Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    2025-ci ildə fəlakətlərdən sonra 129 min nəfərə psixososial dəstək göstərilib

    10 Avqust 2025 12:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    2025-ci ildə fəlakətlərdən sonra 129 min nəfərə psixososial dəstək göstərilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Türkiyədə bu il baş verən fəlakət və fövqəladə hallardan sonra 129 min 25 nəfərə psixososial dəstək göstərilib.

    AzerVoice xəbər verir ki, Ailə və Sosial Xidmətlər Nazirliyinin koordinasiyasında aparılan bu psixososial dəstək fəaliyyəti, ölkə üzrə müxtəlif bölgələrdə baş vermiş meşə yanğınları, zəlzələlər, partlayışlar və digər fövqəladə hallardan zərər çəkmiş insanları əhatə edib.

    Nazirlik tərəfindən 2013-cü ildən qüvvədə olan “Fəlakət və Fövqəladə Hallara Müdaxilə Xidmətləri Qaydası” və 2014-cü ildə hazırlanan “Türkiyə Fəlakətlərə Müdaxilə Planı”na əsasən fəaliyyət göstərən psixososial dəstək qrupları, AFAD və digər qurumlarla birgə çalışaraq vətəndaşların tək qalmamasını təmin edib.

    Çoxşaxəli dəstək komandaları fəaliyyətdədir
    Sosial işçilər, psixoloqlar, psixoloji məsləhətçilər, uşaq inkişafı mütəxəssisləri və sosioloqlardan ibarət qruplar psixoloji ilk yardım, psixotəhsil, ehtiyacların dəyərləndirilməsi, icma ilə əlaqə və digər istiqamətlərdə müdaxilələr həyata keçiriblər. Bu dəstək, fəlakətlər zamanı zərər çəkmiş insanların psixoloji tarazlığını bərpa etməyə və travmaların azaldılmasına yönəlib.

    Dəstək komandaları dağıntı altında olan ərazilər, xəstəxanalar, çadır və konteyner şəhərcikləri, idman zalları və KYK yataqxanaları kimi müvəqqəti sığınacaqlarda fəaliyyət göstərib.

    Bu il ərzində 27 fəlakət və fövqəladə hadisə çərçivəsində psixososial dəstək verilən insanların bölgələrə görə sayı belə olub: Bursa – 1222 nəfər, İstanbul (zəlzələ sonrası) – 122 172 nəfər, Bolu (otel yanğını sonrası) – 995 nəfər, Biləcik – 204 nəfər, Sakarya – 240 nəfər, İzmir – 257 nəfər, Hatay – 483 nəfər, Əskişəhər – 305 nəfər, Karabük – 772 nəfər, Antalya – 105 nəfər, Uşak – 206 nəfər, Kaşşrə və İyun – 268 nəfər. Ən çox dəstək İstanbul və Bursa vilayətlərində göstərilib

    Xüsusilə 21 yanvar tarixində Boluda baş verən otel yanğını və 24 aprel tarixində İstanbulda qeydə alınan zəlzələ zamanı həyata keçirilən dəstək proqramları, on minlərlə vətəndaşı əhatə edib.

    Ailə və Sosial Xidmətlər Nazirliyi bildirir ki, bu cür fəlakətlərdən sonra vətəndaşların psixoloji durumunun dəstəklənməsi, travmaların yüngülləşdirilməsi və sosial adaptasiyanın təmin edilməsi üçün tədbirlər gələcəkdə də davam etdiriləcək.

    #Türkiyə #Ailə və Sosial Xidmətlər Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40
    XƏBƏR LENTİ

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.