Bakı. AzerVoice:
Türkiyə ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi və Ərtoğrul Friqat gəmisinin dənizə buraxılmasının 134-cü ildönümü münasibətilə təşkil edilən anma tədbirlərinə qatılmaq üçün Yaponiyaya kruiz səfərini davam etdirən TCG Kınalıada Corvette Cənubi Koreyanın Busan limanını ziyarət edib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Seuldakı səfirliyi bildirib.
Qeyd edilib ki, Busan limanına gələn TCG Kınalıada, Koreya Dəniz Komandanlığı Dəniz Bazasında Türkiyənin Seul səfiri Murat Tamer və Cənubi Koreya rəsmiləri tərəfindən qarşılanıb.
TCG Kınalıada Cənubi Koreyada olduğu müddətdə ictimaiyyətə açılarkən, Korvetdə Türkiyənin müdafiə sənayesi məhsulları da təqdim edildi.
Məlumat üçün qeyd edək ki, TCG Kınalıada sabah səhər saatlarında Busandan ayrılaraq növbəti liman səfərini edəcəyi Yaponiyanın Kuşimoto şəhərinə gedəcək.
Hafiz Rufizoğlu