Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə bərpa olunan enerji sahəsində rekord göstəriciyə imza atır – 6 milyardlıq layihələrin açılışını Ərdoğan edəcək

    30 May 2026 14:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə bərpa olunan enerji sahəsində rekord göstəriciyə imza atır – 6 milyardlıq layihələrin açılışını Ərdoğan edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Enerjidə tam müstəqillik strategiyasını həyata keçirməyə davam edən Türkiyə bərpa olunan enerji sahəsində növbəti mühüm mərhələyə qədəm qoyur. İyunun 3-də Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 2025-ci il ərzində tikintisi başa çatdırılan və istismara verilən enerji obyektlərinin rəsmi açılış mərasimi keçiriləcək.

    Açılışı nəzərdə tutulan layihələr günəş, külək, geotermal və hidroenerji sahələrini əhatə edir. Ümumi investisiya dəyəri 6 milyard dollar olan obyektlərin ümumi gücü 8 min 200 meqavat təşkil edir.

    Mütəxəssislərin qiymətləndirməsinə görə, bu göstərici Türkiyənin enerji tarixində ən böyük toplu açılışlardan biri kimi qeydə alınacaq. Müqayisə üçün qeyd edilir ki, Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu Atom Elektrik Stansiyası tam gücü ilə fəaliyyətə başladıqda 4 min 800 meqavat enerji istehsal edəcək. Ölkənin ən böyük hidroenerji qurğularından biri olan Atatürk Su Anbarı 2 min 400 meqavat, Keban Su Anbarı isə 1 min 330 meqavat gücə malikdir.

    Beləliklə, istifadəyə veriləcək yeni obyektlərin ümumi gücü Türkiyənin ən iri enerji layihələrinin göstəricilərini geridə qoyaraq rekord səviyyəyə yüksəlir.

    Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, ölkədə elektrik enerjisi üzrə quraşdırılmış güc sürətlə artır və bu artımın əsas hissəsini bərpa olunan enerji mənbələri təşkil edir.

    Nazirin sözlərinə görə, cari ilin aprel ayının sonuna olan məlumata əsasən günəş enerjisinin quraşdırılmış gücü 26 min 769 meqavata çataraq ümumi enerji gücünün 21,3 faizini təşkil edib. Külək enerjisi üzrə quraşdırılmış güc isə 15 min 75 meqavata yüksələrək ümumi portfeldə 12 faiz pay əldə edib.

    Beləliklə, günəş və külək enerjisi mənbələrinin ümumi gücü 41 min 844 meqavata çatıb və ölkənin ümumi elektrik istehsalı gücünün təxminən üçdə birini təşkil edib.

    Alparslan Bayraktar vurğulayıb ki, bərpa olunan enerji layihələri Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi xalis sıfır emissiya hədəflərinə çatmasında mühüm rol oynayır. O qeyd edib ki, son 13 ildə günəş enerjisi sahəsində sıfır göstəricidən 26 min 769 meqavatlıq gücə qədər yüksəliş əldə olunub.

    Türkiyə qarşıdakı illərdə bu sahədə daha böyük hədəflər müəyyənləşdirib. Rəsmi strategiyaya əsasən, ölkə 2035-ci ilə qədər günəş və külək enerjisi üzrə quraşdırılmış gücü 120 min meqavatdan yuxarı səviyyəyə çatdırmağı planlaşdırır. Bu məqsədlə ümumi dəyəri 80 milyard dollar olan genişmiqyaslı investisiya və islahat proqramı həyata keçirilir.

    Eyni zamanda, dünya iqlim siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirəcək mühüm beynəlxalq tədbirlərdən biri olan BMT İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı COP31 də bərpa olunan enerji sektorunun inkişafı baxımından mühüm mərhələ hesab edilir. Tədbirdə 190-dan çox ölkədən 100 mindən artıq nümayəndənin iştirakının gözlənildiyi bildirilir.

    Ekspertlər hesab edirlər ki, Türkiyənin son illərdə həyata keçirdiyi enerji siyasəti ölkənin idxal olunan enerji resurslarından asılılığının azaldılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və yaşıl iqtisadiyyata keçid prosesinin sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

    #günəş enerjisi #külək enerjisi #Türkiyə enerji siyasəti #yenilənə bilən enerji #geotermal enerji #hidroelektrik güc #Prezident Rəcəb Tayyib Ərdoğan #Akkuyu Nüvə Stansiyası #Atatürk Barajı #Keban Barajı #elektrik qurulu güc #2035 Net Sıfır Emisiya #COP31 konfransı #6 milyard dollar investisiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Muhsin Yazıcıoğlunun helikopter qəzası ilə bağlı istintaqda 19 nəfər həbs olunub

    18 İyul 2026 17:24

    Türkiyədə 2005–2016-cı illərdə törədilmiş 6 açılmamış qətlin üstü açılıb

    18 İyul 2026 17:15

    Türkiyədə 119 şübhəli saxlanılıb - İŞİD-ə qarşı əməliyyatlar davam etdirilir

    18 İyul 2026 16:58

    Haluk Leventin köməkçisi etiraf edib

    18 İyul 2026 16:49

    Türkiyənin enerji siyasətində yeni mərhələ - “Sürpriz anlaşma” siqnalı

    29 Aprel 2026 11:59

    Türkiyə külək enerjisi güc artımında Avropada ön sıralardadır

    4 Sentyabr 2025 14:16

    Yaponiyada günəş enerjili geyimlər təqdim edilib

    13 İyul 2025 17:00

    Nüvə enerjisi Türkiyənin gələcəyidir - Bayraktar

    20 İyun 2025 15:36

    Türkiyə bərpa olunan enerji üzrə Avropada ilk beşlikdədir

    7 May 2025 17:01

    Türkiyə külək enerjisi sektorunda Avropada ilk üçlükdədir

    11 Mart 2025 12:22

    Türkiyənin ümumi elektrik enerjisinin 14%-i günəş enerjisindən əldə edilir

    10 Avqust 2024 10:59
    XƏBƏR LENTİ

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Oman sahilləri yaxınlığında tanker və hərbi qüvvələr arasında insident qeydə alınıb

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    Xamenei ABŞ-ı "etibarsızlıqda" ittiham edib, milli birliyə çağırış edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.