Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    10 Dekabr 2025 13:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyədə ilin yanvar-noyabr aylarında elektrikli avtomobil bazarının lideri yerli marka Togg oldu.

    AzerVoice xəbər verir ki, Togg, T10X və T10F modelləri ilə toplam 31 min 715 satış həyata keçirərək bazarın təxminən iyirmi faizlik payını ələ keçirdi. Bu dövrdə ikinci yerdə Tesla 29 min 955, üçüncü yerdə isə BYD 17min 639 satışla yer aldı. Bu üç marka elektrikli avtomobil bazarının ümumilikdə qırx yeddi tam beş faizini təşkil etdi. Kasım ayında da Togg 4 min 235 satışla aylıq liderliyini qoruyub, Tesla 2 min 535, BYD isə min 833 satışla ikinci və üçüncü sırada olub.

    Ümumi avtomobil satışları bu ilin yanvar-noyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə on tam doqquz faiz artaraq 938 min 177 ədədə, yüngül ticarət avtomobilləri isə yeddi tam on üç faiz artaraq 238 min 603 ədədə çatıb. Bu dövrdə benzinli avtomobillərin satışı 442 min 650, hibrit avtomobillərin satışı 251 min 992, dizel avtomobillərin satışı 69 min 741, otogazlı avtomobillərin satışı 7 min 399, tam elektrikli avtomobillərin satışı isə 164 min 665 ədəd olub. “Uzatılmış məsafəli” elektrikli avtomobillər də daxil edildikdə, elektrikli avtomobil satışları yüz on bir tam dörd faiz artaraq 166 min 665 ədədə yüksəlib.

    Hibrit avtomobillərin satışları yetmiş bir tam üç faiz artıb, plug-in hibrit satışları isə keçən ilin eyni dövrü ilə müqayisədə altı yüz əlli səkkiz tam doqquz faiz artım göstərib. Hibrit avtomobillər arasında ən çox satılan modellər BYD SEAL U (23 min 131), Toyota C-HR (22 min 181), Nissan Qashqai (17 min 575), Peugeot 3008 (14 min 157) və Toyota Corolla Cross (11 min 072) olub.

    Tam elektrikli, uzadılmış məsafəli və hibrit avtomobillər birlikdə bazarın qırx dörd tam yeddi faizini təşkil edir. Beləliklə, Türkiyədə satılan hər 10 avtomobildən təxminən 4-ü elektrikli və ya hibritdir. Bu göstəricilər elektrikli və hibrit avtomobillərin Türkiyə bazarında sürətlə artan populyarlığını bir daha təsdiqləyir.

    #TOGG #Tesla #BYD #TOGG və Çin avtomobil markaları #Tesla'nın avtomatik nəqliyyat xidmətləri #Togg satışları #Togg C-SUV satışları #Togg T10F satış tarixi #Togg T10F ön sifariş #Togg T10F Türkiyə 15 sentyabr #Togg T10F Almaniya 29 sentyabr #Togg T10F dizayn və rənglər #Togg T10F təhlükəsizlik sistemləri #Togg noyabrda Türkiyə elektromobil satışlarında lider oldu #Togg-un satışları artdı #Togg Türkiyədə elektromobil liderliyini möhkəmləndirdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyədə 10-cu BYD satış məntəqəsini istifadəyə verdi

    20 Avqust 2026 19:34

    SpaceX və Tesla Texasda 16,8 milyard dollarlıq süni intellekt çip zavodu quracaq

    6 Avqust 2026 18:55

    Xarici tələbat BYD-nin satışlarını yüksəldib

    1 Avqust 2026 19:37

    "Tesla" robotaksi xidmətini Mayamidə istifadəyə verib

    3 İyul 2026 22:13

    Türkiyənin yerli istehsalı olan TOGG-un bazar payı açıqlanıb (ÖZƏL)

    26 Aprel 2026 11:00

    Google avtomobil istehsalçıları üçün yeni " Open-Source" platforma hazırlayır

    5 Aprel 2026 14:39

    Tesla loqosunun arxasında yatan gizli məna və şirkətin tarixi

    29 Mart 2026 16:58

    Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib

    17 Yanvar 2026 14:04

    TOGG 2025-ci ildə hədəflərinə çatdı: satışlarda rekord göstərici

    4 Yanvar 2026 19:17

    Togg noyabrda Türkiyə elektromobil bazarına liderlik edib

    6 Dekabr 2025 18:52

    Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

    20 Noyabr 2025 04:00

    Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

    19 Noyabr 2025 04:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.