Türk Dövlətləri

Türkiyədə Tuncelidə 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Tuncelidə yerli vaxtla saat 15:34-da (Bakı vaxtı ilə saat 16:34-də) baş verib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı açıqlamalar verib. Ərdoğan, AK Parti Kongre Merkezi-də keçirilən “İnsanlık İçin Güçlü Türkiye” proqramında çıxışı zamanı Suriya məsələsinə xüsusi yer ayırıb. O, Suriya inqilabının ildönümü münasibətilə ölkə və xalqın son 13 il ərzində davam edən zülm və zorakılığa qarşı dirənişini təqdir edib. Prezident, Esad rejimi və terror təşkilatlarının hücumlarında həyatını itirən suriyalıları rəhmətlə yad edib və Türkiyənin həm humanitar yardım, həm də terrorla mübarizə sahəsində üzərinə düşəni etdiyini vurğulayıb.

Türk Dil Qurumu (TDK) 15 Dekabr Dünya Türk Dili Ailəsi Gününü bu il ilk dəfə xüsusi tədbirlə Ankarada qeyd etməyə hazırlaşır. UNESCO-nun 2025-ci il 3 noyabr tarixində keçirilən 43-cü Baş Konfransında qəbul etdiyi qərarla Türk dillərinin qədim mədəni irsi rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” kimi tanındı və beynəlxalq səviyyədə qeyd ediləcək günlər sırasına daxil edildi.

Türkiyə və Macarıstanın aparıcı müdafiə sənayesi şirkətləri yeni anlaşmalarla əməkdaşlıqlarını daha da möhkəmləndirib. Macarıstan Baş Naziri Viktor Orbanın Türkiyə səfəri çərçivəsində iki ölkə arasında genişmiqyaslı müdafiə sənayesi çərçivə anlaşması imzalanıb. Paralel olaraq, 4iG Uzay və Müdafiə Texnologiyaları (4iG SDT) ilə ASELSAN və Nurol Makina arasında iki yeni anlaşma əldə edilib.

Suriya sərhədi boyunca uzanan Karkamış–Nusaybin Dəmiryolu Xətti ilə Mardin–Şenyurt arasındakı 350 kilometrlik hissədə aparılan təmir və yaxşılaşdırma işləri sürətlə davam etdirilir. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazirin sözlərinə görə, ümumi uzunluğu 350 kilometr olan xəttin 325 kilometri Karkamış–Nusaybin, 25 kilometri isə Mardin–Şenyurt istiqamətindən ibarətdir. O bildirib ki, bölgədə vəziyyətin normallaşması ilə sərhəd boyunca uzanan bu strateji xətt yenidən istifadəyə hazırlanır.

Ankara Baş Prokurorluğunun Terror Cinayətlərinə dair İstintaq Bürosu tərəfindən FETÖ/PDY terror təşkilatının maliyyələşmə infrastrukturu və “şirkətlər şəbəkəsi”nin fəaliyyətini ifşa etmək məqsədilə genişmiqyaslı əməliyyat həyata keçirilib. Baş Prokurorluğun məlumatına görə, Maliyyə Monitorinqi üzrə Qurumun (MASAK) apardığı araşdırmalar, həmçinin texniki və fiziki izləmə nəticəsində əldə edilmiş dəlillər terror təşkilatı ilə əlaqəli şəxslərin xaricdən əldə etdikləri vəsaitləri yenidən xaricdə fəaliyyət göstərən şirkətlər vasitəsilə keçmiş dövrlərdə barələrində hüquqi proses aparılmış FETÖ üzvlərinə və onların yaxınlarına ötürdüyünü göstərib.

Türkiyədə kibercinayətkarlığa qarşı aparılan genişmiqyaslı əməliyyatlar çərçivəsində son beş gündə 24 şəhərdə 204 nəfər saxlanılıb. O bildirib ki, əməliyyatlar Kibercinayətkarlıqla Mübarizə İdarəsi və Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) tərəfindən koordinasiyalı şəkildə aparılıb. Əməliyyatlar nəticəsində saxlanılan 204 nəfərdən 68-i məhkəmə qərarı ilə həbs olunub, 30 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Qalan şübhəlilərlə bağlı hüquqi prosedurlar davam edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla İstanbulda keçirilən görüşdən sonra iki ölkə arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsi barədə mesaj verib. Liderlər ticarət həcminin 10 milyard dollara çatdırılması barədə razılığa gəlib və 16 yeni əməkdaşlıq sənədi imzalanıb.

İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial media hesabında paylaşım edib. Dövlət başçısı sosial media hesabında paylaşdığı açıqlamada, “İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm,” – deyib.

Türkiyədə Antalyada 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Antalyada yerli vaxtla saat 13:21-da (Bakı vaxtı ilə saat 14:21-də) baş verib. Yeraltı təkanların ocağı 28,25 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.