir ayrılıqları müşahidə olunur. Müzakirələrdə yaşanan proseslər ya regional və beynəlxalq güc balansının dəyişməsi nəticəsində yaranmış siyasi geriləmə, ya da yeni razılaşmalar ərəfəsində məcburi yenidən mövqelənmə kimi qiymətləndirilir.

    Suriya hökumətinin ölkənin şimal və şərq bölgələrində geniş ərazilər üzərində nəzarəti bərpa etməsi və bununla da Prezident Əhməd əş-Şəraanın hakimiyyətini möhkəmləndirməsi PYD/YPG-nin hərbi-siyasi strukturu olan “SDQ”nin gələcəyini sual altına salıb. Təxminən 14 ay əvvəl Bəşşar Əsədin devrilməsindən sonra baş verən bu sürətli dəyişiklik ABŞ-ın Suriya siyasətindəki dönüşlə də əlaqələndirilir.

    Mənbələr ABŞ daxilində yanaşmaların fərqli olmasını – beynəlxalq koalisiya komandanlığı ilə Vaşinqtonun Suriya üzrə xüsusi nümayəndəsinin mövqeləri arasındakı ziddiyyəti əsas səbəblərdən biri kimi göstərirlər.

    Analitiklər bildirirlər ki, Vaşinqton son mərhələdə qeyri-dövlət silahlı aktoru olan PYD/YPG/SDQ-dən uzaqlaşaraq, beynəlxalq legitimliyə malik yeni Suriya hakimiyyəti ilə əməkdaşlığa üstünlük verir. Bu yanaşma ABŞ-ın Türkiyə ilə birbaşa qarşıdurmadan yayınmaq, eyni zamanda İsraillə regional koordinasiyanı qorumaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

    Tədqiqatçılar qeyd edirlər ki, SDQ daxilində ciddi fikir ayrılıqları mövcuddur və təşkilatın qərarvermə mexanizmləri PKK rəhbərliyinin təsirindən tam azad deyil. Bu amil struktur daxilində vahid siyasi xəttin formalaşmasına mane olur.

    Müşahidəçilərin böyük əksəriyyəti hesab edir ki, mövcud geosiyasi reallıqlar şəraitində PYD/YPG/SDQ üçün ən real ssenari Dəməşqlə məcburi siyasi razılaşmaya getməkdir. Bu proses təşkilat üçün ciddi güzəştlər tələb etsə də, alternativ variantlarla müqayisədə daha az riskli yol kimi qiymətləndirilir.

    #Suriyada PYD/YPG/SDQ-nin gələcəyi hansı ssenari ilə formalaşacaq? #ABŞ siyasətində dönüş: PYD/YPG/SDQ üçün yolun sonu görünür #Dəməşqin irəliləyişi PYD/YPG/SDQ-ni çətin seçim qarşısında qoydu #Suriyada terror strukturu SDQ-nin siyasi manevr imkanları daralır #PYD/YPG/SDQ üçün məcburi razılaşma ssenarisi gündəmdədir #Vaşinqton geri çəkilir #Dəməşq irəliləyir: SDQ üçün yeni mərhələ #Suriye’de PYD/YPG/SDG’nin geleceği hangi senaryoyla şekillenecek? #ABD politikasındaki değişim SDG’yi çıkmaza soktu #Şam yönetiminin ilerleyişi SDG için kritik eşik oldu #PYD/YPG/SDG için zorunlu uzlaşma süreci mi başlıyor? #SDG’nin siyasi manevra alanı hızla daralıyor #ABD geri adım atıyor #SDG yeni gerçeklerle yüzleşiyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Üç prezidentin mirası - Trampın siyasi “genləri” haradan gəlir?

    9 Avqust 2026 13:00

    Avropa mərkəzli tarixə etiraz - Dekolonizasiya necə öyrənilməlidir?

    9 Avqust 2026 12:00

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    9 Avqust 2026 10:05

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    9 Avqust 2026 09:00

    İsrail siyasi partiyaları yəhudi yaşayış məntəqələrinə necə yanaşır?

    8 Avqust 2026 09:00

    Husilər Yəməndə paralel iqtisadiyyatı necə qurdular?

    7 Avqust 2026 19:22

    Mərakeş-İsrail yaxınlaşması ölkənin gələcəyinə necə təsir edə bilər?

    7 Avqust 2026 12:17

    Müsəlman amerikalılar ABŞ-da qərarverici vəzifələrə necə yüksəlirlər?

    7 Avqust 2026 09:00

    Terrorsuz Türkiyə prosesi Türkiyənin regional roluna necə təsir edəcək?

    6 Avqust 2026 09:00

    Darfurun Sudandan ayrılması Afrika və ərəb dünyası üçün hansı riskləri yarada bilər?

    6 Avqust 2026 06:00

    Ukrayna ordusunu ABŞ ordusundan üstün edən nədir?

    5 Avqust 2026 09:00

    Dostoyevskinin tarixi bəsirəti : Rusya – Ukrayna müharibəsi

    5 Avqust 2026 08:47
    XƏBƏR LENTİ

    Pakistan müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb

    Üç prezidentin mirası - Trampın siyasi “genləri” haradan gəlir?

    Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir

    Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

    Avropa mərkəzli tarixə etiraz - Dekolonizasiya necə öyrənilməlidir?

    Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.