Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Azərbaycan xarici siyasətinin mərkəzi damarı təhlükəsizlikdir

    17 İyul 2025 10:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan xarici siyasətinin mərkəzi damarı təhlükəsizlikdir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Azərbaycan xarici siyasətinin mərkəzi damarı təhlükəsizlikdir.

    Azərbaycanın xarici siyasəti çağdaş dövrün ən bariz pragmatizm nümunələrindən biridir. Bu siyasət izlənildikdə, balanslı mövqe və çevik diplomatik yanaşma sayəsində ölkənin regional və qlobal miqyasda sabitlik və təhlükəsizlik təmin etmək uğurla bacardığı görünür. Mən hər zaman demişəm ki, Azərbaycanın dövlətçilik tarixində pragmatizmin zirvəsində dayanan nümunələrdən biri də Şirvanşahlar dövlətidir. Şirvanşahlar düz 800 il ərzində hökmranlıq etmiş, hər nə qədər böyük əraziləri olmasa da, Azərbaycanın şərqində – Şirvan bölgəsində yüksək mədəniyyət və memarlıq nümunələri yaratmış, sabitlik və rifah təmin etmişlər. Bunu isə məhz böyük imperiyalar arasında balanslı və ağıllı siyasət yürütməklə bacarmışlar.

    Bu gün də müasir Azərbaycan oxşar şəkildə, lakin daha mürəkkəb beynəlxalq konfiqurasiyada öz milli maraqlarını balans siyasəti ilə qorumağa çalışır. Regionda və beynəlxalq aləmdə bir-biri ilə rəqabət və ya qarşıdurma içində olan güclər – Türkiyə, Rusiya, İran, İsrail, Avropa İttifaqı, ABŞ və digərləri – Azərbaycanla ya tərəfdaşlıq edir, ya da ən azı əməkdaşlıq imkanlarını açıq saxlayır. Prezident Ərdoğan Azərbaycana gəlir, İran rəsmiləri Bakıya səfər edir, Suriya nümayəndəsi Əhməd Şəraa ilə SOCAR vasitəsilə sazişlər imzalanır, eyni zamanda Azərbaycan İsrail ilə müttəfiq, ABŞ ilə tərəfdaşlıq əlaqələrini davam etdirir.

    Azərbaycanın diplomatik uğurlarının arxasında duran əsas amil budur: müxtəlif qlobal güclərin maraqlarının toqquşduğu bir məkan olmasına baxmayaraq, Azərbaycan sabitlik, iqtisadi əməkdaşlıq və hüquqi legitimlik prinsiplərinə əsaslanaraq hər kəslə danışıq masasına otura bilir. Bu, Azərbaycanın regionda neytral uzlaşma nöqtəsi kimi çıxış etməsinə şərait yaradır.

    Məsələn, Azərbaycan Suriya ilə SOCAR vasitəsilə saziş imzalayarkən çox gözəl bilir ki, Suriya hökuməti ölkənin neft və qaz ehtiyatlarının böyük hissəsinə nəzarət etmir. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq legitim hesab olunan tərəflə razılaşmalar imzalamağa üstünlük verir. Çünki bu siyasət ona həm hüquqi mövqe qazandırır, həm də gələcəkdə istənilən ssenari üçün öz mövqeyini qorumağa imkan verir.

    Azərbaycan özünü heç bir ideoloji çərçivəyə bağlamadan, sırf milli maraqlar əsasında hərəkət edir. Bu da ölkəni müasir dünyada ən praqmatik və çevik xarici siyasət yürüdən dövlətlərdən birinə çevirir. Azərbaycan üçün əsas məqsəd təhlükəsizliyini təmin etmək, sabitliyi qorumaq və regional əməkdaşlıq üçün açıq platforma olmaqdır. Bütün bu yanaşmalar ölkənin strateji əhəmiyyətini daha da artırır və onu Cənubi Qafqazın əsas geosiyasi oyunçularından birinə çevirir.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    Türk gənclərinin milyard dollarlıq təhsil startapı - Udemy haqqında nə bilirik?

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.