Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində Bayraktar TB-3 Silahlı PUA-lar (SİHA) inventara daxil edilib. Bu barədə Türkiyə Milli Müdafiyə Nazirliyi Quru Qoşunları Komandanlığına Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və Nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk məlumat verib. MN-nin açıqlamasına görə, Bayraktar TB-3 və digər yeni silah sistemləri ordunun əməliyyat qabiliyyətinin artırılması və müdafiə sənayesinin inkişafının sürətləndirilməsi məqsədilə tətbiq olunub. Yeni sistemlər arasında həmçinin Lazer Axtarışlı Uzun Menzilli Tank Əleyhinə (L-UMTAS) raketləri, Orta Hündürlük Hava Hücumundan Müdafiə Sistemi (HİSAR-O), KARAOK Tank Əleyhinə Sistemi və modernləşdirilmiş M60T tankları var.
Türk Dövlətləri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada İsrail hücumu nəticəsində həyatını itirən 6 yaşlı fələstinli qız Hind Rəcəbin ailə üzvlərini və yaxın qohumlarını qəbul edib.Prezident Administrasiyasının məlumatına görə, qəbul prezident iqamətgahında baş tutub. Görüş zamanı Prezident Ərdoğan ailənin uşaqlarına xüsusi diqqət göstərib, onlarla yaxından maraqlanıb.Qəbulda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib. Prezident Ərdoğan, eyni zamanda, görüşdə iştirak edə bilməyən bəzi ailə üzvləri ilə videobağlantı vasitəsilə əlaqə saxlayıb.
Türkiyədə FETÖ terror təşkilatına qarşı son iki həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 160 şübhəli saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir bildirib ki, əməliyyatlar Respublika Baş Prokurorluqları ilə Polis Baş İdarəsinin Terrorla Mübarizə, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat bölmələrinin koordinasiyası ilə həyata keçirilib. Məlumata görə, 39 vilayəti əhatə edən əməliyyatlar çərçivəsində saxlanılan şəxslərin FETÖ-nün şifrəli rabitə proqramı olan “ByLock”dan istifadə etdikləri, həmçinin ankesörlü telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxladıqları müəyyən edilib.
Azərbaycan və Ermənistan barış müqaviləsi imzalamağa heç vaxt olmadığı qədər yaxındır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri İstanbulda keçirilən 16-cı Böyükelçilər Konfransında bildirib. "Uzun illər barışa həsrət qalan Cənubi Qafqaz indi tarixi bir dövrdən keçir" - deyə Ərdoğan qeyd edib. Ərdoğan əlavə edib ki, bu proses çərçivəsində Türkiyə də Ermənistanla normallaşma prosesini irəlilətmək üçün Azərbaycanla dialoq aparır və gələn ilin əvvəlindən bəzi simvolik addımlar atılması planlaşdırılır.
Türkiyə Xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriya üzrə xüsusi nümayəndəsi olan Tom Barakı qəbul edib. Ankarada baş tutan görüşdə Suriya məsələsi və Qəzza üzrə Sülh Planı ilə bağlı son inkişafların müzakirə edildiyi ehtimal olunur. Qeyd edək ki, nazir Hakan Fidan Tom Barak ilə sonuncu dəfə 14 noyabr tarixində də görüş keçirmişdi.
Ədalət və inkişaf partiyası (AK Parti) tərəfindən hazırlanan “Türk Dünyası Vizyon Sənədi” Türk dövlətləri arasında əməkdaşlığın institusional əsasda gücləndirilməsini və Türk Dünyasının qlobal miqyasda daha təsirli güc mərkəzinə çevrilməsini hədəfləyir. 198 səhifəlik və 14 bölmədən ibarət sənəddə qısa, orta və uzunmüddətli strateji məqsədlər müəyyənləşdirilib. Sənəd enerji, ticarət, nəqliyyat, texnologiya, rəqəmsal iqtisadiyyat, müdafiə, təhlükəsizlik, təhsil və mədəniyyət sahələrində dərin inteqrasiyanı nəzərdə tutur. Türk dövlətləri arasında ticarət həcminin 100 milyard dolları aşması, ortaq bazar və e-ticarət platformalarının yaradılması, Türkcoin adlı ortaq rəqəmsal valyuta təşəbbüsü və investisiya mexanizmlərinin genişləndirilməsi əsas iqtisadi hədəflər sırasındadır.
Tokayev qeyd edib ki, Qazaxıstan müstəqilliyini möhkəmləndirmək istiqamətində birlik, qarşılıqlı dəstək, məhsuldar əmək və sosial sabitlik sayəsində mühüm irəliləyişlərə nail olub. Onun sözlərinə görə, dünya sürətlə dəyişir və bəşəriyyət mürəkkəb çağırışlarla yanaşı yeni imkanlarla səciyyələnən yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısı vətəndaşları gələcəyə optimizm və ümidlə baxmağa çağırıb. O bildirib ki, gənc və dinamik dövlət kimi Qazaxıstan səylərini birləşdirərək ölkənin rəqabətqabiliyyətini və beynəlxalq mövqeyini daha da gücləndirməlidir.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “cinayət məqsədilə təşkilat yaratmaq”, “qanunsuz mərc” və “cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” maddələri üzrə başladılan istintaq çərçivəsində üç nəfər saxlanılıb, holdinqə daxil olan yeddi şirkətə isə TMSF tərəfindən müvəqqəti idarəçi təyin edilib.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qara dəniz üzərində Türkiyənin hava sahəsini pozan PUA-nın hərəkəti aşkarlanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ayrı-seçkiliyi hədəf alan siyasətlərin qəbuledilməz olduğunu bəyan edərək, hökumətin daxili birlik, sosial ədalət və insan hüquqları prinsipindən geri çəkilməyəcəyini bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Ankara üzrə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın Türkiyənin Qəzzada mümkün rolu ilə bağlı açıqlamalarından narazılıq ifadə edib və məsələni Vaşinqtonun diqqətinə çatdırıb. Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Türkiyədə narkotiklə bağlı aparılan istintaq çərçivəsində həbs olunan keçmiş Habertürk kanalının baş redaktoru Mehmet Akif Ersoy və daha 9 şübhəli ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən aparılan testlərin nəticələri açıqlanıb.