Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

    7 Fevral 2026 18:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) rəsmi internet səhifəsində dərc etdiyi 1909-cu ilə aid tarixi kəşfiyyat sənədi ilə Qüdsün gələcəyi barədə yüz ildən artıq əvvəl edilən ciddi xəbərdarlıqları ictimaiyyətə təqdim edib.

    AzerVoice xəbər verir ki, MİT-in “Xüsusi Kolleksiyalar – Sənədlər” bölməsində yerləşdirilən 9 səhifəlik məxfi xarakterli hesabat Osmanlı dövlətinin son illərində Qüdsdə müşahidə olunan demoqrafik, mədəni və mülkiyyət dəyişikliklərini ətraflı şəkildə əks etdirir. Sənəd 1909-cu ildə İttihad və Tərəqqi Cəmiyyətinin Suriya üzrə nümayəndəsi Mahmud Cəmaləddin tərəfindən mərkəzi rəhbərliyə, dövrün daxili işlər naziri Hüseyn Hilmi Paşaya təqdim edilib.

    Hesabatda vurğulanır ki, Qüds və ətraf ərazilərdə torpaq sahələrinin sürətlə yerli əhalinin nəzarətindən çıxaraq xarici şəxslərin və təşkilatların əlinə keçməsi təhlükəli miqyas alıb. Sənəddə “Qüds və ətrafında xaricilərin sahib olduğu torpaq sahələrinin həcmi son dərəcə narahatedici səviyyəyə çatıb” ifadəsi yer alır.

    Şəhərin fiziki dəyişimi ilə bağlı hissədə isə qeyd olunur ki, on il əvvələ qədər qala divarlarının kənarında demək olar ki, heç bir yaşayış sahəsi mövcud olmadığı halda, qısa müddət ərzində şəhərin qədim hissəsindən iki dəfə böyük ərazilər xarici tikililərlə dolub.

    Sənəddə İslam və Osmanlı dövrünə aid dini və təhsil obyektlərinin təyinatının dəyişdirilməsi xüsusi narahatlıqla qeyd edilir. Hesabatda mədrəsələrin, məscidlərin və dini təhsil ocaqlarının müxtəlif adlar altında satıldığı, nəticədə əyləncə və istirahət məkanlarına çevrildiyi bildirilir.

    Xüsusilə Səlahəddin Əyyubiyə məxsus təhsil müəssisəsinin kilsəyə çevrilməsi faktı “İslam və Osmanlı dəyərlərinə hörmət edən hər kəs üçün son dərəcə ağır və məyusedici hal” kimi qiymətləndirilir.

    Hesabatda torpaqların itirilməsində hiyləli maliyyə üsullarının mühüm rol oynadığı vurğulanır. Qadağalara baxmayaraq, torpaqların dolayı yollarla satıldığı və bu prosesin sonradan nəzarətdən çıxdığı qeyd edilir. Sənədə əsasən, Qüds torpaqlarının yarıdan çoxu artıq xarici mülkiyyətə keçib.

    Londonda mərkəzi yerləşən maliyyə qurumunun Qüdsdə fəaliyyət göstərən bank filialı vasitəsilə yerli əhalini borclandırdığı, kreditlərin yalnız torpaq girovu ilə verildiyi bildirilir. Hesabatda vurğulanır ki, bu bank sisteminə daxil olan kəndli bir neçə il ərzində torpağını tamamilə itirmədən vəziyyətdən çıxa bilmir.

    Sənəddə qeyd olunur ki, bu proseslər uzunmüddətli perspektivdə çox böyük və təhlükəli nəticələrə yol aça bilər. Xarici qüvvələrin nəzarətinə keçən torpaqların gələcəkdə ciddi siyasi, sosial və təhlükəsizlik problemləri yaradacağı açıq şəkildə ifadə olunur.

    MİT tərəfindən ictimaiyyətə təqdim edilən bu tarixi kəşfiyyat sənədi Qüds məsələsinin artıq XX əsrin əvvəlində Osmanlı dövləti üçün strateji və təhlükəsizlik problemi kimi dəyərləndirildiyini bir daha nümayiş etdirir.

    #MİT 1909-cu il sənədini açıqladı: Qüds üçün tarixi xəbərdarlıq #Qüds barədə yüz il əvvəlki təhlükə: MİT arxivləri danışır #Osmanlı dövründə Qüds: MİT-in tarixi kəşfiyyat hesabatı #Qüdsün taleyi ilə bağlı 1909-cu il xəbərdarlığı üzə çıxdı #MİT Qüds sənədini dərc etdi: Torpaq və irs təhlükədə #Tarixi sənəd: Qüds Osmanlı dövründə necə dəyişdirildi? #MİT’ten 1909 belgesi: Kudüs için tarihi uyarı #Kudüs tehlikesi yüz yıl önce raporlandı #Osmanlı döneminde Kudüs alarmı #MİT arşivlerinden Kudüs gerçeği #Kudüs’ün kaderini anlatan belge #Tarihi rapor: Kudüs’te büyük dönüşüm
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan və Türkiyə XİN rəhbərləri regionda “uzunmüddətli sülh” arzulayıb

    18 İyun 2026 18:19

    Türkiyə Pakistanın ABŞ və İran arasındakı vasitəçiliyini alqışlayıb

    18 İyun 2026 16:40

    Ankara regional sülhün təmin edilməsində həlledici addımları dəstəkləyir - Türkiyə MN

    18 İyun 2026 13:35

    MİT İŞİD-in sözdə Türkiyə media məsulunu zərərsizləşdirdi

    17 İyun 2026 12:30

    Belçika və Türkiyə müdafiə şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

    16 İyun 2026 21:57

    Hakan Fidan: ABŞ–İran razılaşması daimi təhlükəsizlik arxitekturasına çevrilə bilər

    16 İyun 2026 18:10

    May ayında Türkiyənin sement məhsulları ixracı 12,2 faiz azalıb (ÖZƏL)

    16 İyun 2026 17:20

    May ayında Türkiyənin elektrik məhsulları ixracı azalıb (ÖZƏL)

    16 İyun 2026 16:20

    May ayında Türkiyənin hazırgeyim məhsulları ixracı azalıb (ÖZƏL)

    16 İyun 2026 15:50

    May ayında Türkiyənin avtomobil məhsulları ixracı azalıb (ÖZƏL)

    16 İyun 2026 15:00

    Rəcəb Tayyib Ərdoğan İran-ABŞ razılaşmasını alqışladı: Bölgədə davamlı sülhə ümid artır

    15 İyun 2026 21:17

    May ayında Türkiyənin mebel məhsulları ixracı azalıb (ÖZƏL)

    15 İyun 2026 16:45
    XƏBƏR LENTİ

    Qlobal Toxum Anbarı bəşəriyyəti qoruya bilərmi?

    Tarixdə bu gün - 19 İyun

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində iştirakı ilə bağlı görüntülər paylaşılıb

    Tramp: ABŞ bütün cəbhələrdə tam atəşkəs gözləyir

    ABŞ Livan rəsmilərinə və “Hizbullah şəbəkəsi”nə sanksiyalar tətbiq edib

    AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

    Regionda vəziyyət yumşalır: Britaniya xəbərdarlığı dəyişdi

    Xamenei: ABŞ ilə birbaşa danışıqlar “düşmənin mövqeyini qəbul etmək” demək deyil

    Müctəba Xamenei ABŞ–İran razılaşması ilə bağlı “fərqli mövqeyim vardı” deyib

    Böyük Britaniya naziri İsraili Livanın cənubundan çıxmağa çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.