Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Vyanada Türk Həftəsi çərçivəsində Türk Dünyasının zəngin mədəni irsi və strateji vizyonu təqdim olunacaq

    12 Yanvar 2026 15:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vyanada Türk Həftəsi çərçivəsində Türk Dünyasının zəngin mədəni irsi və strateji vizyonu təqdim olunacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Yanvarın 12-dən 15-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək Türk Həftəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri, beynəlxalq qurumları və diplomatik missiyaları bir araya gətirərək Türk Dünyasının qlobal nüfuzunu nümayiş etdirəcək.

    AzerVoice xəbər verir ki, proqram Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində təşkil olunacaq “İpək Yolunda Türk Dünyası” adlı fotoqrafiya sərgisi başlayacaq. Türk Akademiyası və TDT-nin əməkdaşlığı ilə keçirilən bu sərgi ortaq tarixi mirası və qlobal əlaqələrdəki köklü rolu əks etdirəcək.

    Həftənin ən mühüm tədbirlərindən biri “İpək Yolundan Orta Dəhlizə: Nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə bağlılığın təşviqi” mövzusunda keçiriləcək yüksək səviyyəli dəyirmi masa toplantısı olacaq. Bu görüşdə Şərq-Qərb nəqliyyat dəhlizinin strateji əhəmiyyəti, ticarət əlaqələrinin asanlaşdırılması və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri müzakirə ediləcək.

    Tədbirlər çərçivəsində Avropadakı Türk diaspor təşkilatlarının nümayəndələri üçün "Diaspor Potensialının İnkişafı" təlim proqramı da təşkil olunacaq. Bu proqramın əsas məqsədi qurumlararası koordinasiyanı və xalqlar arasındakı bağları daha da möhkəmləndirməkdir. Həmçinin Türk Dünyasının musiqi zənginliyini nümayiş etdirən incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala konsertin keçirilməsi planlaşdırılır.

    Türk Həftəsi ərzində TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Vyanada yerləşən beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur. Təşkilatdan verilən məlumata görə, bu həftə Türk Dünyasının strateji hədəflərinin və əməkdaşlıq gündəminin beynəlxalq platformada tanıdılması üçün mühüm fürsət yaradacaq.

    #Türk Dövlətləri Təşkilatının (TDT) #Kubanıçbek Ömurəliyev #Türk Dövlətləri Təşkilatı (TDT) #TDT diplomatik münasibətlər #TDT model proqramı #TDT üzv dövlətlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

    14 Avqust 2026 12:09

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    23 İyul 2026 11:42

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Türk dünyasında rəqəmsal inteqrasiya güclənir

    23 İyun 2026 16:45

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib

    22 İyun 2026 13:49

    DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib

    16 İyun 2026 12:44

    TDT baş katibinin müavini Özbəkistanda yeni vəzifəyə təyin edildi

    30 May 2026 11:05

    TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır

    16 May 2026 10:31

    Prezident İlham Əliyevin türk birliyi ideyasına şəxsi sadiqliyi Türk Dövlətləri Təşkilatında gələcək konsolidasiya üçün möhkəm zəmin yaradır - Kubanıçbek Ömüralıyev

    15 May 2026 10:21

    Ərdoğanın islahatları sayəsində Türkiyə qlobal gücə çevrilib - Tokayev

    14 May 2026 15:47

    Orta Dəhlizin əhəmiyyəti hər keçən gün daha yaxşı anlaşılır - Ərdoğan

    14 May 2026 15:30
    XƏBƏR LENTİ

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.