Bakı,AzerVoice
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Yanğın İdarəetmə Mərkəzi avqustun səkkizi etibarilə 2 min 284 meşə yanğınına müdaxilə edib.
AzerVoice xəbər verir ki, Yanğın İdarəetmə Mərkəzi meşə yanğınlarının göndərilməsi və idarə olunmasını təmin edir.
Yanğınların qarşısının alınması və müdaxiləsində mühüm rol oynayan pilotsuz uçuş aparatlarına (PUA) malik yanğın nəzarət qüllələri termal görüntülərin ötürülməsini təmin edən yüksək texnologiyalı kameralarla həftənin 7 günü 24 saat meşələrə nəzarət etməyə imkan verir.
Mümkün yanğın görüntüləri qiymətləndirilir və bölgəyə lazımi qüvvələr sövq edilir.
Fəlakət həddinə çatması gözlənilən yanğınlara Türk Silahlı Qüvvələri (TSK), jandarma və digər dövlət qurumların iştirakı üçün koordinasiya təmin edilir.
Qeyd edək ki, Türkiyədə 2021-ci ildə 2 min 793 meşə yanğınında 139 min 503 hektar meşə sahəsinə ziyan dəyib. 2022-ci ildə 2 min 160 meşə yanğınında 12 min 799 hektar ərazi zərər gördüyü halda, ötən il baş vermiş 2 min 579 yanğında 15 min 520 hektar ərazi yanıb.