Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Tramp və Sisi, Hizbullahın silahsızlaşdırılması üçün Livana təzyiqi artırır

    27 Noyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp və Sisi, Hizbullahın silahsızlaşdırılması üçün Livana təzyiqi artırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi

    Livan hökumətinə silahın yalnız dövlətin əlində cəmlənməsi ilə bağlı beynəlxalq və regional dəstək mesajları ard-arda gəlməyə başladı. Bu aktiv diplomatik hərəkətlilik ABŞ-dan gələn təbrik teleqramı və arxasınca Misirdən daxil olan dəstəkləyici telefon zəngi ilə başladı. Bütün bunlar göstərir ki, Livan artıq “tarixi bir döngədə” dayanıb və bu mərhələnin həlledici faktoru ölkədəki silahların tam şəkildə dövlətin nəzarətinə verilməsi olacaq.

    Bu İsrailin Hizbullahçı hərbi komandanlarından birini Beyrutun cənubundakı zolaqda hədəf alması fonunda baş verdi. Beləliklə, siyasi və diplomatik təzyiqlər davam edən hərbi gərginliklə paralel şəkildə güclənir.

    ABŞ prezidenti Donald Tramp, 22 noyabr – Livanın 82-ci müstəqillik ildönümü münasibətilə prezident Cozef Auna təbrik teleqramı göndərən ilk dövlət başçılarından biri oldu. Təbrik mesajında Tramp iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsini və Livanın sabitliyinə dəstəyi vurğuladı.

    Livan prezidentliyi bu teleqramın siyasi məzmununun diqqət çəkdiyini bildirdi. Tramp mesajında, 5 avqustda kabinet tərəfindən təsdiqlənən və Hizbullah da daxil olmaqla bütün silahların dövlətin nəzarətinə verilməsini nəzərdə tutan qərarı “cəsarətli addım” kimi qiymətləndirdi. Bu qərarın icrası üçün ordunun 2025-ci ilin sonunadək plan hazırlaması tapşırılıb.

    “ABŞ xalqı adından sizə və Livan xalqına müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu gün, Livanın zəngin tarixi, canlı mədəniyyəti və xalqının sarsılmaz ruhunu ifadə edir. Livan hazırda tarixi bir dönəmdə dayanır və daha böyük sabitlik və iqtisadi inkişaf üçün yeni bir yol çəkmək şansı var.Bu hökumətin atdığı cəsarətli qərarları alqışlayıram və ölkələrimiz arasında daha da dərinləşən tərəfdaşlığı səbirsizliklə gözləyirəm.”- Tramp mesajında qeyd etmişdi.

    Əslində Trampın “cəsarətli qərarlar” ifadəsi sıradan bir təbrik deyil — bu, Vaşinqtonun Livana açıq siyasi mesajı idi. ABŞ-ın dəstəyi yalnız silahın dövlətin əlində cəmlənməsi şərti ilə mümkün olacaq.

    Amerika mövqeyi, eyni gündə Misir prezidenti Əbdülfəttah əs-Sisinin Cozef Aunla telefon danışığında bildirdiyi birmənalı dəstək mesajı ilə daha da gücləndi. Sisi, Livanın BMT-nin 1701 saylı qətnaməsini tam şəkildə icra etməli olduğunu və silahın yalnız dövlətə məxsus olması prinsipinə tam dəstək verdiyini vurğuladı.

    Sisi həmçinin müstəqillik günü münasibətilə Aunu təbrik etdi və Misirin “Livanın suverenliyini qorumasına” sadiq olduğunu söylədi.

    1701 saylı BMT qərarı 2006-cı ildə qəbul edilib və Hizbullah ilə İsrail arasında döyüşlərin dayandırılmasını, habelə “mavi xətt” boyunca silahsız zona yaradılmasını nəzərdə tutur.

    Sisi ilə əlaqə, sadəcə protokol təbriki deyil — Beyrut istiqamətində artan diplomatik səfərbərliyin tərkib hissəsi kimi qiymətləndirilir. Müşahidəçilər hesab edirlər ki, Misir bu prosesdə regional rolunu bərpa etməyə çalışır və Livanda yaranmış siyasi çıxılmaz vəziyyət fonunda vasitəçi kimi mövqeyini gücləndirmək niyyətindədir.

    Cozef Aun da söhbət zamanı Misirin dəstəyinə görə təşəkkür edib və Livan ordusunun öz üzərinə düşən böyük məsuliyyətlər çərçivəsində beynəlxalq dəstəyə ehtiyacı olduğunu vurğulayıb.

