Türkiyə

Rəcəb Tayyib Ərdoğan bölgədə “birlik və qardaşlığın” gücləndirilməsinin vacibliyini vurğulayıb. Ərdoğan qeyd edib ki, Türkiyə regionda kürdlər, ərəblər, türkmənlər və farslar arasında fərq qoymadan sülh mesajlarını davamlı şəkildə çatdırır. Türkiyə lideri əlavə edib ki, Ankara ortaq tarix və gələcək prinsiplərinə əsaslanan yeni təhlükəsizlik modelinin formalaşdırılmasına çalışır və regionda manipulyasiya cəhdlərinə qarşı çıxmağın vacibliyin

2026 -cı ilin mart ayında Qırğızıstandan Türkiyəyə 12 min 519 turist səfər edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 10 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,59 faiz təşkil edib. 2026-cı ilin yanvar-mart aylarında Qırğızıstandan Türkiyəyə 28 min 71 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,45 faiz çoxdur.

Türkiyənin texnologiya nəhəngi "Baykar" şirkəti tərəfindən milli imkanlarla hazırlanan "Mızrak" ağıllı sursat sistemi ilk dəfə "SAHA 2026" sərgisində nümayiş etdiriləcək. 1000 kilometrdən çox mənzilə və süni intellekt dəstəyinə malik olan bu platforma, müasir döyüş meydanında oyunun qaydalarını dəyişən yeni güc faktoru olacaq.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın Avstriyaya rəsmi səfəri çərçivəsində verdiyi bəyanatlar həm Türkiyə-Aİ münasibətləri, həm də regional münaqişələrin həlli istiqamətində mühüm strateji mesajlarla zəngindir. Hakan Fidan çıxışında Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin qarşısındakı əsas maneənin texniki şərtlər deyil, məhz Aİ daxilindəki "siyasi iradə çatışmazlığı" olduğunu vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq dini tədbirdə çıxışı zamanı qlobal humanitar böhranlara diqqət çəkib. Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “11-ci Beynəlxalq Hafizlik və Qurani-Kərimi Gözəl Oxuma Yarışması”nın mükafatlandırma mərasimində çıxış edərək müsəlman dünyasının hazırda çətin və ağrılı mərhələdən keçdiyini bildirib.

ASELSAN-ın Baş direktoru Əhməd Akyolun bildirdiyinə görə, 2024-cü ildə başlanılan "aselsaneXt" proqramı öz bəhrəsini verməkdədir. Şirkət təkcə böyümür, həm də maliyyə intizamını gücləndirərək xalis borc səviyyəsini azaldır. Bu dövrdə ÇELİKKUBBE hava hücumundan müdafiə sistemi, radar, elektron müharibə və süni intellekt dəstəkli təhlükəsizlik sistemləri gəlirlərin artmasında həlledici rol oynayıb.

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib. Məlumata görə, əməliyyatlar Türkiyə Daxili İşlər Nazirliyi, Polis Baş İdarəsi və prokurorluq orqanlarının koordinasiyası ilə həyata keçirilib. Bildirilib ki, əməliyyatlara 1980 qrup, 4 min 950 əməkdaş, 21 hava vasitəsi və 43 xüsusi təlim keçmiş xidməti it cəlb olunub. Həm hava, həm də quru istiqamətində aparılan tədbirlər nəticəsində narkotik dövriyyəsinə ciddi zərbə vurulub.

Qazaxıstan və Türkiyə arasında hərbi tranzitlə bağlı yeni saziş təsdiqlənib. Qazaxıstan Senatı Türkiyə ilə hərbi əmlak və şəxsi heyətin hava məkanı vasitəsilə tranzitinə dair sazişin ratifikasiyası haqqında qanun layihəsini qəbul edib. Sazişə əsasən, Türkiyəyə məxsus hərbi-nəqliyyat və icarəyə götürülmüş mülki təyyarələrin hər iki ölkənin hava məkanından enişsiz uçuşuna hüquqi baza yaradılır. Sənəd bərabərlik, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.