Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Turkish Cargo dünyada hər 20 hava yükündən birini daşıyır

    5 Avqust 2024 12:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Turkish Cargo dünyada hər 20 hava yükündən birini daşıyır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türk Hava Yollarının (THY) hava yükdaşıma markası olan Turkish Cargo 6 faiz bazar payına nail olmaqla tarixin ən yüksək səviyyəsinə çatıb.

    AzerVoice xəbər verir ki, bu barədə THY-nin yük daşıma (karqo) üzrə baş direktor müavini Ali Türk məlumat verib.

    Onu sözlərinə görə, bu ilin ilk yarısında Turkish Cargo-nun qlobal bazar payı (FTK) 5,8%-ə çataraq, şirkət tarixində 6% ilə ən yüksək bazar payına sahib olub. "Bu, hər 20 hava yükündən birinin bizim tərəfimizdən daşındığını göstərir” deyə o bildirib.

    Turkish Cargo, hava yük daşımalarında Amerika, Avropa və Uzaq Şərqin ən böyük markalarını geridə qoyaraq, 2023-cü ilin avqust ayından etibarən ilk üç hava yükdaşıyıcısından birinə çevrilib.

    "Sərnişin və yük daşımaları birlikdə qiymətləndirildikdə, 21-i yük təyyarəsi olmaqla 456 təyyarədən ibarət donanmamızla dünyanın 360-dan çox nöqtəsinə çatırıq. Bu mənada dünyanın ən çox ölkəsinə uçan hava yük markası ünvanına sahibik. Şəbəkə üstünlüyü və qlobal uçuş şəbəkəsindəki liderliyimiz sayəsində bir gündə dünyanın iki ucunu bir-birinə bağlaya bilirik. ABŞ-ın ən qərb şəhəri olan Los-Ancelesə təxminən 14 saata və Asiyanın ən şərq şəhəri olan Tokioya təxminən 13 saata çatırıq. Biz bütün dünyada biznes tərəfdaşlarımıza geniş giriş şəbəkəsi və qoşulma imkanları təqdim etməkdə əhəmiyyətli rəqabət üstünlüyü əldə etmişik", - deyə Türk bildirib.

    Dünyanın ən çox ölkəsinə uçan və illik bazda ən çox böyüyən hava karqo ünvanına sahib olan şirkət, 2033-cü ildə sektorun ən böyüyü olmağı hədəfləyir.

    Turkish Cargo dünyada hər 20 hava yükündən birini daşıyır
    #Türk Hava Yolları (THY)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Hava Yollarına məxsus təyyarədə texniki nasazlıq oldu

    11 May 2026 10:04

    Sabiha Gökçen hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    21 Aprel 2026 14:10

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 15 milyondan çox xarici sərnişin (ÖZƏL)

    21 Aprel 2026 12:29

    THY təyyarəsində sərnişinin açdığı internet şəbəkəsinin adı bomba həyəcanına səbəb olub

    15 Yanvar 2026 16:25

    Türk Hava Yolları Tehrana uçuşları dayandırdı

    9 Yanvar 2026 12:33

    Əzm Donanmasının 18-i türk olmaqla 94 fəalı İstanbulda qarşılandı

    10 Oktyabr 2025 16:32

    Türkiyə Süleymaniyəyə uçuşları bərpa edir

    10 Oktyabr 2025 09:59

    Sabiha Gökçen hava limanında sərnişindaşıma 35 milyon nəfəri keçib (ÖZƏL)

    9 Oktyabr 2025 13:00

    Prezident Ərdoğandan Qəzzə ilə bağlı mühüm açıqlama - Türkiyə sülh üçün bütün səylərə dəstək verəcək

    8 Oktyabr 2025 12:29

    Tarixdə bu gün - 23 sentyabr

    23 Sentyabr 2025 01:23

    AJet-dən yeni marşrut - Ankara-Tbilisi uçuşları başlayır

    27 Avqust 2025 10:00

    THY təyyarələrI 89 təhlükəsizlik yoxlamasından uğurla keçib

    20 Avqust 2025 14:20
    XƏBƏR LENTİ

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Oman sahilləri yaxınlığında tanker və hərbi qüvvələr arasında insident qeydə alınıb

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    Xamenei ABŞ-ı "etibarsızlıqda" ittiham edib, milli birliyə çağırış edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.