    Bu danışıq eyni zamanda Misirin xarici işlər naziri Bədr Əbdülatinin Beyrut səfəri ilə üst-üstə düşüb. Səfərin məqsədi, iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və Livanın sabitliyinə dəstək göstərməkdir.

    Bütün diplomatik mesajlar — Trampın teleqramı, Sisi-Aun telefon zəngi və Misir XİN rəhbərinin səfəri — Livana ünvanlanan eyni məzmunlu ismarıcı gücləndirir: Silah yalnız dövlətin əlində olmalıdır.

    #Hizbullahın silahsızlaşdırılması #İsrail–Hizbullah gərginliyi #Donald Tramp və Əbdülfəttah əs-Sisi #ABŞ və Misirin Livana təzyiqi #Livan hökumətinə beynəlxalq təzyiqlər #Jozef Aun – Livan Prezidenti #BMT 1701-ci qətnaməsi #Livanda regional siyasi balans #ABŞ–Livan təhlükəsizlik əməkdaşlığı #Silahın dövlətin əlində cəmlənməsi planı #Livanda silahlı qrupların nəzarət altına alınması #İsrailin Livan ərazilərinə hücumları #Cənubi Livanda atəşkəs pozuntuları #Hizbullahın silahının dövlətə təhvil verilməsi #Trampın Livana göndərdiyi siyasi mesaj #Misirin regional diplomatik aktivliyi #Livan suverenliyinin qorunması #ABŞ və Misirin Livana Hizbullahın silahının dövlətə təhvil verilməsi üçün göstərdiyi koordinasiyalı təzyiq #İsrailin Beyrutun cənubuna endirdiyi son hücumun siyasi nəticələri #Livan hökumətinin BMT-nin 1701-ci qətnaməsini icra etməsi üçün artan diplomatik pressinq #Misirin Livan böhranında regional vasitəçi kimi mövqeyini bərpa etmə cəhdi #Tramp administrasiyasının Livanda silahlı qrupları zəiflətmə strategiyası #Livan ordusunun gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılması #İsrail və Hizbullah arasında atəşkəs pozuntularının bölgə sabitliyinə təhlükəsi #Beyrutun diplomatik təcriddən çıxması üçün ABŞ-Misir koordinasiyasının rolu #Hizbullahın silahsızlaşdırılmasına qarşı daxili müqavimətin səbəbləri #Tramp və Sisi Livana birgə təzyiq edir: Hizbullahın silahsızlaşdırılması gündəmdə #Livan böhranında yeni mərhələ: ABŞ və Misir Hizbullaha qarşı birləşdi #После удара Израиля по Бейруту дипломатическое напряжение растёт #Trump and el-Sisi Join Forces to Pressure Lebanon on Hezbollah Disarmament #US and Egypt Push Lebanon to Enforce State Monopoly Over Weapons #After Israeli Strike in Beirut #Diplomatic Pressure Intensifies on Lebanese Government #Lebanon at a Historical Crossroads Amid Calls to Implement UN Resolution 1701 #Will Hezbollah Surrender Its Weapons? International Pressure Mounts
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan Prezidenti Netanyahu ilə görüşməkdən imtina edib

    16 Aprel 2026 17:52

    Ölüm ya Olum – Hizbullahın son savaşı

    25 Mart 2026 09:11

    İsrail Hizbullahın Mərkəzi Bankını hədəf alır: Maliyyə şəbəkəsinə ağır zərbə

    14 Mart 2026 10:07

    Livan hökuməti "Hizbullah"ın hərbi və təhlükəsizlik fəaliyyətini qadağan etdi

    2 Mart 2026 16:00

    Livanda təhsil dayandırılıb

    2 Mart 2026 09:49

    Livan Prezidenti İsrail hücumlarının diplomatik səyləri hədəf aldığını bəyan edib

    21 Fevral 2026 14:26

    Ordu rəhbərindən dövlət başçısına - Cozef Aun kimdir?

    10 Yanvar 2026 15:18

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    29 Dekabr 2025 10:00

    İsrail Livanda daha 3 nəfəri öldürüb

    22 Dekabr 2025 20:08

    İsrail Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyat üçün ABŞ-dan yaşıl işıq gözləyir

    19 Dekabr 2025 04:00

    İsrail ordusu Hizbullaha qarşı qabaqlayıcı zərbə strategiyasını işə salır

    14 Noyabr 2025 00:24

    Makron yaman narahatdır - Livana görə

    13 Noyabr 2025 15:00
    XƏBƏR LENTİ

    Anar Quliyev BMT-də çıxış etdi

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.