Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ərdoğan Sudanın Suveren Şurasının sədri ilə Ankarada görüşüb

    25 Dekabr 2025 20:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan Sudanın Suveren Şurasının sədri ilə Ankarada görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanın Suveren Şurasının sədri Abdel Fəttah əl-Burhan ilə Ankarada Prezident Sarayında görüş keçirib.

    AzerVoice xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin yaydığı məlumata görə, görüş zamanı Türkiyə ilə Sudan arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal proseslər müzakirə olunub.

    Prezident Ərdoğan bildirib ki, Türkiyə ilə Sudan arasında əməkdaşlıq ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi və dağ-mədən sektoru da daxil olmaqla müxtəlif sahələr üzrə inkişaf etdiriləcək.

    Görüşdə Sudanda davam edən münaqişənin dünyanın ən böyük humanitar böhranlarından birinə çevrildiyi qeyd olunub. Prezident Ərdoğan xüsusilə Əl-Faşir bölgəsində baş verən və insanlığa qarşı cinayətlərə bərabər tutulan hadisələrə diqqət çəkərək, bu cür halların qarşısının alınması üçün ciddi və qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.

    Türkiyə Prezidenti bəyan edib ki, Ankara Sudanın sülhünün, sabitliyinin və ərazi bütövlüyünün qorunmasını dəstəkləyir. Onun sözlərinə görə, Türkiyənin əsas məqsədi atəşkəsin əldə olunması və Sudan xalqları arasında davamlı sülhün təmin edilməsidir.

    Ərdoğan əlavə edib ki, Türkiyə humanitar yardım vasitəsilə ağır humanitar vəziyyətlə üzləşən Sudan xalqının ehtiyaclarının qarşılanmasına dəstəyini davam etdirəcək.

    Sudan Suveren Şurasının sədri Abdel Fəttah əl-Burhanın rəsmi səfəri çərçivəsində Prezident Ərdoğanla təkbətək görüşdən sonra işgüzar nahar da təşkil olunub.

    Mətbuata qapalı keçirilən işgüzar naharda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının rəhbəri Hasan Doğan, Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

    #Türkiyə Sudan münasibətləri #Ərdoğan Sudanın Suveren Şurasının sədri ilə Ankarada görüşüb #Ərdoğan: Türkiyə Sudanın sülhünü #sabitliyini və ərazi bütövlüyünü dəstəkləyir #Ankara–Xartum xətti: Türkiyənin Sudanla bağlı sülh və humanitar mövqeyi #Ərdoğandan Sudanla bağlı sülh və sabitlik mesajı #Erdogan Says Turkey Supports Peace and Territorial Integrity of Sudan #Turkish President Meets Sudan’s Sovereignty Council Chairman in Ankara #Ərdoğan Sudan görüşü #Sudan Suveren Şurası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Nigerə dəstəyini açıqladı

    30 Avqust 2026 11:40

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    TOGAN PUA-sına yeni nəsil kəşfiyyat sistemi quraşdırıldı

    29 Avqust 2026 09:56

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    BMT üç ildən sonra Xartuma qayıdır: Humanitar fəaliyyətdə yeni mərhələ

    11 Aprel 2026 10:03

    Sudan, Türkiyə ilə qızıl mədənçiliyi sahələrində əməkdaşlıqda maraqlıdır

    15 Noyabr 2025 20:39

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    10 Noyabr 2025 19:05
    XƏBƏR LENTİ

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.