Ümumdünya Ərzaq Proqramı (WFP) Sudandakı vəziyyəti “dünyanın ən böyük humanitar aclıq böhranı” kimi xarakterizə edib. Qeyd olunub ki, davam edən münaqişə, onun iqtisadi və humanitar fəsadları nəticəsində təxminən 45 milyonluq əhalinin 19 milyondan çoxu kəskin ərzaq təhlükəsizliyi problemi ilə üz-üzədir. Bununla yanaşı, proqram müharibə başlayandan bəri Port-Sudanda fəaliyyət göstərən ölkə ofisinin paytaxt Xartumda yenidən işə salındığını elan edib ki, bu da BMT-nin paytaxta geniş qayıdışı üçün hazırlıq mərhələsidir.
#Ankara–Xartum xətti: Türkiyənin Sudanla bağlı sülh və humanitar mövqeyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanın Suveren Şurasının sədri Abdel Fəttah əl-Burhan ilə Ankarada Prezident Sarayında görüş keçirib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin yaydığı məlumata görə, görüş zamanı Türkiyə ilə Sudan arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal proseslər müzakirə olunub.