Türkiyə Ədliyyə Nazirliyi Qəzzəyə humanitar yardım aparmaq məqsədilə yola çıxan Qlobal Sumud Filo fəallarına qarşı beynəlxalq sularda baş verdiyi bildirilən müdaxilə ilə bağlı məhkəmə prosesi çərçivəsində İsrailin Baş naziri Binyamin Netanyahu və Afek Moskovitch barədə qırmızı bülleten verilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
#Türkiyə Ədliyyə Nazirliyi
Türkiyənin Ədliyyə naziri Akın Gürlek cinayətkar qruplara və dəstələrə qarşı mübarizənin onların kimliyindən və hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq qətiyyətlə davam etdiriləcəyini bildirib. Nazirin sözlərinə görə, Alihan Kurişin rəhbərlik etdiyi iddia olunan cinayətkar qrup da bu istiqamətdə aparılan mübarizənin nümunələrindən biridir.
Türkiyənin ədliyyə naziri Akın Gürlek Azərbaycanın cinayətkarların ekstradisiyası məsələsində Türkiyəyə hər cür dəstəyi göstərdiyini bildirib. Nazir qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri, baş prokuroru və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq.
Türkiyənin Daxili İşlər naziri Mustafa Çiftçi Kahramanmaraş şəhərindəki orta məktəblərin birində 14 yaşlı şagird tərəfindən törədilən silahlı hücum nəticəsində 8-i şagird, 1-i müəllim olmaqla 9 nəfərin həyatını itirdiyini, 13 nəfərin isə yaralandığını açıqlayıb. Hadisə ilə əlaqədar Türkiyənin Daxili İşlər, Ədliyyə, Milli Təhsil və Səhiyyə nazirləri dərhal bölgəyə gedərək Kahramanmaraş Universiteti Xəstəxanasının qarşısında birgə bəyanatla çıxış ediblər.
Türkiyənin Ədliyyə naziri Akın Gürlek sosial şəbəkə hesabında etdiyi paylaşımda FETÖ terror təşkilatına qarşı mübarizənin kəsintisiz davam edəcəyini vurğulayıb. Nazir qeyd edib ki, bu mübarizə təkcə təhlükəsizlik məsələsi deyil, birbaşa Türkiyənin gələcəyini maraqlandıran milli məsələdir.
Bayrağımıza uzanan o çirkli əlləri mütləq tapacağıq və bunun hesabını o xainlərdən soruşacağıq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, AK Partiyanın Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında çıxış edərkən bildirib. Dövlət bayrağına qarşı törədilən təxribatla bağlı sərt bəyanat verib. Ərdoğan qeyd edib ki, bayrağa yönəlmiş hücum cavabsız qalmayacaq.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç dövlət bayrağına qarşı törədilən hücumla bağlı aparılan istintaqın davam etdiyini və indiyədək 14 nəfərin saxlanıldığını açıqlayıb. AK Partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında iştirak edən nazir Tunç toplantıdan öncə jurnalistlərə açıqlama verib. O bildirib ki, hazırda 105 nəfər barəsində saxlanılma qərarı, 50 nəfər barəsində isə axtarış (tutma) qərarı mövcuddur.
Türkiyə Ədliyyə Nazirliyi Manisa şəhərinin Alaşehir rayonunda yeni Ədliyyə binasının inşası ilə bağlı açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 550 gün təşkil edir.
Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç bildirib ki, TBMM Ədliyyə Komitəsində qəbul edilən 11-ci Məhkəmə Paketi ümumilikdə 12 müxtəlif qanunda dəyişiklik nəzərdə tutur və 38 maddədən ibarətdir. Nazir Tunç sosial media hesabında açıqlam verib. “Türk Cəza Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında” qanun təklifinin komitədə qəbul edildiyini xatırladıb və paketdə əhəmiyyətli hüquqi islahatların yer aldığını vurğulayıb.
Türkiyədə Şanluurfa rayonunda yerləşən məhkəmə binasının anbarında naməlum səbəbdən partlayış baş verib. Partlayış nəticəsində anbarda yanğın başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər, polis və xüsusi təyinatlı qruplar cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlamasında bildirib ki, partlayış zamanı zabit katibin yaralandığını qeyd edib. Nazir yaralının tezliklə sağalmasını arzuladığını bildirib.
Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Naxçıvan Sazişi və “Türk Dünyası Vizyonu – 2040” dövlətləri ortaq məqsədlər ətrafında birləşdirir və bu çərçivədə hüquqi əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu sözləri Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ədliyyə Nazirləri 2-ci Toplantısında çıxış edərək, hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.