Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilir.
#Türk Dövlətləri Təşkilatının (TDT)
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəliyinin icraçı direktoru Balaj Hendrix və Quraqlığın Qarşısının Alınması İnstitutunun direktoru Laszlo Örloş ilə görüşüb.
Qazaxıstanda dövlət idarəetmə sistemində köklü dəyişiklikləri nəzərdə tutan yeni konstitusiya layihəsi üzrə referendum keçirilib. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, səsvermədə iştirak payı 73,24 faiz təşkil edib. Bu o deməkdir ki, qeydiyyatda olan 12,4 milyondan çox seçicidən 9 milyon 126 min 850 nəfəri sandıq başına gedərək ölkənin gələcək hüquqi taleyini müəyyən etmək üçün səs verib. Qanunvericiliyə əsasən, seçicilərin yarısından çoxu səsvermədə iştirak etdiyi üçün referendum etibarlı hesab olunub.
Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının keçiriləcəyi məkan və tarix müəyyənləşib. Təşkilatın nümayəndələri Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə sabah, 7 mart 2026-cı il tarixində İstanbulda bir araya gələcəklər. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu kritik görüşdə təşkilat daxilindəki son proseslər və yaxın gələcəkdə atılacaq strateji addımlar ətraflı şəkildə müzakirə olunacaq. Həmçinin nazirlərin güncl qlobal və regional məsələlər ətrafında genişmiqyaslı məsləhətləşmələr aparması planlaşdırılır.
Keçən ilin dekabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 6,1 faiz azalaraq 1 milyard 27 milyon 339 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 1,6 faiz azalaraq, 10 milyard 920 milyon 803 min dollar olub.
22-23 yanvar 2026-cı il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Özbəkistan Respublikasına ilk rəsmi səfəri baş tutub. Səfər Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası arasında güclü və uzunmüddətli tərəfdaşlığın başlanğıcını qoyan əlamətdar və tarixi bir hadisə kimi dəyərləndirilir. Bu, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Görüşündə Özbəkistan Respublikasının Fonda tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı mühüm qərara əsasən atılan addım olub.
Yanvarın 12-dən 15-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək Türk Həftəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri, beynəlxalq qurumları və diplomatik missiyaları bir araya gətirərək Türk Dünyasının qlobal nüfuzunu nümayiş etdirəcək. Proqram Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində təşkil olunacaq “İpək Yolunda Türk Dünyası” adlı fotoqrafiya sərgisi başlayacaq. Türk Akademiyası və TDT-nin əməkdaşlığı ilə keçirilən bu sərgi ortaq tarixi mirası və qlobal əlaqələrdəki köklü rolu əks etdirəcək.
Türkiyə və Azərbaycan arasında 12-ci Dönəm Karma İqtisadi Komissiya (KEK) Protokolü imzalanıb. Protokol çərçivəsində 110 maddəlik Eylem Planı da təsdiqlənib və bu plan ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi və strateji layihələrin həyata keçirilməsi üçün əsas istiqamətləri müəyyən edir. Nazir həmçinin qeyd edib ki, Azərbaycan təbii resurslar baxımından strateji əhəmiyyətə malikdir və enerji qiymətlərindəki dəyişikliklər gələcək ticarət balansına müsbət təsir göstərəcək. Ötən il Türkiyə–Azərbaycan arasında ticarət həcmi 8 milyard dollara çatıb. Bu göstərici, Qazaxıstanla birlikdə Türk Dövlətləri arasında əldə edilmiş ən yüksək ticarət həcmidir. Nazir Bolat əlavə edib ki, mövcud dalğalanmalar konjonktür xarakterlidir və keçicidir, yaxın gələcəkdə enerji bazarındakı dəyişikliklər ticarət əlaqələrini daha da gücləndirəcək.
Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlətlər, cəmiyyətlər və ekspert icmaları səviyyəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır.
Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər. Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.
Ədalət və inkişaf partiyası (AK Parti) tərəfindən hazırlanan “Türk Dünyası Vizyon Sənədi” Türk dövlətləri arasında əməkdaşlığın institusional əsasda gücləndirilməsini və Türk Dünyasının qlobal miqyasda daha təsirli güc mərkəzinə çevrilməsini hədəfləyir. 198 səhifəlik və 14 bölmədən ibarət sənəddə qısa, orta və uzunmüddətli strateji məqsədlər müəyyənləşdirilib. Sənəd enerji, ticarət, nəqliyyat, texnologiya, rəqəmsal iqtisadiyyat, müdafiə, təhlükəsizlik, təhsil və mədəniyyət sahələrində dərin inteqrasiyanı nəzərdə tutur. Türk dövlətləri arasında ticarət həcminin 100 milyard dolları aşması, ortaq bazar və e-ticarət platformalarının yaradılması, Türkcoin adlı ortaq rəqəmsal valyuta təşəbbüsü və investisiya mexanizmlərinin genişləndirilməsi əsas iqtisadi hədəflər sırasındadır.
Türk dövlətləri ilə xarici ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəfləyirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri Ankarada keçirilən AK Partiya Türk Dünyası Vizyon Sənədinin Təqdimat Proqramında çıxışı zamanı səsləndirib. Ərdoğan bildirib ki, Türkiyənin Türk dövlətləri ilə xarici ticarət dövriyyəsinin orta müddətdə 60 milyard dollara, uzunmüddətli perspektivdə isə 100 milyard dollara çatdırılması qarşıya qoyulan əsas hədəflərdəndir.