Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Cənubi Koreyada 966 türk şəhidinin 462-sinin məzarı var

    3 Avqust 2024 11:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cənubi Koreyada 966 türk şəhidinin 462-sinin məzarı var
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Cənubi və Şimali Koreya arasında üç il davam edən müharibə Türkiyə ilə Cənubi Koreya arasında köklü münasibətlərin əsasını qoydu. Türkiyə müharibədə Cənubi Koreyanın tərəfində olub. 966 türk şəhidindən 462-si Cənubi Koreyanın Busan şəhərindəki Birləşmiş Millətlər Təşkilatının Abidə Qəbiristanlığında yatır.

    Koreya müharibəsi 25 iyun 1950-ci ildə Şimali Koreyanın iki ölkə arasında sərhədi təşkil edən 38-ci Paraleldən keçərək Cənubi Koreyanı işğal etməsi ilə başladı. ABŞ-ın BMT-yə müraciəti nəticəsində BMT üzv ölkələri Cənubi Koreyaya kömək etməyə çağırıb. Həmin çağırışa cavab verən ölkələrdən biri də Türkiyə oldu.

    Türkiyə 1950-ci il iyulun 25-də müharibənin ilk ayında əsgər göndərmək qərarına gəldi. Birinci Briqada 17 sentyabr 1950-ci ildə Cənubi Koreyaya getmək üçün İskəndərun Limanından yola düşdü və təxminən bir ay davam edən dəniz səyahətindən sonra Cənubi Koreyanın Busan limanına gəldi. Sonra 120 kilometr uzaqlıqdakı Taequ şəhərinə hərəkət etdi.

    Türkiyə Cənubi Koreya müharibəsinə dörd briqada olmaqla ümumilikdə 21 min 212 əsgərlə qatılıb. Qütb Ulduzu adı verilən türk əsgərlərinin uğurları Cənubi Koreya üçün böyük üstünlük təmin etdi və müharibənin gedişatını dəyişdi.

    Türkiyə Koreya müharibəsində ən çox şəhid verən üçüncü ölkə oldu. Hal-hazırda 966 türk şəhidindən 462-sinin məzarı Birləşmiş Millətlər Təşkilatının Pusandakı Monumental Qəbiristanlığında yerləşir. BMT-nin Abidələr Qəbiristanlığı Beynəlxalq Əlaqələr Direktoru Con Bocskay mövzu ilə bağlı türk müxbirinə verdiyi açıqlamada, “Burada dəfn edilənlərdən daha çox türk əsgəri şəhid oldu, lakin təəssüf ki, yüzlərlə əsgərin cəsədi tapıla bilmədi və onlar hələ də rəsmi olaraq itkindirlər. Əgər onları tapsalar, burada dəfn olunacaqdılar."- deyə bildirib.

    Türk əsgərləri Koreya müharibəsində göstərdikləri şücaət və fədakarlıqla iki ölkə arasında möhkəm əlaqələrin təməlini qoydular. Türk əsgərlərinin qəhrəmancasına mübarizəsi Cənubi Koreyalıların yaddaşında qalmağa davam edir.

    UNPM direktoru Kwang Woo Kim, “Türk əsgərləri Kunu-ri və Kumyangjand-ni kimi döyüşlərdə güclü qabiliyyətlərini nümayiş etdirərək fəal rol oynadılar. Qardaş ölkə sayılan Türkiyə ilə əlaqələrimizi gələcək nəsillərə fədakarlıq və minnətdarlıq hissi ilə yetişdirərək davam etdirmək istəyirik."- deyə o öz hisslərini ifadə edib.

    Türkiyə ilə Cənubi Koreya Koreya müharibəsindən bəri “qan qardaşlığı” adlı xüsusi və dərin bir bağa sahibdir. Bunun ən mühüm səbəblərindən biri də türk əsgərlərinin müharibə zamanı nümunəvi davranışlarıdır. Cənubi Koreya Vətənpərvərlər və Qazilər Nazirliyinin sözçüsü Kim Ju-Yong, “Koreyalılar və Koreya dövləti hər zaman türk əsgərlərinə və dövlətinə səmimi təşəkkürlərini ifadə edir. Türk əsgərləri Suvonda Ankara Uşaq Evini açıblar. Bu, Koreyanın yenidən qurulması üçün çox mühüm addım idi və Koreya xalqı bu töhfəni heç vaxt unutmadı”,- deyə o əlavə edib.

    Cənubi Koreyada 966 türk şəhidinin 462-sinin məzarı var
    #Koreya müharibəsi #türk əsgəri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    30 Avqust 2026 18:49

    Türkiyə Nigerə dəstəyini açıqladı

    30 Avqust 2026 11:40

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Koreya müharibəsi necə başladı? Soyuq müharibənin ilk silahlı toqquşmasının ildönümü

    25 İyun 2026 03:00

    Bu gün ilk Şimali Koreya lideri Cənubi Koreyaya getdi

    27 Aprel 2026 03:00

    ABŞ-ın qlobal cinayət dosyesi: Soyqırımlardan işğallara

    31 Dekabr 2025 22:00
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.