#TDT

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” açılıb. Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycan və digər türk dövlətlərinin nümayəndələri iştirak edib. Tədbir çərçivəsində bədii proqramlar, kitab təqdimatları, sərgilər və beynəlxalq elmi simpoziumlar keçiriləcək. Həftə iyulun 3-dək davam edəcək və türk dünyasının elmi və mədəni inteqrasiyasını gücləndirmək məqsədini daşıyır. Fondun bu tədbirlər vasitəsilə ortaq türk elmi irsinin təbliği və gələcək nəsillərə çatdırılması hədəflənir.

Azərbaycanın kənd təsərrüfatı naziri Macarıstan səfiri ilə görüş keçirib. Görüşdə aqrar sahədə əməkdaşlıq müzakirə olunub. Tərəflər ticarət və texnologiya sahəsində əlaqələrin genişləndirilməsini vacib sayıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da qeyd olunub. İkili diplom proqramları gündəmə gətirilib. Birgə aqrar universitetin yaradılması perspektivləri müzakirə olunub. Hüquq-müqavilə bazasının gücləndirilməsi vurğulanıb. Görüş konstruktiv atmosferdə keçib.

Mirvoxid Əzimov Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini vəzifəsinə ikinci müddətə yenidən təyin edilib. Qərara əsasən, Mirvoxid Əzimov təşkilatın Baş katibinin müavini vəzifəsində fəaliyyətini növbəti müddətdə də davam etdirəcək. Onun yenidən təyin olunması təşkilat daxilində həyata keçirdiyi fəaliyyətə verilən yüksək qiymətləndirmə kimi dəyərləndirilir.

İclasda çıxış edən energetika naziri Pərviz Şahbazov sarsılmaz Azərbaycan - Türkiyə birliyi və strateji müttəfiqliyinin digər türk dövlətləri ilə münasibətlərimizdə də öz əksini taparaq türk dünyası ailəsinin formalaşmasına yol açdığını vurğulayıb. Nazir dövlət başçılarının strateji baxış və qətiyyətli siyasətlərinin Türk Dövlətləri Təşkilatının nüfuzunu və regional rolunu artırdığını, təşkilatın artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrildiyini qeyd edib.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Toplantısına ev sahibliyi edəcək. Tədbirdə Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq. Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9–10 dekabr tarixlərində İstanbulda keçiriləcək toplantı çərçivəsində iştirakçı ölkələrin enerji nazirləri ilə ikitərəfli görüşlər aparacaq və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətlərini müzakirə edəcək.

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir. "Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq" adı ilə keçirilən iclasda Təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının və TDT-nin rəhbər şəxsləri iştirak edir.

Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda ikinci panel sessiya keçirilir. Panel sessiya CBC telekanalının baş redaktoru, Xəbərlər, xüsusi layihələr və SMM şöbəsinin rəhbəri Elmira Musazadənin moderatorluğu ilə keçirilir.

Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilir. Forum çərçivəsində iki panel sessiyanın keçirilməsi nəzərdə tutulur. Panel sessiyaları "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" və "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzularına həsr olunacaq.