Bakı, AzerVoice
Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində 2024-2025-ci tədris illərində türk məktəblərinin yenidən açılmasına qərar verildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında açıqlama yayınlanıb.
Açıqlamada Səudiyyə Ərəbistanı rəhbərliyinin qərarı ilə 2020-2021-ci tədris ilinin sonundan etibarən paytaxt Ər-Riyad və digər əyalətlərdə fəaliyyət göstərən türk məktəblərinin mərhələli şəkildə bağlanması xatırladılıb.
Açıqlamada həmçinin qeyd edilib ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Türkiyə Təhsil Nazirliyinə bağlı bəzi türk məktəbləri, Türkiyənin diplomatik təmasları və Təhsil Nazirliyinin təşəbbüsləri nəticəsində yenidən açılıb. Bu təmasların nəticəsi olaraq, iki ölkənin səlahiyyətli şəxsləri 2024-2025-ci tədris ilində Məkkə və Mədinədə türk məktəblərinin yenidən açılmasına qərar veriblər. Məktəblərin açılması ilə bağlı qərar qəbul edildikdən sonra isə tələbə qəbulu və digər prosedurlar başlanıb.