Türk Dövlətləri

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Toplantısına ev sahibliyi edəcək. Tədbirdə Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq. Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9–10 dekabr tarixlərində İstanbulda keçiriləcək toplantı çərçivəsində iştirakçı ölkələrin enerji nazirləri ilə ikitərəfli görüşlər aparacaq və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətlərini müzakirə edəcək.

Türkiyədə Antalyada 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Antalyada yerli vaxtla saat 03:31-da (Bakı vaxtı ilə saat 04:31-də) baş verib. Yeraltı təkanların ocağı 20,75 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

2025-ci ilin noyabr ayında Türkiyədə baş verən ümumi qəza sayı 55 min 995 olub. İdarədən verilən məlumata görə, noyabr ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 48 min 767, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 228 olub. “Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 23 min 496, vəfat edənlərin sayı isə 199 nəfər təşkil edib” – deyə idarədən bildirilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu Şamda Suriya müdafiə rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirib. Rəsmi dəvət əsasında baş tutan səfər çərçivəsində o, Suriya müdafiə naziri Murhaf Əbu Kasra və Baş Qərargah rəisi Əli Nurəddin Nasan ilə təhlükəsizlik və koordinasiya məsələlərini müzakirə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Qəzzada HƏMAS-ın silahsızlaşdırılması üçün əvvəlcə etibarlı mülki idarəetmə və beynəlxalq dəstəkli, peşəkar polis qüvvəsi qurulmalıdır. Onun sözlərinə görə, HƏMAS idarəetməni təhvil verməyə hazırdır, lakin ilkin mexanizmlər formalaşmadan silahsızlaşdırma tələb etmək “real deyil”.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, 23-cü Doha Forumunda iştirak etmək üçün Qətərin paytaxtı Dohaya səfər edib. Forum çərçivəsində Nazir Fidan Qətər Baş Naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrahman Əl-Tani ilə görüşüb. Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi, regional və beynəlxalq məsələlərdə əməkdaşlıq imkanları, habelə qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub. Rəsmi görüş zamanı həmçinin Türkiyə-Qətər əlaqələrinin daha da inkişaf etdirilməsi və iqtisadi, siyasi sahələrdə əməkdaşlıq imkanları vurğulanıb.

Türkiyə üzərinə düşəni etməyə hazırdır. Hal-hazırda davam edən sülh səylərinə də töhfə verməyə də hazırıq. Bu sözləri Türkiyə Xarici İşlər naziri Hakan Fidan 23-cü Doha Forumunda verdiyi açıqlamada bildirib. Ölkəsinin Qəzza məsələsində üzərinə düşəni etməyə hazır olduğunu bildirib. Fidan qeyd edib ki, Türkiyə hazırda davam edən sülh təşəbbüslərinə dəstək verməyə hazırdır.

Əgər biz insanların qəlblərini və zehinlərini boş buraxsaq, oraları hər cür pis vərdiş və asılılıq işğal edər. Övladlarımızın və cəmiyyətimizin həm düşüncələrini, həm də qəlblərini bəsləməli və onları aram etməliyik. Asılılıq və zərərli vərdişlərlə mübarizədə birlikdə olmalıyıq.