Türk Dövlətləri

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı zamanı bölgədəki son hadisələri dəyərləndirib. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, telefon danışığı zamanı regional sabitliyin qorunması yolları ətrafında fikir mübadiləsi aparılıb. Abbas Əraqçi ilə söhbətində Hakan Fidan mövcud gərginliklərin aradan qaldırılması üçün diplomatik müzakirələrin və dialoqun vacibliyini diqqətə çatdırıb.

Türkiyənin Antalya Respublika Baş Prokurorluğu tərəfindən başlanmış rüşvət və korrupsiya ilə bağlı istintaq çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsinin (Antalya meriyasının) tabeliyində olan qurumlarda əməliyyat keçirilib. Məlumata əsasən, qurumun rəhbər vəzifələrində çalışan K.Bəkir və E. Necdət daxil olmaqla ümumilikdə 15 nəfər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

MHP sədri Devlet Bahçeli partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərək İrandakı hadisələrin və ölkənin ərazi bütövlüyünün əhəmiyyətinə toxunub. Devlet Bahçeli İranın ərazi bütövlüyünün bölgə üçün həyati önəm daşıdığını vurğulayıb. O bildirib ki, İranda baş verən hər hansı bir narahatlıq və sabitliyin pozulması həm Türkiyəni, həm də bütün regionu birbaşa təhdid edir. MHP lideri İrana müdaxilə etmək istəyənlərin niyyətlərinin bəlli olduğunu və bu təhdidlərin Türkiyə üçün tanış ssenarilər olduğunu qeyd edib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İŞİD terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat nəticəsində 8 şübhəli şəxs gözaltına alınıb. Terrorizmin Maliyyələşdirilməsinin Qarşısının Alınması və Çirkli Pulların Yuyulması Bürosu terror təşkilatının maliyyə fəaliyyətini ifşa etmək məqsədilə İstanbul şəhər Daxili Qoşunlar Komandanlığı ilə birgə genişmiqyaslı iş aparıb. Araşdırmalar zamanı A.G. adlı şəxsin Suriyadakı münaqişə zonalarında fəaliyyət göstərən terrorçular və onlara rəğbət bəsləyənlər üçün "infak" adı altında vəsait topladığı müəyyən edilib.

Türkiyə ilə Oman arasındakı iqtisadi və ticari əlaqələri daha yüksək səviyyəyə daşımağı hədəfləyən OMNEX 2026 Oman-Türkiyə İş Forumu və Beynəlxalq Ticarət Sərgisi 2-4 fevral tarixlərində hər iki ölkənin iş dünyasını bir araya gətirəcək. DEİK Türkiyə-Oman İş Şurasının verdiyi məlumata görə, Omanın paytaxtı Maskat şəhərində keçiriləcək sərgidə 200-ə yaxın iri miqyaslı şirkət iştirak edəcək. Sərginin müdafiə sənayesi, qabaqcıl texnologiya, energetika, tikinti, səhiyyə və kənd təsərrüfatı kimi strateji sahələrdə milyardlarla dollarlıq yeni müqavilələrin imzalanmasına yol açacağı gözlənilir.

Yanvarın 12-dən 15-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək Türk Həftəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri, beynəlxalq qurumları və diplomatik missiyaları bir araya gətirərək Türk Dünyasının qlobal nüfuzunu nümayiş etdirəcək. Proqram Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində təşkil olunacaq “İpək Yolunda Türk Dünyası” adlı fotoqrafiya sərgisi başlayacaq. Türk Akademiyası və TDT-nin əməkdaşlığı ilə keçirilən bu sərgi ortaq tarixi mirası və qlobal əlaqələrdəki köklü rolu əks etdirəcək.

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya İstanbul, Ankara, İzmir, Diyarbakır və Balıkesir mərkəzli olmaqla 16 vilayətdə FETÖ terror təşkilatına qarşı keçirilən eyni vaxtlı əməliyyatlarda, aralarında hazırda dövlət vəzifəsində çalışan şəxslərin də olduğu 81 şübhəlinin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya sosial media hesabında etdiyi açıqlamada Türkiyə Polis Baş İdarəsi, KOM (Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi) və Kəşfiyyat Rəisliyinin Baş Prokurorluqları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini bildirib. Gizli şahidlərdən əldə edilən rəqəmsal materiallar əsasında aparılan araşdırmalar nəticəsində İstanbul, Ankara, Diyarbakır, Balıkesir, Bilecik, Bursa, Erzincan, Hatay, İzmir, Kayseri, Kütahya, Manisa, Muğla, Sivas, Şanlıurfa və Rize şəhərlərində genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

1299-cu ildə oğuzların qayı boyuna mənsub Osman bəy tərəfindən əsası qoyulan Osmanlı dövləti yeddi əsrdən artıq müddətdə geniş coğrafiyaya yayılan imperiya kimi tarixə düşüb. 1453-cü ildə Fatih Sultan Mehmedin Konstantinopolu fəth etməsi Bizans imperiyasına son qoyaraq Osmanlı tarixində dönüş nöqtəsi yaradıb. XVII əsrə gəldikdə isə imperiya artıq üç qitəni əhatə edirdi.

2025-ci ildə Türkiyədə törədilən qəza sayı 676 min 706 olub. İdarədən verilən məlumata görə, keçən ilin avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 589 min 141, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 87 min 565 olub. “Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 407 min 352, vəfat edənlərin sayı isə 2 min 541 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.

ABŞ-ın İsraildəki səfiri Yexiel Leiter Suriyanın gələcəkdə İbrahim Anlaşmalarına daxil edilə biləcəyini bildirib və bunun üçün təhlükəsizlik zəmanətlərinin əsas şərt olduğunu vurğulayıb. Onun sözlərinə görə, İsrail Suriyanın cənub sərhədlərində türk və rus hərbi birliklərinin yerləşməsinin qarşısını almaq məqsədilə Dəməşqlə təhlükəsizlik sazişi imzalanmasını istəyir.

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlar nəticəsində son iki həftə ərzində 77 şübhəli şəxs saxlanılıb. Nazir bildirib ki, jandarma qüvvələri tərəfindən son iki həftə ərzində aparılan əməliyyatlar FETÖ-yə qarşı mübarizə çərçivəsində həyata keçirilib. Məlumata görə, saxlanılan şəxslərin terror təşkilatının mövcud strukturunda fəal iştirak etdikləri, ankesörlü telefonlar vasitəsilə təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ ilə əlaqəli olduğu iddia edilən saxta yardım təşkilatlarına maliyyə dəstəyi göstərdikləri, həmçinin sosial media üzərindən terror təbliğatı apardıqları müəyyən edilib.

Muğlanın Fethiye rayonu sahillərində, sahildən 36 kilometr məsafədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.Məlumata əsasən, zəlzələ Fethiye rayonundan 36,61 kilometr uzaqlıqda, dəniz səthindən təxminən 40,08 kilometr dərinlikdə baş verib.