Bakı, AzerVoice
Türkiyədə İstanbulda, Bəylərbəyi İskele mövqeyində bir tur
gəmisində naməlum səbəbdən yanğın baş verib.
AzerVoice xəbər verir ki, hadisə ilə
bağlı məlumat verildikdən sonra əraziyə çox sayda yanğınsöndürən və
tibbi qruplar göndərilib.
Yanğınsöndürənlər hadisə yerində alovu nəzarət altına almaq üçün müdaxilə edirlər. Hazırda yanğının səbəbləri araşdırılır, lakin vəziyyətlə bağlı əlavə məlumat verilməyib.