#C-130 tipli hərbi təyyarə qəzası

Ankara Respublika Baş Prokurorluğu tərəfindən Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində mühüm kriminal hesabat açıqlanıb.Sənəddə təyyarənin qalıqları üzərində hər hansı xarici müdaxilə və ya partlayıcı maddə izinə rast gəlinmədiyi bildirilir. Xatırladaq ki, 2025-ci il noyabrın 11-də Gürcüstanın Kaxeti bölgəsində baş verən bu qəza nəticəsində 20 hərbçi şəhid olmuşdu.

11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı araşdırmalar davam edir. Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) açıqlayıb ki, hadisə yerində aparılan qəzaya/bərpa işləri yekunlaşıb və komanda artıq Türkiyəyə qayıdıb. Bildirilib ki, hadisə yerindəki təyyarə qalıqları Kayseridəki 2-ci Əsas Baxım Fabrika İdarəsinə göndərilməkdədir və təhlil prosesinə başlanacaq.

Təyyarənin düşməsi ilə bağlı araşdırmalar çoxşaxəli şəkildə davam edir və Müdafiə Nazirliyi mövzu ilə bağlı ətraflı açıqlamalar verəcək. Ərdoğan bu sözləri TBMM-də partiyasının qrup iclasında çıxış edərəkən bildirib. Ərdoğan bildirib ki, keçən həftə şəhid olan 20 əsgər və yanğınsöndürmə təyyarəsində həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Gürcüstanda baş verən və 20 türk hərbçisinin şəhid olması ilə nəticələnən C-130 tipli hərbi təyyarə qəzasına dair aparılan araşdırmaların son vəziyyəti barədə məlumat verib. Nazir qara qutunun hazırda TUSAŞ tərəfindən araşdırıldığını və ilkin nəticələrin əldə olunmasının ən azı iki ay çəkəcəyini açıqlayıb.