Türkiyə

Kocaeli vilayətinin Körfəz rayonunda yerləşən TÜPRAŞ-ın İzmit neft emalı zavodunda partlayış qeydə alınıb. İlkin məlumatlara əsasən, partlayış zavod ərazisində yerləşən benzin çənlərindən birində baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili müdaxilə briqadaları cəlb olunub. Məsələ ilə bağlı aparılan ilkin araşdırmalara görə, partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Təhlükəsizlik məqsədilə ərazi nəzarətə götürülüb, mütəxəssislər tərəfindən texniki baxış və qiymətləndirmə işləri davam etdirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən danışıqlardan və ikitərəfli sənədlərin imzalanması mərasimindən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib. Dövlət başçısı Türkiyə–Özbəkistan münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İstanbulda gənclərlə keçirilən görüşdə iş fəaliyyəti barədə açıqlama verib. Bilal Ərdoğan İstanbulun Güngören rayonunda gənclərlə görüş zamanı ünvanlanan “nə işlə məşğulsunuz, gəlirinizi nədən əldə edirsiniz?” sualını cavablandıraraq bildirib ki, 2007-ci ildən etibarən ticarətlə məşğuldur və hazırda qida sektorunda fəaliyyət göstərir. Bilal Ərdoğan qeyd edib ki, ilk biznes fəaliyyətinə dostları ilə birlikdə başlayıb və Türkiyədə ilkin mərhələdə kosmetika sahəsində iş görüblər. Daha sonra, 2009-cu ildən etibarən restoran biznesinə keçid edilib və bu istiqamətdə fəaliyyət davam etdirilib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Esenboğa Hava Limanında Şavkat Mirziyoyevi Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barakı qəbul edib. Görüşdə Türkiyə–ABŞ münasibətləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirliyinin mənbələrinə görə, görüş Ankarada keçirilib və Suriya ilə bağlı mövcud proseslər də müzakirə mövzusu olub.

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi regional və ikitərəfli məsələləri müzakirə etmək məqsədilə sabah Türkiyəyə səfər edəcək. Görüşlər zamanı Türkiyə ilə İran arasında dərin tarixi bağlara əsaslanan əlaqələrin regional təhlükəsizlik, sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanacaq.

Türkiyədə kibercinayətkarlığa qarşı aparılan əməliyyatlar nəticəsində son 5 gün ərzində 200 şübhəli şəxs saxlanılıb, onlardan 65-i həbs edilib. Nazirin məlumatına görə, polis orqanları tərəfindən “xüsusi dələduzluq”, “onlayn uşaq pornoqrafiyası və cinsi istismar”, eləcə də “qanunsuz mərc və qumar” cinayətləri üzrə 19 şəhəri əhatə edən genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) iclası başa çatdıqdan sonra 9 maddədən ibarət rəsmi bəyanat yayılıb. Təxminən üç saat davam edən iclasda 2025-ci ildə milli təhlükəsizlik baxımından mühüm hadisələr təhlil edilib, 2026-cı il üçün görüləcək tədbirlər müzakirə olunub.

Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində İran kəşfiyyat strukturları ilə əlaqədə şübhəli bilinən casus şəbəkəsi ifşa edilib. İstintaq materiallarına əsasən, saxlanılan şəxslərin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturları ilə birbaşa əlaqədə olduqları müəyyən edilib. Onların Türkiyə ərazisində yerləşən hərbi obyektlər, strateji əhəmiyyətli bölgələr, eləcə də ölkə hüdudlarından kənarda yerləşən kritik nöqtələr barədə məlumat topladıqları və bu informasiyaları İran kəşfiyyatına ötürdükləri aşkar olunub.

Türkmənistan ilə Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq sürətlə genişlənir və tərəflər qarşıdakı illərdə qarşılıqlı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Diplomat qeyd edib ki, mövcud potensial nəzərə alınmaqla, yaxın gələcəkdə Türkmənistan ilə Türkiyə arasında ticarət həcmini 5 milyard ABŞ dollarına yüksəltmək mümkündür. Bu məqsədlə hər il Türkmənistanda təşkil olunan Türkiyə ixrac məhsullarının 12-ci sərgisinin 10-12 fevral tarixlərində Aşqabadda keçirilməsi planlaşdırılır.