“Ankara – yeni Dəməşq hakimiyyəti – SDF” üçbucağının transformasiyasını müəyyən edən struktur parametrlər hansılardır və Türkiyənin institusional maraqları, SDF-nin mövqeyi, ABŞ-ın iştirakı və formalaşan regional alyanslar nəzərə alındıqda, “Terrorsuz Türkiyə” prosesi sistemli deeskalasiya formatına çevrilə bilərmi?
Türk Dövlətləri
Qazaxıstan ilə İran hökumətləri arasında xarici işlər nazirliklərinin əməkdaşlıq proqramı ilə yanaşı, qarşılıqlı hüquqi yardım, nəqliyyat və logistika, yük daşımaları, ədliyyə, səhiyyə, mədəniyyət və media kimi sahələri əhatə edən 8 əməkdaşlıq sazişi imzalanıb. İran Prezidenti Mesud Pezeşkian rəsmi səfər çərçivəsində Qazaxıstana gedib. Pezeşkian üçün paytaxt Astananın Akorda Prezident Sarayında rəsmi qarşılama mərasimi təşkil olunub.
Kreml Administrasiyası Rusiya Prezidenti Vladimir Putinin bu həftə Türkmənistana rəsmi səfər edəcəyini və səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün planlaşdırıldığını açıqlayıb. Məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov yayıb. Onun sözlərinə görə, Putin 12 dekabrda Aşqabadda olacaq və “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” forumunda iştirak edəcək.
Balıkesir şəhərinin Sındırgı rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 11:06-də baş verib. Zəlzələnin yerin təxminən 6,97 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.
Türkiyənin 22 şəhərində son iki həftə ərzində genişmiqyaslı antiterror əməliyyatları həyata keçirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabından paylaşım edib. Aparılan əməliyyatlar nəticəsində İŞİD terror təşkilatına maliyyə dəstəyi verən və sosial media vasitəsilə təbliğat aparan 92 nəfər saxlanılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Türkiyənin NSosyal platformasında paylaşım edərək Fələstin xalqının yaşadığı acının beynəlxalq ictimaiyyət üçün ədalət axtarışını daha da vacib etdiyini bildirib.
İraq və Türkiyə arasında yeni elektron viza sistemi rəsmi olaraq işə salınıb. Sistem İraqın Ankaradakı səfirliyində təşkil olunan mərasimlə təqdim edilib. Tədbirdə İraqın Ankara səfiri Məcid Əbdülrəd Haşən əl-Ləçmavi, İraqın Nüfus və Pasport Baş İdarəsinin rəisi Nəşat əl-Xafaci, İraq Daxili İşlər Nazirliyi sözçüsü Abbas əl-Bəhədli və digər rəsmi şəxslər iştirak ediblər. Səfir Məcid əl-Ləçmavi çıxışında, Türkiyəyə səfər üçün yeni elektron viza prosedurlarının artıq işə başladığını açıqlayıb. O bildirib ki, bu sistem İraqın Xarici İşlər və Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq nəticəsində yaradılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriyanın bərpası və bölgədəki siyasi proseslərlə bağlı mühüm açıqlamalar verib. Onun sözlərinə görə, ölkənin tamamilə normallaşması, infrastrukturun yenilənməsi və əsas ehtiyacların qarşılanması üçün tələb olunan vəsait iki yüz on altı milyard dollar olaraq hesablanıb. SETA-da keçirilən “Suriya: Toparlanma və Yenidən İnşa” mövzusundakı tədbirdə çıxış edən Fidan, Suriyada uzun illər davam edən dağıntının miqyasının böyük olduğunu, rejimin müharibə dayandıqdan sonra ölkənin nə qədər çökdüyünü gördüyünü bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11–12 dekabr 2025-ci tarixlərində “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün Türkmənistana səfər edəcək.Bu barədə məlumatı Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında yayıb. Duran bildirib ki, səfər BMT Baş Assambleyasının 2025-ci ili “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan etməsi və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə təşkil olunan forum çərçivəsində həyata keçiriləcək.
Özbəkistan və Türkiyə Özbəkistan bazarında türk investisiyaları və kapital iştirakını artırmaq imkanlarını müzakirə ediblər. Bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat verib. Məsələ Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin nümayəndələri, Özbəkistanın Türkiyədəki səfirliyinin rəsmi şəxsləri və Özbəkistanda fəaliyyət göstərən türk işgüzar dairələrinin nümayəndələri arasında keçirilən görüş zamanı qaldırılıb.
Türkiyədə ilin yanvar-noyabr aylarında elektrikli avtomobil bazarının lideri yerli marka Togg oldu. Togg, T10X və T10F modelləri ilə toplam 31 min 715 satış həyata keçirərək bazarın təxminən iyirmi faizlik payını ələ keçirdi. Bu dövrdə ikinci yerdə Tesla 29 min 955, üçüncü yerdə isə BYD 17min 639 satışla yer aldı. Bu üç marka elektrikli avtomobil bazarının ümumilikdə qırx yeddi tam beş faizini təşkil etdi. Kasım ayında da Togg 4 min 235 satışla aylıq liderliyini qoruyub, Tesla 2 min 535, BYD isə min 833 satışla ikinci və üçüncü sırada olub.
İsrail mediasında Qəzza Zolağında yaradılması gündəmdə olan beynəlxalq qüvvə planı və bu çərçivədə Türkiyənin mümkün iştirakı geniş müzakirə olunub.